01/12/2020 19:02
728 x 90

Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələri susduruldu

img

Ermənistan müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyindən baki-xeber.com-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb.

Nazirlik bildirir ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək.

Son xəbərlər