Nərimanov rayonundan Fuad Rəsulov Prezidentə nə yazdı?

“...Mən bir Azərbaycan vətəndaşı və neftçi kimi Qarabağın azadlığı uğrunda rəşadətli ordumuzun əldə etdiyi qələbələrə sevinir, qürur hissi keçirirəm. Mənim 41 yaşım var və ehtiyatda olan əsgərəm. Mən də bu müqəddəs işdə Vətənə xidmət etmək üçün Sizin əmrinizi səbirsizliklə gözləyirəm.
Mənfur düşmən və uşaq qatillərinin dinc əhaliyə qarşı raket və artilleriya atəşləri bizim iradəmizi və qələbə əzmimizi dayandıra bilməz. Genişmiqyaslı əks-hücumla bağlı cəsarətli qərarınızla mənim və bütün xalqımızın arzularını həyata keçirirsiniz, 30 illik həsrətə son qoydunuz, xalqın inamını, qürurunu özünə qaytardınız. Heç kimin, hətta mənfur düşmənlərimizin də şübhəsi yoxdur ki, bu savaş Azərbaycan Ordusunun şanlı zəfəri ilə başa çatacaq!
Qarabağ Azərbaycandır!
Buna görə Sizə minnətdaram”. Bu sözləri Prezident İlham Əliyevə müraciətində Bakının Nərimanov rayonundan Fuad Rəsulov qeyd edib.
Baki-xeber.com