Bazar ertəsi günü, 26 oktyabr 2026
     

ATƏT-in media komissarlığının başına gətirilən ermənipərəst Harlem Dezir Azərbaycan mediasına hansı ziyanları vurub...

Image


Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) 1992-ci ildə üzv olub (o vaxt hələ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi adlanırdı). ATƏT-in Azərbaycanın daxil olduğu ilk Avropa təsisatı olması ölkəmizin bu quruma nə dərəcədə böyük önəm verdiyini göstərir. Bu təsisatın Azərbaycan üçün digər önəmi isə Dağlıq Qarabağ münaqişəsində üzərinə götürdüyü vasitəçilik missiyası ilə bağlıdır.

Lakin uzun zaman keçməsinə baxmayaraq, ATƏT-in Minsk Qrupu, təəssüf ki, münaqişənin həllində irəliləyişə nail ola bilməyib. Məhz belə qeyri-effektiv fəaliyyət və ikili standartlar siyasəti nəticəsində ATƏT-in mandatına bilavasitə daxil olan sahələrdə Avropa məkanında geriləmə müşahidə olunur. Birincisi, ATƏT məkanında münaqişələrin həlli sahəsində irəliləyiş yox səviyyəsindədir, ikincisi isə, Avropada yüksələn xətlə artan islamofobiya, antisemitizm və digər neqativ trendlər müşahidə olunur. Bunun müqabilində isə ATƏT tərəfindən belə önəmli məsələlərə reaksiya verilmir. Əvəzində bir qrup ölkələrin siyasi sifarişi əsasında bəzi ölkələrə, o cümlədən Azərbaycana qarşı qərəzli münasibət və təsir cəhdləri müşahidə edilir. Əlbəttə ki, belə yanaşma ATƏT-lə əməkdaşlığa böyük önəm verən, Ermənistan-Azərbaycan münaqişəsinin həllində ondan töhfə gözləyən Azərbaycanda təəssüf hissi doğurur və bu təşkilata bəslənilən ümidləri puç etmiş olur.

Hazırda ATƏT daxilində bir sıra əsas rəhbər vəzifələrinə (ATƏT-in Baş katibi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru, ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi və ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı) yeni təyinatların seçilməsi prosesi gedir. Hazırkı şəxslərin yenidən bu vəzifələrə təyin edilməsinə dair paket təklifi var. Müstəqil xarici siyasət yeridən Azərbaycan ATƏT-in üzvü kimi öz suveren hüququndan istifadə edərək Media Azadlığı üzrə Nümayəndə Harlem Dezirin yenidən bu vəzifəyə təyinatı təklifinə qarşı çıxıb.

Azərbaycan hesab edir ki, H.Dezir fəaliyyətində qərəzlidir, müstəqil deyil, dəyərləndirmələrində qeyri-obyektivdir, ölkələrə selektiv münasibət bəsləyir, media sahəsində məlumatları düzgün və etibarlı mənbələrdən almır. Bütün bunlar isə nümayəndənin mandat sənədinin kobud surətdə pozulmasıdır. Açıqlamalarının və tvitlərinin təhlili göstərir ki, H.Dezir Azərbaycanda baş verən ən kiçik bir hadisədən ölkəmizi qaralamaq və ona böhtan atmaq üçün istifadə edir. H.Dezir Azərbaycanda baş verən istənilən hadisəyə məsələlərin məğzini öyrənmədən, tələm-tələsik əsassız və qərəzli reaksiya verir. O, məsələləri qəsdən şisirdir və siyasiləşdirir. Əvəzində isə Ermənistanla bağlı çox az və əsasən qeyri-neqativ və neytral şərhlərlə çıxış edir. Ermənistanda aclıq aksiyası keçirməsi nəticəsində vəfat etmiş siyasətçi və jurnalist Mher Yeqizaryanla bağlı H.Dezir heç bir reaksiya verməyib ki, bu da böyük suallar doğurur. Görünür, H.Dezir insan hüquqları məsələlərinə münasibətini siyasi coğrafiyaya görə müəyyən edir.

ATƏT ölkələri informasiya məkanında, xüsusilə Qərbi Avropada illərdir Azərbaycana qarşı məqsədli dezinformasiya və saxta xəbərlər kampaniyası aparılır. H.Dezir, nəinki bunun qarşısının alınması üçün heç bir şey etməyib, əksinə, özünün selektiv və qərəzli yanaşması ilə bu prosesə “töhfə” verib.

H.Dezirin tutduğu vəzifəyə uyğun lazımi bilik və təcrübəsi də yoxdur. 1998-ci ildə ictimai əmlakdan sui-istifadə olunması, uydurma maaş alması ittihamı ilə 18 aylıq şərti cəzaya məhkum olunmuş, 30 min frank cərimə olunmuş H. Dezir hansı keçmişi, hansı mənəvi məziyyəti ilə Azərbaycana dərs keçmək istəyir?

Beləliklə, H.Dezirin fəaliyyəti Azərbaycanı qane etmir və haqlı olaraq onun təyinatına etiraz edib.  H.Dezir kimilərin sayəsində ATƏT öz mandatından uzaqlaşaraq bəzi ölkələrin siyasi sifarişlərinin qurbanına çevrilib, effektivlik və əhəmiyyətini itirib.

Xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın H.Dezirə qarşı çıxmasının səbəbi heç də onun ölkəmizə qarşı tənqidləri və qərəzi deyil. Yeri gələndə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da Azərbaycana münasibətdə zaman-zaman tənqidlər səsləndirir. Lakin Azərbaycan bu təsisatla əməkdaşlıq edir. H.Dezir isə sadəcə olaraq adekvat bir nümayəndə deyil. Belə qaranlıq tərcümeyi-hala malik şəxslərin ATƏT-in  strukturlarına rəhbər vəzifələrə gətirilməsi nə dərəcədə düzgündür və bu adam öz sübyektiv yanaşmaları ilə Azərbaycan mediasına nə kimi ziyanlar vurub?

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ATƏT-in media azadlığı üzrə nümayəndəliyi təsisatın üç icraçı qurumundan biridir: “Nümayəndəlik qurum çərçivəsində iştirakçı dövlətlər arasında dialoq və əməkdaşlığın təşviqi və media sahəsində  qəbul edilmiş öhdəliklərin icrası ilə bağlı iştirakçı dövlətlərə yardım göstərilməsi funksiyasını daşıyır.

Nümayəndənin mandatına ATƏT iştirakçı dövlətlərində media sahəsindəki prosesləri müşahidə etmək aiddir. Əlavə etmək istəyirəm  ki, bu təsisatla ölkəmizin əməkdaşlığının nümunəsi kimi azərbaycanlı jurnalistlər və müxtəlif qurumların mətbuat xidməti əməkdaşları üçün treninqlər keçirib. Azərbaycanın kütləvi informasiya vasitələrinə aid qanunvericiliyinin təkmilləşdirilməsi və onun hüquqi ekspertizasının həyata keçirilməsi üsullarının öyrənilməsi kimi işlər də bu əməkdaşlıq səviyyəsində görülüb.

Biz sizin qəzetlə beynəlxalq təşkilatlar, beynəlxalq QHT-lərin çağdaş qlobal siyasi müstəvidə rolu və  azalan əhəmiyyəti haqqında silsilə yazılar işləmişik. Təəssüf ki, bəzi qurumların media və ifadə azadlığı mövzularındakı hesabatlarından  müxtəlif maraqlar üzərində təsir-təzyiq  vasitəsi, alver mövzusu kimi istifadə olunması adi hal alıb.  Bir növ qlobal siyasi müstəvidə bəlli dairələr tərəfindən cəza elementi kimi istifadə olunur.

Burda bir haşıyə çıxım. İkinci Dünya müharibəsindən sonra dəyişən dünya nizamı yeni qaydalar gətirdi. Keçən əsrin 50-ci illərindən artıq dünyada yüzillərə söykənən ənənəvi kəşfiyyat üsülları və “informasiya mübadiləsi “ adət-ənələləri özünü doğrultmadı. Dəyişən dünyada üsullar da  dəyişdi. Fərdlərə bağlanan həssas kəşfiyyat kanallarından ibarət şəbəkələr özünü doğrultmadı və məhz o illərdən bu sahəyə Qeyri Hökümət Təşkilatları adı altında yeni təsisat şəbəkələri qoşuldu.

Ən yeni tarixdə müharibələr döyüş meydanlarından beynəlxalq təşkilatların sessiyalarına, indi isə KİV-lərə və sosial mediaya daşınıb. Qlobal siyasi müstəvidə son illərin ən geniş yayılmış üsullarından biri də yalan və təhrif olunmuş məlumatlar üzərindən hibrid üsullarla aparılan informasiya əməliyyatlarıdır ki, bu da KİV və sosial media üzərindən edilir. Buna görə də, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda bu seqmentə tam nəzarəti ələ keçirmək istəyir. Bu cür işlərə rəhbərlik keçmişi ləkəli və qərəzli adamlara tapşırılır ki, bu da  ATƏT-in nüfuzunun itirilməsi ilə nəticələnir.

Son illər ATƏT-in Media azadlığı üzrə nümayəndəliyi vasitəsilə üzv dövlətlərin media öhdəliklərinin həyata keçirilməsi adı altında onların internet resurslarına tam nəzarət ələ keçirilməyə çalışılır. Bu təkcə Azərbaycana qarşı deyil, ATƏT coğrafiyasında təcavüzə uğramış bütün dövlətlərə - Ukrayna, Gürcüstan və başqalarına da yönəlib. Gələk sualın ATƏT-in icraçı qurumu olan Media azadlığı üzrə nümayəndəsi Harlem Dezirin son 3 ildə Azərbaycana qarşı yönələn fəaliyyətinə və onun  indiyə qədərki qərəzi ilə Azərbaycan mediasına vurulan   ziyanlara. Birmənalı olaraq, bu ziyan təkcə Azərbaycana vurulmayıb, Avro-Atlantik və Avrasiya məkanında təhlükəsizliyə qarşı yönəlmiş fəaliyyət olub.

Harlem Dezirin ATƏT-in Media azadlığı üzrə nümayəndəsi kimi Azərbaycana yönəlik fəaliyyəti ölkəmizin  qlobal internet resurslarından məruz qaldığı  kənar, xarici  hücümlar qarşısında tərkisilah edilməsinə yönəlib. O, internet azadlığının müdafiəsi adı altında yuxarıda haqqında danışdığımız hibrid üsullarla Azərbaycana qarşı aparılan informasiya müharibəsində xarici qüvvələrin ruporu rolunu oynayan resursların müdafiəsi üçün çalışıb. İlk üçillik mandatı ərzində ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi kimi Dezirin media və söz azadlığı sahəsində vəziyyətlə bağlı tənqidləri qurumun və nümayəndənin mandatına daxil olmayan mövzular kimi siyasi bəyanat səviyyəsində səslənib. Onun Azərbaycan və Ermənistandakı medianın vəziyyəti ilə bağlı yanaşmasından isə açıq ermənipərəst olduğu görünür. Belə bir adamın yenidən əvvəlki postuna təsdiq olunması bizim milli maraqlarımıza cavab vermir”.

ATƏT Dezirin Azərbaycandakı reputasiyasını nəzərə alıb, bu qərar barədə dərindən düşünməlidir. Əks təqdirdə ölkəmizdə aşağıya doğru gedən reputasiyasına daha bir zərbə vurmuş olacaq.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ