Cümə günü, 23 oktyabr 2026
     

Qəzetlərin taleyi, “Bayquş Mələyin” küçə sözləri – ideoloji yükü yerə qoysaq... - Aydın QULİYEV yazır

Image


Bütün 145 illik tarixi ərzində Azərbaycanın çap mediası ilə bağlı suallar yəqin heç vaxt indiki qədər çoxşaxəli, ziddiyyətli və biri digərini törədən təzahürlərdən ibarət olmayıb. Həm də suallar rəqəmsal texnologiyalı informasiya resurslarının bu qədər geniş yayıldığı dövrdə “çap mediası kimə lazımdır”, “qəzetlərin dövrü bitdi” deyən səthi düşüncəli bəzilərinin iddia etdiyi kimi sadə deyil. 

Çap mediasını “saxlayaq, saxlamayaq” sualı üstündə müxtəlif vaxtlarda peşəkarların, ictimai və dövlət xadimlərinin kəskin mübahisə və müzakirələrinin şahidi olmuşuq, məsələ gündəmə gəlib və gedib. Hər dəfə də müzakirələr dərinləşərək elə bir həddə düşüb ki, məsələnin lehinə və əleyhinə olan arqumentlərin bolluğunda konkret qərarın mümkün olmadığı nöqtəyə varıb və sadəcə belə qənaətə gəlinib ki, mövcüd mətbuat konyunkturasını dəyişmədən hələlik başqa zaman üçün təxirə salaq.

Beləcə, bu günədək heç bir dövlətdə çap mediasından imtina edilməyib, hətta ən sivil və texnoloji – rəqəmsal ölkələrdə belə mətbuat dövlətin açıq və örtülü himayəsi altında yaşadılır. “Nyu-York tayms” da, “Vaşinqton post” da, “Qardian” da, “Əl-Cəzirə” də, və sair...

Bir çox insanlar hətta “çap mediası qalsın, qalmasın” sualını sinonim olaraq “mediaya dövlətin maliyyə dəstəyi davam etdirilsin, ya dayandırılsın” kimi də ifadə edirlər.

  • “Dar gün üçün əlimdə silah olsun” prinsipi ilə hərəkət edən məmurlar...

Bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda mediaya kənardan maliyyə dəstəyi hər zaman olub və bugünə qədər üzüyuxarı müxtəlif pillələrdən keçib. Bu dəstək nərdivanında hələlik dayandığımız son pillə dövlət adından ölkə Prezidentinin leqal maliyyə dəstəyidir. Buna qədər keçdiyimiz dəstək pillələrinin hamısının hələ heç vaxt dəqiq təsnifatı aparılmasa da, bu sırada oxucuların dəstəyi, “dar gün üçün əlimdə silah olsun” prinsipi ilə hərəkət edən məmurların dəstəyi, siyasi partiya liderlərinin dəstəyi və nəhayət, adı məlum, niyyətləri müəmmalı beynəlxalq fond və səfirliklərin maliyyə dəstəyi mütləq qeyd edilməlidir. Bu dəstək növlərinin hər birinin pərdəarxası məqamlarını və niyyətlərini az-çox görməyi bacaranlar üçün sirr deyil ki, sözügedən pillələrdə dövlətçilik maraqları, strateji milli-ictimai mənafelər, əsas və aparıcı etno toplumun dilinin özəlliklərini qoruyub saxlamaq, ölkənin gündəlik obyektiv tarix salnaməsini yazmaq təkanverici fəaliyyət motivləri sırasında heç də həmişə öndə dayanmayıb.

Qəzetlərdən kimlərsə bu ali dəyərlərə mümkün qədər üstünlük verməyə, dilimizi, milli-mənəvi özəlliklərimizi, jurnalist peşəklarlığını qorumağa maksimum dərəcədə çalışsa da, bundan fərqli yolun yolçuları da yox deyildi.

Əhəmiyyətli dəyərə və çəkiyə malik olan bu ideyaların aparıcı motivlər arasında önə keçməsinin məhz çap mediasına leqal dövlət dəstəyinin tətbiqindən sonra mümkün olduğu fikri ilə, yəqin, hər kəs razılaşar. Dövlətin məhz leqal maliyyə dəstəyi sayəsində çap mediası şübhəli beynəlxalq yardımların, bəzi imkanlı məmurların və iş adamlarının şəxsi maraqlara söykənən “ustanovkalarının”, siyasi partiya liderlərinin çox hallarda reallığı aşan ambisiyalarının ağır əsarətindən çıxa bildi. Hər səhər 40 qəpik pul verib köşklərdən qəzet alan oxucuların bir hissəsinin informasiya tələbatının ödənməsinin yeni yardımçı üsulu təklif edildi. Təklif ictimaiyyət tərəfindən qəbul edildi. Təklifin mahiyyəti bundan ibarət oldu ki, qəzetlərin hər birinin paralel olaraq həm də elektron versiyası yaradıldı – saytlar... , hətta tv-lər...

  • Qəzetlər “satıldı”, ya...

Çap mediasına dövlətin maliyyə dəstəyi sayəsində hər səhər insanların arasında əl-əl gəzsə də, ancaq bəzən xaos, anarxiya, sosial kin-küdurət və siyasi ziddiyyətlər daşıyan qəzetlərin əvəzinə cəmiyyətə daha güclü, strateji əhəmiyyətli, var-dövlətindən, sosial statusundan və vəzifəsindən asılı olmayaraq hər kəsin bəhrə götürə bildiyi sabitlik və təhlükəsizlik tezisləri daşıyan çap məhsulları təqdim edildi.

Beləliklə, əslində dövlətin leqal maliyyə dəstəyi sayəsində, bəzi ambisiozların iddia etdiyi kimi, heç də qəzetlərin özü yox, əmin-amanlıq və ictimai-siyasi sabitliyə möhkəm təminat yaradan riçaqlar ələ alındı. Ambisioz qrup və korporativ siyasi maraqlardan çıxış edənlər buna mətbuatın satın alınması, dövlətçilik təəssübkeşliyinə və dövlətlə ictimaiyyətin birliyinə söykənənlər isə buna sabitliyin və sabaha dinc təminatın alınması kimi daha uyğun ad qoydular.

Dövlətin mətbuata maliyyə dəstəyinin əleyhdarlarının ölkədə sabitlik və sabaha təminat kimi böyük dəyərləri yetərli qiymətləndirə bilməmələrini bir kənara qoyaq. Ancaq xüsusilə bu çevrələr bilməlidir ki, mətbuata dövlət dəstəyinin bir institut kimi sıradan çıxarılmasından sonra əvvəlki ziyanlı dəstək mexanizmlərinin yenidən işə salınmayacağına təminat vermək indidən çox çətindir.

  • “Qəzet oxuyan yoxdur”, “heç əslində televiziyalara da baxan yoxdur”...

Çap mediasına dövlət dəstəyinin strateji önəmlərindən biri bütün medianı dövlətçilik və vətənpərvərlik prinsipi üzərində bir xətt boyunca toparlamaqdan ibarət oldu. Razılaşaq ki, mətbuata dövlət dəstəyinin işə salındığı 2009-cu ildə rəqəmsal informasiya resurslarının hələ o qədər də möhkəm olmadığı dövrdə hər kəs öz informasiya fəaliyyətinin oriyentasiyasını məhz çap mediasına baxaraq müəyyən etməyə başladı. Tam cəsarətlə demək olar ki, Prezidentin intellektual tapıntılarından biri sayılan mətbuata dövlətin dəstək mexanizmi digər növ media resurslarının dövlətçilik xətti üstündə təmərküzləşməsində alternativsiz rol oynadı. Ölkədəki davamlı sabitlik də məhz bunun üzərində quruldu. Davamlı sabitliyə təsir göstərmək roluna görə qarşısında mənəvi borclu olduğumuz çap mediasının büsbütün dövlət dəstəyindən məhrum edilməsini hər vasitə ilə arqumentləşdirmək istəyənlərin, ən azı, haqq-say itirən yanaşmalar içində olduqlarını da qeyd etmək lazım gəlir.

Bu gün “çap mediası qalsın, qalmasın” sualı üzərində düşüncələrin mövcud olduğu bir vaxtda ümumiləşdirilmiş, məntiqli, analitik və strateji düşüncə tərzinə malik hər kəsin ortaya mövqe qoymasına cəmiyyətin də, dövlətin də ciddi ehtiyacı var.

Ancaq “dövlət yardımından mənə də çatsa yaxşı, çatmırsa pis” kimi utilitar düşüncəni kənara qoyaraq, hər kəs obyektiv şəkildə sübut etməyə və inandırmağa çalışmalıdır ki, çap mediası qalsın, ya qalmasın.

Çap mediasının gücünü “indi pul verib qəzet alan yoxdur” və ya “qəzet oxuyan kimdir” prinsipi ilə müəyyənləşdirmək istəyənlərin yanlış, ya da öz keçmiş şəxsi uğursuzluğuna haqq vermək yolunda olduqlarını sübut etmək çox asandır. “Qəzet oxuyan yoxdur” deyənlərin qarşısına “heç əslində televiziyalara da baxan yoxdur” formasında antitezis, həm də çox tutarlı antitezis çıxarmaq olar. Belədə, nə üçün televiziyaların yox, məhz qəzetlərin qalıb-qalmamasını düşünənlərin məntiqini anlamaq çətindir.  Halbuki çap medianın da, televiziyaların da hələ bundan sonra da önəmli rol oynayacaqları mühüm etablar var.

  • ANS ictimaiyyətin nəzərində ən sifətsiz,...

İndi çap mediasının gücü onun tirajı və qəzet köşklərinin qarşısında növbə tutan oxucularının sayı ilə ölçülmədiyi kimi, televiziyaların da gücü nə seçmə qaydada evlərdə quraşdırılmış müəmmalı detektorlarla, nə də nominal populyarlığı, yəni adı ilə ölçülür. Bir vaxtlar ANS Azərbaycanın ən populyar, öz sözləri ilə desək, ən obyektiv, ən qərəzsiz televiziya kanalı hesab edilirdi.

Ancaq ANS bu gün Azərbaycan ictimaiyyətinin nəzərində ən sifətsiz, konyunkturaçı, qalxıb-yenən, qabarıb-çəkilən siyasi dalğaların ritminə uyğun məharətlə dəyişməyi bacaran “oyunçu” kimi qalıb. Təkcə oxucu, tamaşaçı və izləyici sayının güc göstəricisi, ya ictimai rəy formalaşdıran mənbə sayılması mübahisəli və natamamdır. Ancaq belə göstəricilərə malik KİV -  istər televiziya, istər sayt, istərsə də qəzet olsun - əsl ictimai rəyi yox, əsasən əyləncəni sevən kütləvi və toplum zövqləri qidalandıran mənbələrə çevrilir. Alınmış bir müsahibəni, hazırlanmış bir sujeti dəyişkən siyasi konyunkturaya daha uyğun bir zamanda dövriyəyə buraxmaq üçün iyrənc arxivlər yaradan hansısa KİV – televiziya ictimai rəydə parlaq bir xarizma ilə qala bilməz. Məntiqlə, ictimai rəy tribunasına çevrilə bilməz. Çap mediasının indi ən böyük çətinliyi qalıb-qalmamaq sualına cavab tapmaq yox, biznes maraqları ilə ideoloji missiya arasında çətin olan seçimi etməkdən ibarətdir. Məsələ burasındadır ki, Azərbaycan mühitində bu iki elementi balanslaşdırmaq, yəni eyni vaxtda həm biznes maraqları güdmək, həm də ideoloji missiya daşıyıcısı olmaq mümkünsüzdür, biznes maraqlarının xeyrinə seçim etmək isə dövlətçilik prinsipi çərçivəsində dağıdıcı və ziyanlıdır. Qəzetlər olaraq, yeganə ən düzgün seçim sayılan dövlətçilik prinsipinin üstünlüyünü və ideoloji missiya daşıyıcılığını biz artıq etmişik. Bu, Azərbaycan çap mediasının böyük və dünya ölkələrində rast gəlinməyən nailiyyətidir. Nailiyyətə gətirib çıxaran yolun sonucu olaraq çap mediasından imtina etməyin isə sadəcə məntiqsizlik olduğunu sübut etməyə heç ehtiyac yoxdur.

  • “Bayquş Mələyin” küçə sözləri...

Çap mediasının bu gün ideoloji missiya daşıyıcısı olmaması necə mümkün ola bilər?! Birisi Brüsselin, Londonun küçələrində sükan arxasında əyləşmiş vəziyyətdə əlindəki mobil telefonla çəkiliş apara-apara Azərbaycanda kiminsə ailəsini - oğlunu, qızını, gəlinini “Bayquş Mələyin” tərbiyəsiz küçə sözləri ilə söyüb təhqir edirsə, çap media rəhbərinin bir ziyalı və dövlətçi vətəndaş olaraq ideoloji missiyaya daha inadla bağlanması təbii hökmdür. Belələrinin damcı-damcı tökdüyü zəhər böyük bir bədəni müəyyən zaman içində tam saran bir damcı gürzə zəhərinin effekti ilə işləyir. Çap mediası, bütün növdən olan KİV məhz belə bir məsul vaxtda ideoloji missiyanı çiyinlərindən yerə qoysa, az zaman içində nələrin baş verə biləcəyini təsəvvür edirsinizmi... Bir andaca bütün cəmiyyət “Bayquş Mələyin” söyüşləri ilə zəhərlənəcək. Ancaq düşünəndə ki, damızdırılan həmin zəhərin 5 faizini bu qəzet, 3 faizini o qəzet və ya filan televiziya özünün daşıdığı ideoloji missiya sayəsində neytrallaşdıra bilər, sonda toplam olaraq böyük rəqəm alınacaq.

Gürzə zəhərinə oxşayan bu fikirlər ictimai düşüncəyə yox, sərhəd tanımayan qeyri-etik fərdi düşüncələrə söykənir, təbii, buna düşüncə demək mümkünsə. Həm də bu çıxışlar mənşəcə fərdi, məzmunca tərbiyəsiz olduğu üçün içtimai rəy deyilən bitkin bir ideoloji sistemin əsas daşıyıcısı olan xalqın sosial və siyasi davranışlarını yönəldə bilməz.

Hərənin sosial şəbəkədə öz düşüncə və tərbiyə səviyyəsinə uyğun tökdüyü nifrin və söyüşlərlə ictimai rəy formalaşmır, əksinə, əsl ictimai rəy sosial şəbəkələr adlandırılan əslində məsuliyyətsizlik şəbəkələrindəki kobud kütləvi əyləncə tendensiyalarının altında görünməz olur. Əgər kin və nifrin yağdıran sosial şəbəkə istifadəçiləri ictimai rəy formalaşdıran subyektlər olsaydılar, dilləri təkcə kimisə ən pis küçə söyüşləri ilə söymək lazım olanda çıxmazdı. Ermənistan Tovuzda təxribat törədəndə bu dillər erməninin üstünə uzanmalı idi, ancaq xaricdəki səfirliklərimizin, ölkə daxilində müəyyən subyektlərin üzərinə uzandı.

Biz bu dillərin uzanmasını Rusiyanın Ermənistana gizli silah verməsinin ifşa olunduğu fakta münasibətdə də görmədik. Halbuki, hər iki pozisiyada Azərbaycandakı ictimai rəyin kökləndiyi iki əsas vektor var idi - Tovuzda təxribatın ermənilər tərəfindən törədilməsi və Rusiyanın Ermənistanla strateji müttəfiqlikdən bircə addım da geri çəkilməməsi. O zaman ictimai rəy belə deyirdi – ermənilər Tovuzda Azərbaycanın strateji layihələrini hədəfləyib, Rusiya həmişə Ermənistanla bir olub. Ictimai rəyə hakim olan bu iki tezisə heç bir dəstək verməyən, əksinə, ona mane olan söyüşkən yutuber – televizionşiklərin davranışları bir nümunədir, öz çiyinlərində dövlətçilik və ideoloji missiya daşıyan KİV-in, o cümlədən qəzetlərin davranışları isə başqa nümunədir. Hərənin ağzından çıxanı məsuliyyətsizcəsinə, senzurasız bayıra tökdüyü sosial şəbəkələrdə və ya əksərən sosial media seqmentlərində hansı ictimai rəydən danışmaq olar?

İctimai və peşə fəaliyyəti sferasında belə təhlükəli reallıqların olduğu vaxtda KİV-in, o cümlədən çap mediasının ideoloji missiyadan qurtulmasını hələ də təkid edənlərə deməyə sadəcə söz tapmaq olmur.

  • Hakimiyyətlə dövlətin maraqlarında azacıq uyğunsuzluq olsa...

Bura Amerika, ya İngiltərə deyil. O ölkələrdə mətbuatın gücünü müəyyənləşdirən əlamətləri Azərbaycanla eyniləşdirmək olmaz. O ölkələrdə mövcud hakimiyyətlərin mənafeləri ilə dövlətçilik maraqları arasında üst-üstə düşməyən məqamlar var və bunun heç bir fəsadı olmur. Azərbaycanda isə fərqlidir. Hakimiyyətin və dövlətin maraqları arasında azacıq uyğunsuzluq fəsadlar törədə bilər. Ona görə də hakimiyyətlə dövlətin maraqları ayrılmaz təsəvvür və təşviq edilməlidir. Ən azı bu arqument medianın güc parametrlərinin müəyyənləşdirilməsində mütləq nəzərə alınmalıdır.

Azərbaycan mediasının, eləcə də çap medianın gücü tək tiraj və satış rəqəmləri ilə yox, bununla bərabər başqa vacib parametrlərlə də müəyyənləşir və müəyyənləşməlidir. Dövlətçilik maraqlarına söykənmək və müəyyən ideoloji çərçivələrdə manevr məharətləri, yaradıcı və məntiqli ideyalar üzərində maraqlı təhlil kontentləri, mətbuat orqanının adının və tarixinin ictimai rəydə pozitiv reaksiyalar doğura bilməsi, orijnal özünü müdafiə mexanizmlərinə malik olub olmaması, kollektiv üzvlərinin, o cümlədən baş redaktorun geniş ictimai-siyasi fəallığı və xarizmatik imicə malik olub-olmaması və sair müasir Azərbaycan şəraitində çap mediasının gücünü xarakterizə edən əlamətlərdən sayılmalıdır.

Maraqlıdır ki, çap mediasının maliyyə yükünü dövlət adından Prezident öz çiyinlərinə çəkib apardığı halda, dövlətin birbaşa məsələ ilə əlaqəli strukturlarından kənar subyektlər mətbuata maliyyə dəstəyinin davam etməsindən dolayı narahatlıqlarını və müzakirələrini sürdürürlər. Prezidentin, Administrasiyanın əlaqədar strukturlarının, KİV DF-nin mətbuata maliyyə dəstəyinin davamlılığına iradə nümayiş etdirmələri prosesin çox etibarlı təminat altında olduğunu söyləməyə əsas verir. Bu gün KİV DF xətti ilə aparılan və planlaşdırılan yeni islahatlar da mövcud mexanizmin əsasən saxlanmasına, təkmilləşdirilməsinə və qəzetlərin dövlət maliyyə təminatının daha da gücləndirilməsinə yönəldilib. Qəzetlərin forma və məzmununda pozitiv dəyişikliklər artıq özünü göstərir, redaksiyaların və jurnalist müsabiqələrinin maliyyələşmə şərtlərindəki dəyişikliklər özünü müsbət tərəflərdən göstərməyə başlayıb. Ancaq bu da var ki, mətbuatın, bütün medianın maliyyə yükünü daşıyan dövlət bunun qarşılığını ideoloji çərçivədə daha yaxşı məzmun nümayişləri şəklində olmağa da haqq edir. Qısa desək, dövlətçilik xətti mediaçılıqda üstünlük təşkil etməlidir. Həm də bu, mətbuatın güc parametrlərindən biridir – kimin bununla razılaşmasından, razılaşmamasından asılı olmayaraq...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ