Ermənistan silahlı qüvvələri Tərtərin Ələsgərli kəndinə “Smerç” raketi atıb

Ermənistan silahlı qüvvələri Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub.
Baki-xeber.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twiter” hesabında bildirib.
H.Hacıyev qeyd edib ki, Ermənistan Tərtər rayonunun Ələsgərli kəndinə “Smerç” raketi atıb: “Raket tezliklə ANAMA tərəfindən zərərsizləşdiriləcək. Xoşbəxtlikdən raket partlamayıb”.