05/12/2020 19:27
728 x 90

Bütün xalq Sizin çağırışınızla döyüşməyə hazırdır - Biləsuvarlı Xanalı Məmmədovun məktubundan...

img

Biləsuvar şəhərindən Xanalı Məmmədov da Prezident İlham Əliyevə müraciət edib.

“İllərdir Vətən, torpaq dərdi məcburi köçkün düşmüş vətəndaşlarımız kimi, bizləri də çox sarsıtmışdı. Bu gün sevinirik ki, Siz əsl bir sərkərdə kimi torpaqlarımızı işğaldan azad edirsiniz. Biz Sizinlə fəxr edirik. Xalqın Sizə böyük inamı var, ona görə də bütün xalq bu gün Sizin ətrafınızda yumruq kimi birləşib və Sizin bir çağırışınızla döyüşməyə hazırdır.

Siz bizim əbədiyaşar Prezidentimizsiniz. Aldığınız hər qarış torpağa görə Sizin və qüdrətli Ordumuzun qarşısında baş əyirik. Sizlərə Allahdan cansağlığı, müqəddəs və şərəfli işinizdə uğurlar arzulayıram.

Yaşasın müzəffər Ali Baş Komandanımız və onun güclü Ordusu!

Qarabağ Azərbaycandır!”

Baki-xeber.com

Son xəbərlər