25/11/2020 06:58
728 x 90

Həmişə sizinləyik – Nəzakət Məmmədova Prezident İlham Əliyevi əmin etdi…

img

Bakı şəhərindən Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova Prezident İlham Əliyevə müracət edib.

“Hörmətli Prezident, cənab Ali Baş Komandan! Ordumuzun Sizin komandanlığınız altında düşmənə cavab tədbiri kimi sentyabrın 27-dən başladığı zəfər yürüşü bütün ölkə əhalisi kimi bizim kollektivimizi - ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Respublika Xatirə Kitabı Redaksiyasının əməkdaşlarını da çox ruhlandırmışdır.

Bir inanırıq ki, tezliklə işğal altında olan bütün torpaqlarımız düşməndən azad olunacaq və Qələbə bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq.

Bu haqq işinizdə Sizə və ordumuza uğurlar arzulayır və bildiririk ki, həmişə Sizinləyik.

Qarabağ Azərbaycandır!” - deyə N.Məmmədova Prezident İlham Əliyevə müraciətində bildirib.

Baki-xeber.com

Son xəbərlər