05/12/2020 18:24
728 x 90

30 illik haqsızlığa qarşı Sizin qətiyyətiniz... Qusardan Aslanşah Abuyev Prezidentə yazır

img

Qusar şəhərindən Aslanşah Abuyev də Prezident İlham Əliyevə məktub yazıb.

Bu günlərdə Azərbaycan zəfər, qələbə tarixini yaşayır. 30 illik haqsızlığa, ədalətsizliyə qarşı Sizin qətiyyətiniz və cəsarətinizlə son qoyulması prosesi başlayıb. Dünyaya sübut edirik ki, tarixi ədaləti bərpa edən Azərbaycan adlı bir məmləkət var. Erməni qaniçənləri hansı şər əməllərə al atsalar da, haqq bizimlədir, Tanrı bizi müdafiə edir.

...Hər gün Sizdən qələbə xəbərlərini eşidəndə ürəyimiz dağa dönür, sevincimizin həddi-hüdudu olmur. Siz Azərbaycanın yeni və şanlı tarixini yazan müzəffər Sərkərdəsiniz. Biz Sizə güvənirik və Sizin yanınızdayıq!

Qarabağ Azərbaycandır!” - deyə A.Abuyev ölkə başçısına məktubunda yazır.

Baki-xeber.com

Son xəbərlər