01/12/2020 18:11
728 x 90

Müdafiə Nazirliyi Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlərin davam etdiyini açıqladı

img

Azərbaycan Ordusu bütün beynəlxalq normalara tam olaraq əməl edir. Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

Onun sözlərinə görə, düşmən ağır itkilər verərək geri çəkilir. Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir: "Təəssüf ki, düşmən elan olunan humanitar atəşkəslərdən sui-istifadə edərək mövqelərimizə hücum etməyə cəhd edir. Lakin itki verərək geri çəkiliblər".

A.Eyvazov vurğulayıb ki, düşmən döyüş meydanında Azərbaycan Ordusuna cavab verə bilmədiyinə görə, yaşayış məntəqələrimizi atəşə tutur.

Son xəbərlər