çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Qarabağın da, İrəvanın da xilasına aparan yolun başlanğıcı... - Tural SƏFƏROV yazır

Image


Çağdaş filosof Əbu Turxanın kəlamıdır: “Böyük şəxsiyyətləri ancaq böyük millətlər yetişdirə bilər”. Tarix sübut edib ki, bəzən şəxsiyyətlər millətləri yetişdirir, gələcəyə hazırlayır. Bu o zaman baş verir ki, xalq uzun müddət əsarətdə qaldıqdan sonra millət olmaq müqavimətini itirir, müstəqil dövlətini qurmaq, azad yaşamaq üçün özündə güc tapa bilmir. Məhz belə  bir tarixi dövrdə Ulu Tanrı müstəqil dövlət qurmaq əzmi bəxş etmiş xalq üçün bir xilsakar göndərir, onu yenidən öz milli dövləti olan millətlər cərgəsinə qoşur.

O xalq xoşbəxtdir ki, onun xilaskarı müəyyən biri tarixi dövrdə insanları düşdüyü bəlalardan qurtarmaqla yanaşı, xalqı gələcəkdə üzləşə biləcəyi təhlükələrdən qorumaq üçün əbədi xilaskarlıq yolu müəyyənləşdirir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi xilaskarlıq yolu xalqımızı hələ neçə yüzillər böyük təhlükələrdən qoruyacaq, müstəqil dövlətimizin qarantı olacaqdır. Və bu yolun sonunda vaxtilə xalqımıza məxsus olan bütün torpaqların birləşdirildiyi BÖYÜK AZƏRBAYCAN yaradılacaqdır.

Azərbaycanı Azərbaycana qaytarmaq məramının, xalqımızıyox olmaqdan xilas edən yolun başlanğıcında O, bu işin asan olmayacağını bilirdi. Tarixi taleyinin burulğanlarında müxtəlif dalğaların zərbələrinə məruz qalaraq sulara qərq olmaqda olan Azərbaycan gəmisini bu dalğaların əhatəsindən xoşbəxt gələcəyə aparmaq asan deyildi. Bu burulğanda şimaldan, cənubdan, qərbdən əsən küləklərin yaratdığı dalğaların hərəsinin öz missiyası var idi. Azərbaycan adlı gəmi bu dalğaların hər hansısa birinin ağuşuna sığına bilərdi. Lakin bu, onun öz yolu ilə gedərək  “MÜSTƏQİL AZƏRBAYCAN”  adlı mənzil başına çata bilməməsi ilə nəticələnəcəkdi. 

Bütün bunları reallaşdırmaq, gəmini mənzil başına çatdıra bilmək üçün isə böyük fədakarlıq, həyatını xalqının yolunda qurban vermək tələb olunurdu.Təkcə öz həyatını deyil, övladlarının da həyatını Vətən yolunda, müstəqil Azərbaycan naminə qurban vermək lazım idi.Nəticədə, Azərbaycan Azərbaycana qaytarılacaq, bütün dünyanın qəbul etdiyi, super dövlətlərin belə öhdəsindən gələ bilməyəcəyi çətinlikləri aşan qüdrətli bir dövlət qurulacaqdı.

Azərbaycanı Azərbaycana qaytarmaq missiyasının çox böyük hədəfləri var. Ulu öndər Heydər Əliyev xalqımızı bu hədəflərə çatdıra bilmək üçün okeanda bütün sərt dalğalara sinə gərəcək nəhəng bir Azərbaycan gəmisi inşa edib və onun sükanını İlham Əliyev kimi qüdrətli bir dövlət xadiminə etibar edib. Heydər Əliyevin Azərbaycanını indi öz yolundan heç bir qüvvə geri döndərə bilməz. Ümummilli liderimizin xilaskarlıq yolu davam etdirilir.

Bəs Azərbaycanın Azərbaycana qaytarılması, qüdrətli dövlət qurulmasıyolunda ulu öndərimiz əvvəlcə nələri qaytarmışdı,  nələri yaratmış və təmin etmişdi?

-Milli özünüdərki;
-Milli yaddaşı;
-İnsanların itirilmiş inamını;
-Müstəqillik arzularını;
-Müstəqil dövlətçilik atributlarını;
-Milli tarixi və milli ədəbiyyatı;
-Sabitliyi;
-Davamlı iqtisadi yüksəlişi;
-Azərbaycançılıq ideologiyasını;
-Milli sərvətləri;
-Milli ordunu;
-Gerçək müstəqilliyi.

Bəli, Azərbaycanın Azərbaycana qaytarılması üçün öncə bu faktorların qaytarılması və yaradılması lazım idi ki, ümummilli liderimiz Heydər Əliyev bunu etdi. Başqa cür desək, bunu yalnız ulu öndərimiz Heydər Əliyev edə bilərdi. 

1920-ci ildə Xalq Cümhuriyyətini süquta uğradan bolşeviklər Azərbaycanı işğal etdikdən sonra bu xalqın bir də müstəqilliyə can ata bilməməsi üçün onun ziyalı elitasını məhv etmişdilər. Beləliklə, milli ideyaların yaranmasının qarşısını almış, milli özünüdərki təşviq edən ziyalı nəslinin yetişməsinə imkan verməmişdilər. 

Ümummilli lider hələ dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə milli özünüdərkin qaytarılması zərurətinin müstəqillik üçün ilk şərt olduğunu müəyyənləşdirmişdi. Tanrı tərəfindən fenomenal istedad bəxş edilmiş bu şəxsiyyətə yaxşı məlum idi ki, xalqlar və millətlər müstəqil ola bilmək bacarıqlarının olduğuna inandıqları üçün müstəqil olurlar. Buna tam inandıqları üçün hərəkətləri də buna uyğun olur. Onlar davamlı olaraq inandıqlarını reallığa çevirən işlər görürlər. Deməli, milli özünüdərki qaytarmaq, ikinci və üçüncü dərəcəli deyil, birinci dərəcəli millət olduğuna inanmaq lazım idi. Görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründə həyata keçirdiyi nəhəng tədbirlərlə Azərbaycan xalqının özünə inamını bərpa etmiş, milli ziyalılar yetişdirərək və onları himayə edərək xalqımızı müstəqilliyədoğru istiqamətləndirmişdi. Bu prosesin həyata keçirilməsi üçün bütün vasitələrdən - ədəbiyyat nümunələrindən, bədii filmlərdən və digər təbliğat materiallarından istifadə olunmuşdu. Sovetlər Birliyinin çiçəklənən dövründə bu işləri həyata keçirmək böyük məharət və cəsarət tələb edirdi. 

Fikrimizi, bir misal üzərində davam etdirək.Əgər XX əsrin 60-cı illərinin əvvəllərində çəkilən “Əhməd haradadır?” filmində övladlarını axtarmaq üçün rayondan Bakıya gəlmiş valideynlərin yolu düz keçmə¬mələri və rus görünüşlü polisin onlara göstərişi istehza obyekti kimi tamaşaçıya təqdim edilirdisə, XX əsrin 70-ci illərində çəkilən “Nəsimi”, “Babək” kimi filmlərdə azərbaycanlı kimliyi ilə qürur duyma, yad-ellilərə qarşı mübarizə aparma gücü təlqin olunurdu. Azərbaycan xalqının azadlıq arzularının carçısına çevrilən, tariximizin araşdırılmasına və öyrənilməsinə xidmət edən Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza, Ziya Bünyadaov, Abbas Zamanov kimi ziyalıların yaradıcılığına yaşıl işıq yandırılması, onların sovet ideologiyasının sərt cəza tədbirlərindən qorunması ulu öndərin Azərbaycanı Azərbaycana qaytarmaq missiyasının tərkib hissəsi idi. 

Dahi şəxsiyyət yaşadığı dövrün siyasi quruluşunun sərt qadağalarına baxmayaraq,1978-ci ildə Azərbaycan dilinin ölkəmizin Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olmuşdu. Bu hadisənin miqyası yalnız və yalnız tariximizdə Şah İsmayıl Xətainin Azərbaycan türkcəsini saray dili səviyyəsinə qaldırması ilə müqayisə oluna bilər. Əgər Şah İsmayıl Səfəvi bu addımı bütün hakimiyyətin özünə bağlı olduğu bir şəraitdə ata bilmişdisə, ümummilli liderimiz Heydər Əliyev bunu Azərbaycanın imperiya nəzarətində olduğu şəraitdə etmişdi. Unutmamalı olduğumuz daha bir məqam var, həmin dövrdə nəinki Orta Asiya respublikalarında, heç Siyasi Büroda böyük təmsilçiləri olan Ukraynada da xalqın dili dövlət dili səviyyəsinə qaldırılmamışdı.

Xalqımızın böyük oğlu Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Azərbaycanı geridə qalmış aqrar respublikadan  aqrar-sənaye kompleksinin inkişaf etdirildiyi ölkəyə çevirərək gələcək müstəqilliyə zəmin hazırlamışdı. Ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanda tikilən fabrik və zavodlar, elektrik stansiyaları, çəkilən yollar iqtisadi inkişafın davamlılığını təmin etmiş, xalqımızın rifahını yaxşılaşdırmışdı. Azərbaycan xalqı nə Səfəvilərin intibah dövründə, nə parçalanmış xanlıqlar, nə çarizmin “iqtisadi islahatları” zamanı, nə 23 aylıq müstəqillik dönəmində, nə də bolşevik sovxoz və kolxozları vaxtıbeləiqtisadi yüksəlişin şahidi olmuşdu.

1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq dövrü kimi daxil olub. Tarixən qısa bir dövr ərzində, bütövlükdə, respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmış, 213 iri sənaye müəssisəsi işə salınmışdı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi.
Azərbaycanı Azərbaycana qaytarmaq missiyasının ilk dayanacağı müstəqil Azərbaycan idi. Milli ordu olmadan müstəqil Azərbaycanı qoruyub saxlamaq, qüdrətli və böyük Azərbaycana doğru aparmaq mümkün deyildi. Bu reallığı düzgün qiymətləndirən dahi şəxsiyyət ötən əsrin 70-80-ci illərində Azərbaycan milli ordusunun da əsasını qoymuşdu. O ordu ki, indi dünyanın ən güclü silahlı qüvvələri sırasındadır və İlham Əliyevin Ali Baş Komandanlığı ilə xilaskarlıq yolunda inamla irəliləyən Azərbaycanı bütün təhlükələrdən qoruyur.
Ulu öndər Heydər Əliyev xilaskarlıq yolunu ötən əsrin 90-cı illərinin əvvələrində dövlət atributlarını qaytarmaqla və müstəqil dövlətin rəsmi əsasını qoymaqla davam etdirib.1990-cı ilin noyabr ayında dahi şəxsiyyət Heydər Əliyevin Sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında qəbul olunan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin yaradılmasının əsasını qoyub. Hələ Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə üçrəngli Azərbaycan bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması böyük cəsarət tələb edirdi. Bütün bunlar 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsinə şərait yaratdı. Bu tarixi hadisə nəinki Azərbaycanın, Sovetlər Birliyinin digər müttəfiq respublikalarının da müstəqillik qazanmasına yol açdı.

Azərbaycanın Azərbaycana qaytarılması missiyasının növbəti mərhələsi 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonrakı dövrdür. Bu həmin dövr idi ki, xalqımız yenicə əldə olunmuş dövlət müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qalmış, böyük fəlakətlər girdabına sürüklənmişdi. Azərbaycan dövlətini labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi şəxsiyyət Heydər Əliyev müstəqilliyimizi qoruyub əbədiləşdirdiyi kimi, xalqımızın xoşbəxt və firavan gələcəyini də təmin etdi. O, xalqın milli sərvətlərini xalqın özünə qaytardı, ölkədə sabilik yaratdı, beləliklə, Azərbaycanın Azərbaycana qaytarılması missiyasının növbəti mərhələsini başa çatdırdı.

Xilaskarlıq yolu başa çatdı, missiya bitdimi? Xeyr. Bu gün həmin missiya – Heydər Əliyev xilaskarlıq yolu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında müasir dövrün reallıqları nəzərə alınmaqla davam etdirilir. 

Prezident İlham Əliyev ulu öndərimizin yolu ilə gedərək Azərbaycanı daha xoşbəxt gələcəyə aparır, bizi hələ ötən əsrin 60-70-ci illərində müəyyənləşdirilmiş hədəflərə hər gün daha da yaxınlaşdırır. 
O, ilk dəfə Prezident seçiləndən bir gün sonra böyük hədəflərə istiqamətlənmiş Azərbaycanı öz yolundan döndərməyə, xalqımızı yenidən faciələrə sürükləməyə, dövlət müstəqilliyimizi sarsıtmağa cəhd edənlərə qarşı prinsipial mövqe tutaraq xilaskarlıq yolunu davam etdirmək əzmini bütün dünyaya göstərdi. Azərbaycan xalqı əmin oldu ki, dövlətimiz etibarlı əllərdədir, ölkəmiz Heydər Əliyev yolu ilə gedərək daha böyük uğurlar qazanacaqdır.

Ulu öndərimizin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafı daha da sürətləndi, yeni-yeni uğurlara imza atıldı. Son 17 ildə bütün ölkəni əhatə edən tikinti və quruculuq işlərinin aparılması, yollar və körpülərin salınması, istehsal müəssisələrinin istifadəyə verilməsi, sənaye və kənd təsərrüfatı sahələrində yüz minlərlə iş yerlərinin açılması, məktəblərin, xəstəxanaların, idman komplekslərinin tikilməsi, qitələri birləşdirən dəmir yollarının, transmilli neft və qaz kəmərlərinin çəkilməsi, elektrik, su və qaz təminatının, insanların rifahının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi cənab İlham Əliyevin səmərəli fəaliyyətinin yalnız görünən tərəfidir. Ölkə rəhbərinin yeritdiyi siyasi kursda iqtisadi inkişaf, sadəcə, məqsəd deyil, həm də vasitədir: dövlət müstəqilliyinin qorunması, Azərbaycanın Azərbaycana qaytarılması yolunda vasitə!
Ötən əsrin 70-80-ci illərində, 90-cı illərinin əvvələrində ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirib müstəqil dövlətə çevirdi. Bu gün davam etdirilən yol həmin yoldur, böyük inkişafı hədəfləyən strateji məqsəd həmin məqsəddir. Ulu öndərimizin məqsədi Azərbaycanın müstəqilliyinə nail olmaq idisə, cənab İlham Əliyevin amalı əldə edilmiş müstəqilliyi qorumaq, Azərbaycanı daha qüdrətli dövlətə çevirməkdir.

Xalqımızın böyük oğlu 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirdiyi taleyüklü tədbirlərin mahiyyətini belə xarakterizə edirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”.

Prezident İlham Əliyev bu fikri yeni müstəvidə davam etdirərək deyir: “Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq, görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir... O ölkələr dünyada özünə layiqli yeri tutar ki, o ölkələr öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın – nə siyasi, nə iqtisadi cəhətdən. Azərbaycan bu ölkələrdəndir”. 

Burada biz “müstəqillik” anlayışının yeni dövrün tələblərinə uyğun şəkildə zənginləşdirildiyini görürük. Dövlət müstəqilliyinin ənənəvi anlamına görə, hansısa bir ərazidə müəyyən bir siyasi kursu tətbiq etmək tam müstəqillik deyil. Sözün gerçək mənasında, tam müstəqil olmaq üçün sərhəd toxunulmazlığı və müstəqil siyasət aparmaq əsas şərtdir. Sərhədi guya toxunulmaz qalan və formal müstəqilliyi olan elə ölkələr var ki, orada hər şey xarici investisiyadan asılıdır, müxtəlif    ölkələrin şirkətlərinin sifarişi ilə həll olunur. Azərbaycanda isə ümummilli liderimizin bizə ən böyük əmanəti olan dövlət müstəqilliyi nəinki qorunub saxlanılıb, o daha da gücləndirilib. 

“Müstəqillik yalnız dövlət atributları ilə ölçülmür, müstəqillik rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun”, – deyən Azərbaycan Prezidentinin əsas qayəsi ölkəmizin heç bir güc mərkəzindən asılı olmadan müstəqil siyasət aparması, hər bir sahədə xalqın mənafeyinin əsas götürülməsidir. Əminliklə demək olar ki, artıq buna nail olunub.

Müstəqilliyi hər gün daha da möhkəmləndirilən, güclü, qüdrətli Azərbaycan xilaskarlıq yolunun davam etdirilməsi üçün əsas şərtdir. 

Prezident İlham Əliyevin fəaliyyəti dövründə ölkəmizdə bütün sahələrin yüksək templə inkişafı təmin olunub və dinamik xarakter alıb. 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasının müasir tələblər səviyyəsində davam etdirilməsi, Azərbaycanı regionda böyük nüfuz sahibinə, aparıcı dövlətə çevirən qlobal enerji və kommunikasiya layihələrinin ardıcıl surətdə həyata keçirilməsi dövlət başçısının siyasətinin prioritet istiqamətləri sırasında mühüm yer tutur. Müəllifi ulu öndərimiz Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin başa çatdırılması ölkəmizin sürətli inkişafına təkan verib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin reallaşdırılması, TANAP, TAP, Cənub Qaza Dəhlizi kimi enerji layihələriAzərbaycanın gələcək inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. 

Ölkənin təbii sərvətlərindən əldə olunan gəlirin qeyri-neft sektoruna yönəldilməsi dayanıqlı iqtisadi inkişafın təmin olunmasına, Azərbaycanın neftdən asılılıqdan xilas edilməsinə gətirib çıxarır. Ölkəmizdə dünyanın ən müasir texnologiyaları tətbiq olunur, Azərbaycanda “Ağıllı şəhər” layihəsi həyata keçirilir, “Smart ölkə”nin tətbiqinə hazırlıq görülür. Bütün bunların nəticəsi olaraq, ölkəmiz dünyanın qüdrətli dövlətlərindən birinə çevrilir. 

Deməli, Azərbaycan Heydər Əliyev xilsakarlıq yolu ilə hədəfə doğru sürətlə irəliləyir. Bu yolda qarşıya çıxan bütün maneləri dəf edən dövlət başçısı onu da bilir ki, milli dəyərləri qorumadan, gəncləri milli ruhda tərbiyə etmədən gələcəyi qurmaq mümkün deyildir:“Gənc nəsil milli dəyərlər əsasında tərbiyə edilməlidir, xüsusilə indiki zəmanədə. Qloballaşan dünyada bəzi hallarda sərhədlər silinir. Bəzi hallarda ölkələr arasında sərhədlər, mənəvi sahədə sərhədlər pozulur, sərhədləri keçirlər. Buna yol vermək olmaz. Bizi xalq kimi qoruyub saxlayan milli mənəvi dəyərlərimizdir, islami dəyərlərimizdir, dilimizdir, ədəbiyyatımızdır. Əgər biz bundan sonra da ölkəmizin uğurlu inkişafını istəyiriksə, bu məsələlərə mütləq diqqət göstərilməlidir. İqtisadi islahatlar daha da sürətlə gedə bilər, ləng də gedə bilər. Bu, o qədər də böyük problem yaratmaz. Ancaq əgər milli dəyərlərimizdə hər hansı bir boşluq yaranarsa, yaxud da ki, milli mənəvi əsaslarımız zərər görsə, onda, əlbəttə, ölkə böyük çətinliklərlə üzləşər”.
Prezident İlham Əliyevin xilaskarlıq missiyasının mühüm istiqamətlərindən biri də gənclərin milli ruhda yetişdirilməsi və yad təsirlərə düşməkdən xilas edilməsidir. Qloballaşan dünyada bu işi həyata keçirmək o qədər də asan deyil. Bugünkü uşaqları vətənpərvərlik ruhunda böyütmək, gəncləri milli ruhda yetişdirmək üçün gərək milli dəyərlərin qorunması istiqamətində əməli fəaliyyət göstərilsin. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə tariximizin öyrənilməsi, abidələrin bərpası, xalq sənətkarlığının yaşadılması bu sahədə görülən işlərin tərkib hissəsidir. Dövlət başçısı xalqın gerçək tarixini, abidələrini, unudulmuş dəyərlərini, sənətkarlıq sahələrini, milli ədəbiyyatını, musiqisini xalqın özünə qaytarır, beləliklə, Azərbaycanın Azərbaycana qaytarılması missiyasını böyük uğurla həyata keçirir. Azərbaycan xalqı təkcə ona məxsus milli nə varsa özünə qaytarılmasına görə sevinmir, həm də milli dəyərlərinin beynəlxalq səviyyədə bu xalqın yaratdığı dəyərlər kimi təbliğ olunması, adının uca tutulması ilə qürur duyur.
2020-ci ildə baş verən hadisələr Prezident İlham Əliyevin həm bu xalqın  xilaskarı, həm də müdrik dövlət xadimi olduğunu bir daha sübuta yetirdi.Bu il koronavirus pandemiyası bütün dünyanı öz cənginə alıb. Dünyanın ən inkişaf etmiş dövlətləri belə bu xəstəliklə mübarizədə aciz vəziyyətdə qalıblar. Dünya nəhəngləri olan Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Avropa ölkələrində baş verən hadisələr bizə məlumdur. Bu ölkələrdə koronavirusa yoluxma və ölüm halları sürətlə artır, iqtisadiyyatlar böhranlı vəziyyətə düşür, insanlar çıxış yolu tapa bilmirlər. Onlardan fərqli olaraq, Azərbaycanda nəinki koronavirus pandemiyası ilə ciddi mübarizə aparılaraq insanların həyatı xilas olunur, həmçinin əhalinin sosial rifahının yaxşılaşdırılması üçün tədbirlər görülür,  postpandemiya dövründə iqtisadiyyatın inkişafı üçün proqramlar qəbul edilir.

Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi Azərbaycanı böyük bir fəlakətdən xilas etdi. Heydər Əliyev xilaskarlıq missiyası bu dəfə İlham Əliyev öndərliyindəAzərbaycanı Azərbaycana qaytardı.
Növbəti mərhələdə böyük hədəfə doğru getməyə mane olan nə varsa, dövlətimiz və xalqımız hamısından xilas ediləcək. Dövlət başçısının qətiyyətli mövqeyi sayəsində cəmiyyətimizin bəlasına çevrilən rüşvətxorluğun, korrupsiyanın kökü kəsiləcək, Azərbaycanda tam ədalətli cəmiyyət qurulacaqdır. Ölkəmizdə son vaxtlar baş verən hadisələr, korrupsiyaya bulaşmış məmurların həbs edilməsi belə deməyə əsas verir.

Prezident İlham Əliyev bu xalqı radikal və dağıdıcı ünsürlərdən də xilas edəcəkdir. Fikrimizcə, ölkədə milli dəyərləri qoruyan, müstəqilliyi təhdid etməyən, yalnız Azərbyacan xalqını düşünən, xarici qüvvələrdən asılı olmayan siyasi partiyalar daha da möhkəmləndirilməli və yeni siyasi təşkilatlar yaradılmalıdır. 

Xilsakarlıq missiyasının növbəti mərhələsi itirilmiş əzəli Azərbaycan torpaqlarının geri qaytarılmasıdır.Bu torpaqların qaytarılması isə Qarabağla başlayacaq. Prezident Azərbaycanı Azərbaycana qaytarmaq missiyasını məhz bu istiqamətdə davam etdirir. Qarabağdan sonra bu yol İrəvana gedəcək. İrəvan isə xilaskarlıq yolununsonu deyil, hələ yarısıdır.

Prezident İlham Əliyev İrəvanın Azərbaycana qaytarılmasında nə qədər qətiyyətli olduğunu bu yaxınlarda Tərtərdəki çıxışında bir daha bəyan edib. Dövlət başçısı İrəvanın Ermənistana verilməsinin bağışlanmaz səhv olduğunu bildirərək beynəlxalq ictimaiyyətin diqqəti bir daha qədim Azərbaycan torpağı olan İrəvana cəlb edib: “Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistana bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz... Bu hadisə 1918-ci ildə baş verib. Ancaq ilk dəfə bu tarixi faktla bağlı məsələni mən qaldırdım. Mənə qədər heç kim bunu qaldırmayıb. Bizim tarixi kitablarımızda buna rast gəlmək bəlkə nadir hallarda mümkündür. Sanki belə bir fakt olmayıb. Mən bunu qaldırdım. Müxtəlif kürsülərdən, o cümlədən xaricdə olarkən qaldırdım və dedim ki, bu, bizim şəhərimizdir, bizim torpağımızdır. Hər kəs tarixini bilməlidir”.

Heç şübhə yoxdur ki, Heydər Əliyev yolu ilə gedən qüdrətli Azərbaycan dövləti Qarabağdan sonra İrəvanı da xilas edərək xalqımıza qaytaracaqdır.Prezident İlham Əliyevin Şimallı Cənublu, Şərqli Qərbli Böyük Azərbaycanın qurulması yolundakı fədakar xidmətləri öz nəticəsini verəcək,Azərbaycanın Azərbaycana qaytarılması missiyası uğurla başa çatdırılacaqdır. Azərbaycan xalqı bu mübarizədə Prezidentinin yanındadır. Bu xalq bilir ki, ölkəmizin gələcəyinin tək qarantı Heydər Əliyev yoludur.

Tural Səfərov,
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi, tədqiqatçı-jurnalist.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ