çərşənbə günü, 28 oktyabr 2026
     

Ermənistanın eks baş naziri “Azərbaycanın yerində olsaydım” təhrikçi mesajı ilə nə demək istədi... Paşinyanın “Kazan formulu”na keçid üçün öz hesabları var?..

Image


Ermənistanda mövcud hakimiyyətin Dağlıq Qarabağ münaqişəsi ətrafında hazırkı vəziyyəti hələ də düzgün qiymətləndirməməsi konfliktin hərbi həllini daha sürətlə yaxınlaşdırmaqdadır. Özü də burada nəzərə almaq lazımdır ki, Azərbaycan qeyd edilən xüsusda Ermənistana ünvanlanmış xəbərdarlıqların da sayını artırıb.

Qeyd edilən xüsusda Prezident İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı səsləndirdiyi fikirlər də ayrıca diqqət cəlb etdi. Siyasi və hüquqi baxımdan Qarabağ məsələsində Azərbaycanın  mövqeyinin mükəmməl olduğunu bildirən dövlət başçısı ölkəmizin gücünü yenidən düşmənə xatırlatdı:“Biz iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik, o cümlədən döyüş meydanında. Onlar bizə hücum etdi, biz cavab verib onları yerinə oturtduq. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad etdik... Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi. Ondan sonra 2018-ci ildə Naxçıvan əməliyyatı. Orada da minlərlə hektar torpaq bizim nəzarətimizə keçdi. İşğal olunmuş torpaqları azad etdik. Azərbaycan ordusu gücünü göstərdi”.

Dövlət başçısı qeyd edib ki, münaqişənin həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır:“Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir". Buradan kifayət qədər aydın görünür ki, Azərbaycan düşmənlə güc dilində danışmağa hazırdır və bu istiqamətdə gücünü daha da artırır. Bu isə o deməkdir ki, 4 il əvvəl baş tutan aprel savaşı istənilən an yenilənə bilər. Həmin əməliyyatlardan Azərbaycanın malik olduğu hərbi güc düşmənə kifayət qədər yaxşı məlumdur. Məhz aprel zəfərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıldı və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi. Erməni xalqı, eyni zamanda dünya ictimaiyyəti də başa düşdü ki, işğal olunmuş ərazilərin hərb yolu ilə azad edilməsi mümkündür. Azərbaycan xalqı, dövləti və ordusu buna tam qadirdir. Bundan başqa, düşmən unutmur ki, aprel döyüşləri Azərbaycan xalqının və ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa hazır olduğunu, düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, Azərbaycan ordusu təmas xəttində mövcud vəziyyətə tam nəzarət etsin və lazımi tədbirləri görə bilsin. Məhz uğurlu aprel qələbəsindən daha da ruhlanan Azərbaycan ordusu iki il sonra daha bir böyük zəfər qazandı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir.

İstər şanlı aprel döyüşləri, istərsə də Günnüt zəfəri Azərbaycanın düşmən üzərində hərbi qələbəyə istənilən vaxt imza ata biləcəyini nümayiş etdirir. Elə dövlət başçısı Tərtərdə məhz bunu yenidən düşmənə xatırladıb. Bir daha qeyd edilib ki, Azərbaycanın malik olduğu potensial işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini tam əminliklə deməyə ciddi əsas verir. Bunun güc yolu ilə də reallaşmasının mümkünlüyünü dövlət başçısı düşmənə açıq şəkildə bildirdi. Elə bu fonda Azərbaycan öz ordusunun hərbi-texniki imkanlarını, yerli hərbi sənayeni ilbəil gücləndirməklə, sözsüz ki, həm də öz döyüş qabiliyyətini gücləndirməkdədir. Çünki Qarabağ konfliktinin güc yolu ilə həll variantı gündəmdən çıxmayıb. Əksinə, Ermənistanın təxribatçı mövqeyi, status-kvonu süni şəkildə uzatmağa yönəlik siyasəti üzündən savaş ehtimalı getdikcə artmaqdadır. Bunu Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markov da isitisna etmir. O bildirir ki, Azərbaycan zəbt edilmiş əraziləri qaytarmaqda israrlıdır:“Ermənistan bunu nəzərə almalıdır. İrəvan bilməlidir ki, savaş istənilən an başlana bilər və bu dəfə Azərbaycanı saxlamaq mümkün olmayacaq. Ermənistan Rusiyanın məsələyə müdaxilə edəcəyini düşünürsə, yanılır. İrəvan Rusiya ilə bağlı bağışlanmaz səhvlərə yol verir. Məsələn, erməni hakimiyyət strukturlarının amerikalılaşdırılması, ölkəni Amerika imperializmi siyasətinə tabe etmə prosesi  baş verir. Bu, hər şeydən əvvəl, ABŞ-dakı erməni diasporunun əlaltısı olan Nikol Paşinyanın qələbəsindən sonra başladı. Təsadüfi deyil ki, Ermənistanın baş naziri komandasına çoxlu sayda qrant yeyəni, yəni ictimai və siyasi karyerası boyunca Amerika yardımlarından bəhrələnənləri daxil edib. Bununla əlaqədar olaraq, təbii ki, Rusiyaya qarşı tənqid və şübhə artmaqdadır. Onlar iqtisadi blokadanı qaldırmaq və strateji müttəfiq kimi Rusiyanı sıradan çıxarmaq üçün Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atmaq istəyirlər. Hazırda belə hesab edirlər: Müharibə olacağı təqdirdə Moskva bizə lazımdır ki, Azərbaycan və Türkiyədən müdafiə üçün ondan istifadə edək. Amma Rusiya artıq məsələyə fərqli yanaşır. Ermənistandakı qruplaşma üçün ABŞ-a doğru addım atmaq vacibdir. Ancaq bu, Azərbaycan üçün də faydalıdır! Rusiyanın Gümrüdəki hərbi bazaya və Ermənistanı müttəfiq hesab etməyə çox da ehtiyacı yoxdur. Bu kor bucaqdır, orada operativ meydan yoxdur. İqtisadi baxımdan Ermənistan çox zəifdir. Düzdür, Rusiya Federasiyasında və digər ölkələrdə erməni icmasının loyallıq amili var. Lakin Paşinyanın nümunəsində xarici erməni icmaların Rusiyaya xüsusi loyal olmadığını görürük”.

Bu arada ölkəsinin ağır durumunu dəyərləndirən Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bəyan edib ki, Azərbaycanın yerində olsaydı, təkcə Qarabağa deyil, həm də koronavirus səbəbindən zəiflədiyi üçün Ermənistana hücum edərdi. Buna da münasibət bildirən Sergey Markov qeyd edir:“ Məncə, ziddiyyətli açıqlamalar qismən qeyri-adekvatlıq, bir qədər də özünü itirməklə bağlıdır. Ermənistan rəhbərliyinin blokadanı qaldırmaq istədiyi bir vəziyyətdə nə etməli? Bunun üçün güzəştə getmək və əraziləri Azərbaycana qaytarmaq lazımdır, digər tərəfdən, buna getmək çox qorxuludur. Mənə elə gəlir ki, Nikol Paşinyan Azərbaycanın hərbi əməliyyatlara başlamasında maraqlıdır. Bir neçə günlük döyüşdən sonra bütün vasitəçilər - Rusiya, Avropa İttifaqı, Fransa və ABŞ işə qarışacaq. Onlar Paşinyanı Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana verilməsini nəzərdə tutan “Kazan formulu” ilə razılaşmağa inandıracaqlar. Ermənistanın baş naziri həm vasitəçilərin təzyiqlərinə, həm də “DQR”in yeni rəhbərliyinə istinad etmək istəyir. Beləliklə, Nikol Paşinyan faktiki olaraq Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir, yəni bir az döyüşək, sonra isə “Kazan formulu”na gələk”. Ekspert bildirir ki, istənilən halda Azərbaycan savaşa başlamaqla işğal siyasətinə son qoymaq iqtidarındadır. Bununla belə, Bakı sülh qapılarını da bağlamayıb və hələ də ümidlidir ki, ATƏT-in Minsk Qrupunun üç həmsədr dövləti işğalçını, nəhayət, ağla gətirmək üçün gərəkən addımları atacaq. Əks təqdirdə Bakı bunu savaşla edəcək. Burada o da nəzərə alınır ki, Qarabağ danışıqlarını hələ də dalandan çıxarmaq mümkün olmayıb. Yaxın tezlikdə bu durumda dəyişiklik olmasa, savaş qaçılmazdır. Bu fonda maraq doğuran məqam həm də bundan ibarətdir ki, Ermənistanın qeyri-konstruktivliyi davam etdiyi şəraitdə Azərbaycan düşməndən hərbi cəhətdən də kifayət qədər üstün olduğu halda nədən genişmiqyaslı əməliyyatlara start vermir.  Ekspertlər hesab edir ki, Azərbaycan, əslində danışıqlar prosesinin növbəti mərhələsini gözləyir. Bu mərhələdə də istənilən nəticə əldə olunmazsa, Bakı hərbi müstəvidə İrəvana yenidən dərs keçməli olacaq. Buna qədər isə Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinin bərpası, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərimizin qeyd-şərtsiz azad edilməsi ilə bağlı 4 qətnaməsinin tələblərinin yerinə yetirilməsi üçün səylərini davam etdirməkdədir. Ekspertlər qeyd edir ki, Bakının sülh danışıqlarına önəm verməsi indi Ermənistan üçün ən böyük güzəştdir. Ancaq Ermənistan bundan sonra da sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirsə, Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü ordusunun gücü ilə təmin etmək məcburiyyətində qalacaq. Hazırda ordumuzun arsenalında olan ən müasir silahlar, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Amma İlham Əliyevin yuxarıda səslənən fikrindən aydın görünür ki, Azərbaycan hərbi gücünü daha da artırmaqda davam edir. Bu isə münaqişənin hərbi həlli zamanı düşmənə daha sarsıdıcı zərbələr vurmağa imkan verəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ