Ağcabədi rayonunun Rəncbərlər kəndindən Məmmədov Eldəniz Ərşad oğlu da Prezident İlham Əliyevə müraciət edib.
“Tərtər, Ağdam, Ağcabədi rayonlarına səfəriniz bir daha göstərdi ki, Siz cəbhə bölgəsinə həssaslıqla yanaşır, həmin rayonların sosial-iqtisadi inkişafına xüsusi diqqət və qayğı göstərirsiniz.
Sizin Ağcabədiyə son səfəriniz bir kənd sakini olaraq mənə və bütün ağcabədililərə böyük ruh yüksəkliyi gətirib. Səfər çərçivəsində Ağcabədidə bir sıra obyektlərin, o cümlədən, kəndimizin ərazisində yerləşən dənli bitki toxumlarının emalı zavodunun açılışında iştirak etməyiniz gələcəkdə biz fermerlərin yüksək reproduksiyalı toxumlarla təmin olunması və yüksək məhsuldarlıq əldə etməsi üçün böyük təkan olacaq. Bu şəraiti bizə yaratdığınıza görə kəndimizin fermerləri adından Sizə dərindən təşəkkür edir, cansağlığı, uzun ömür diləyirəm. Biz hiss edirik ki, Azərbaycan kəndlisi torpaq sahibidir, arxasında isə onu düşünən dövlət başçısı var. Allah Sizi qorusun” - deyə E.Məmmədov qeyd edir.
Baki-xeber.com