03/12/2020 08:53
728 x 90

Ermənistan rəhbərliyi məhkumların orduya kütləvi cəlbinə başladı - nizami ordu tam iflasda...

img

Ermənistanın Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan deyib ki, ölkədə  həbsdə olan bir çox məhbus barəsində həbs-qətimkan tədbiri dəyişdirilib, onlar cəbhəyə gedəcəklər:

“28 oktyabr tarixinə olan məlumata görə, bir sıra  məhkum barəsində həbs-qətimkan tədbiri dəyişdirilib, bəziləri şərti olaraq erkən azadlığa buraxılıb. Hamısı könüllü olaraq cəbhəyə yollanacaq. Bunlar əsasən korrupsiya və digər cinayətlərə görə cəza çəkən keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Bəzilərinin birinci Qarabağ müharibəsində döyüşmək təcrübəsi var”.

Ermənistan tərəfinin özünün yaydığı videomateriallardan məlum olur ki, onların orduda qulluq etmək üçün şəxsi heyət problemi var. Məhz bu səbəbdən də Ermənistanın artıq orduya ahıl yaşda kişiləri, gənc qadınları, hətta yeniyetmə uşaqları belə çağırdığı məlum olur. Onların artıq məhkumlara da möhtac qalması ordudakı vəziyyətin çox acınacaqlı olmasından xəbər verir. Ermənistanın itkilərinin həddən artıq çox olmasını ən mötəbər qaynaqlar belə təsdiqləyirlər.

Prezident İlham Əliyev də  müsahibəsində düşmənin itkilərinin 5000-dən çox olduğunu təsdiqləyən faktları ortaya qoyub: "Baxın, hətta tam riyazi cəhətdən. 256 tank məhv edilib, bu, dünənki gün üçün olan məlumatdır. Hər gün bu rəqəm artır. Hesablayın, orada hərəsində 3-4 nəfər var. Bu, artıq təxminən min nəfər. Sonra 50-dən çox piyadaların döyüş maşını məhv edilib. Orada təxminən neçə nəfərin olduğu aydındır. Yüzlərlə artilleriya topları. Hər birində bir neçə nəfər. 6 ədəd S-300 qurğusu, 40-a yaxın “Osa”, “TOR”, “KRUQ”, “KUB” zenit-raket kompleksləri. 400, bəlkə də 400-dən çox yük maşını, onların böyük hissəsi məhv edilib, həm hərbi qulluqçularla, həm də döyüş sursatı ilə birgə. Əgər bunları hesablasaq, hələ nə qədər səngərlərdə məhv edilib. Axı biz bu səngərləri, təmas xəttini keçmişik. Bu kadrlar internetdə var. Yəni bizim məlumata görə, təkcə erməni tərəfinin itkisi 5 min və daha çox ola bilər, yaralananlar isə müharibədə bir qayda olaraq, 2-3 dəfə çox olur".

Üç gün əvvəl  isə azərbaycanlı hakerlərin əldə edərək yaydığı məhv edilmiş ermənilərin siyahısı da bunu təsdiqləyir. Həmin siyahıda 5400-dən artıq leşin adı, soyadı, ata adı və təvəllüdü vardı.

Qeyd etmək lazımdır ki, Ermənistan tərəfi rəsmi olaraq bu məlumatları heç bir halda təkzib etməyib.

Bundan əlavə, Azərbaycan tərəfi bir neçə dəfə rəsmən bəyan edib ki, Ermənistana təklif olunsa da, onlar bizdə olan meyitlərinə sahib çıxmaq istəmirlər. Bir sıra cəhdlərdən sonra cəmi 30 meyiti onlara vermək mümkün olub. Bundan əlavə, Ermənistan ordusunda kütləvi fərariliyin, rəhbərliyə tabe olmamaq kimi halların da artdığı bildirilir. Artıq məğlub olduqlarını görən hərbçilər döyüşdən imtina edirlər. Onlar hətta həbs edilməyi döyüşə girməkdən üstün tuturlar. Bu baxımdan da birinci Qarabağ savaşında “təcrübəsi” olan məhkumlardan istifadə cəhdi heç bir səmərə verməyəcək. Onların Azərbaycanın hansı səviyyədə müasir müharibə apardığından  məlumatı olsalar, elə həbsxanada qalmağı daha məqbul variant sayarlar. Bütün bunlar Ermənistan ordusunun tam rəzalət içində olmasının əyani sübutudur.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər