“Siyəzən ərazisində yerləşən nadir təbiət abidələrindən olan Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin qorunmasının daha da gücləndirilməsinə imkan verəcək “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncamınız rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Bu addımınız bir daha sübut edir ki, Siz Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin himayədarısınız.
Regionlarda mədəniyyətin inkişafına, tarixi abidələrin və müqəddəs məkanların bərpasına göstərdiyiniz qayğı milli-mənəvi dəyərlərimizə olan sevginizin və hörmətinizin göstəricisidir. Sizin və hörmətli birinci xanım Mehriban Əliyevanın ölkəmizin sosial-iqtisadi inkişafı ilə yanaşı, mədəniyyətimizə də diqqət və qayğınızın nəticəsi olaraq, fəaliyyətiniz xalqımız tərəfindən hər zaman bəyənilir və dəstəklənir”.
Bunları Siyəzən rayonundan Ağasiyev Pərvin Əlizadə oğlu Prezident İlham Əliyevə ünvanladığı müraciətdə bildirib.
Bundan əlavə, P.Ağasiyev dünyada COVID-19 pandemiyası təhlükəsinin tüğyan etdiyi dövrdə ölkəmizdə bu bəlanın qarşısının alınması və insanların sağlamlığının qorunması üçün həyata keçirdiyi tədbirlərə görə Prezident İlham Əliyevə təşəkkür edir.
Baki-xeber.com