Salyan rayonunun Kürsəngi kənd ağsaqqalları adından Ağalı Osmanov, Habil Qurbanov, Hümmət Qərıbov, Əflan Hüseynov və Əli Cavadov Prezident İlham Əliyevə müraciət ediblər.
“Kəndimizdə aqrar sektorda inkişaf dinamikası müşahidə edilir. Hazırda taxıl biçini mövsümüdür. Biçinə yeni kombaynlar cəlb edilib. Ümumilikdə, kəndimizdə taxıl biçini zamanı tələbatı tam ödəyə biləcək sayda kombayn mövcuddur. Həmçinin, dövlət dəstəyilə özəl sektor tərəfindən lazımi texnikalar alınmaqdadır. Fermerlərin gübrəyə olan ehtiyacını təmin etmək məqsədilə müvafiq işlər görülüb. Pambıq əkinini də uğurla başa çatdırmışıq”.
Kənd ağsaqqalları Prezidenti əmin edirlər ki, taxıl biçinini uğurla başa vurub, bol məhsul əldə edəcəklər. “Bu da kəndimizdə əhalinin güzəranının yaxşılaşdırılmasına zəmin yaradacaq. Bütün bu işlərin uğurla həyata keçirilməsi üçün kəndin ağsaqqalları Sizə minnətdarlıqlarını bildirirlər” - deyə onlar qeyd edirlər.
Baki-xeber.com