03/12/2020 21:13
728 x 90

Lənkəran ağsaqqallarının rəhbəri 99 yaşlı Kamal Kələntərlinin Prezidentə məktubu...

img

“Sizin yüksək qətiyyətiniz və rəhbərliyinizlə Füzuli, Hadrut, Cəbrayil, Qubadlı və digər ərazilərimizin düşmən işğalından azad edilməsi, şanlı ordumuzun qazandığı zəfərlər məni hədsiz dərəcədə sevindirir, ürəyim dağa dönür.

Mən ömrümün 99-cu payızını yaşayıram. Son 30 ildə torpaqlarımızın nankor düşmənlərimiz tərəfindən işğal altında saxlanılmasi sadə bir Azərbaycan vətəndaşı, ağsaqqal kimi məni hədsiz üzür, narahat edirdi. Allaha çox şükür ki, Sizin rəhbərliyiniz və gərgin səyləriniz nəticəsində torpaqlarımız geri alınır, şanlı üçrəngli bayrağımız həsrətində olduğumuz Qarabağ torpaqlarında əzəmətlə dalğalanır. Bütün bunlar xalqımızı və ürəyi daim Qarabağla döyünən lənkəranlıları çox sevindirir. Bu günləri gördüyümə görə isə mən xoşbəxtəm.

...Lənkəranlılar Sizi çox sevir və dəstəkləyirlər. Biz ağsaqqallar daim Sizinləyik. Müqəddəs torpaqlarımızın mənfur düşməndən azad edilməsində canımız, qanımızla biz də Vətən üçün hazırıq.

Hər dəfə Sizdən müzəffər ordumuzun qələbə xəbərlərini eşidəndə sevincdən göz yaşlarımı saxlaya bilmirəm. Bu sevinci, fərəhi xalqımıza, biz ağsaqqallara yaşadan, ömrümüzü artıran Sizsiniz.

Sizinlə qürur duyur, fəxr edirik. Belə gözəl bir gündə ulu öndərimiz Heydər Əliyevin parlaq ruhu qarşısında baş əyirəm. İnşallah, Sizin rəhbərliyinizlə tezliklə Qarabağımızı düşməndən azad edəcək, böyük qələbəmizi qədim, əzəli yurdumuzda - Şuşa şəhərində qeyd edəcəyik. Tanri Sizin kimi əzəmətli Prezidentimizi, müzəffər Ali Baş Komandanımızı qorusun”.

Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri, Respublika Ağsaqqallar Şurasının məclis üzvü Kamal Kələntərli bildirib.

Baki-xeber.com

Son xəbərlər