çərşənbə günü, 28 oktyabr 2026
     

Koronavirus Ermənistanı həm daxildən, həm də xaricdən çökdürür – Paşinyanın “yoluxma oyunu” isə onun ölkəsindəki olan-qalan nüfuzunu da yerlə bir etdi

Image


Bu gün Cənubi Qafqaz ölkələri arasında koronavirusla bağlı ən fəlakətli vəziyyət Ermənistanda müşahidə edilir. Son məlumatlara əsasən, Ermənistanda koronavirusa yoluxanların sayı 11 minə, bu virusdan həyatını itirənlərin sayı isə 200-ə yaxınlaşır. Amma fəlakətin miqyasının daha böyük olması gözlənilir. Bunu hətta Ermənistanın baş naziri Nikol Paşinyan özü belə etiraf edir.

Paşinyan bildirir ki, Ermənistanda koronavirusla bağlı vəziyyət fəlakət həddindədir. O, son günlər Ermənistanda koronavirusa yoluxma və pandemiyadan ölüm hallarının çoxalmasından narahatlığını vurğulayaraq deyib: “Bu fəlakətdir”. Amma məsələnin həm də maraqlı tərəflərindən biri odur ki, indiki vəziyyətdə koronavirus Paşinyanın taxtını laxladan əsas faktorlardan birinə çevrilməkdədir. Müxalifətdə olan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bu xüsusda bildirir:“Gündən-günə ikiqat artan ölümlərin və sağlamlıq xaosunun cavabdehi Nikol Paşinyandır. Paşinyan və onun komandası hər şey etdi ki, ölkəmizdə sağlamlıq, humanitar və iqtisadi xaos baş versin. Vaxtilə mən koronavirus özünün pik həddinə çatmayana qədər məhdudiyyətlərin aradan qaldırılmasının lazım olmadığını söyləyəndə cənab misilsiz həmişəki kimi “eşşək qovurdu” və cinayətkar əzmlə məhdudiyyətləri aradan qaldırırdı. Nəticədə gündəlik olaraq yüzlərlə yoluxanlarımız və ölənlərimiz olur. Təəssüf ki, Ermənistan hökuməti bu müharibədə xalqı tək qoydu”.

“Parlaq Ermənistan” partiyasından olan deputat Mane Tandilyan isə qeyd edir: “Ermənistan xalqı hökumətin onu qoruya bilmədiyini görür. Vətəndaşların uzun müddətdir heç bir qaydaya əməl etməmələri də səhiyyə nazirinə etimadsızlığını göstərir”. Onun sözlərinə görə, hökumət koronavirusla mübarizədə uğursuz oldu, çünki tədbirlər vaxtında görülməli idi:"Xalq arasında koronavirusa qarşı qeyri-ciddi münasibət yayılıb. Ümid edirəm ki, vətəndaşlarımız bir vaxtlar virusun yayılmasına istehza ilə yanaşan və indi çaxnaşma içində olan hökumətdən daha ehtiyatlı olacaqlar". Tandilyan, həmçinin deyib ki, Nazirlər Kabineti tədricən koronavirusla mübarizənin məsuliyyətini vətəndaşların çiyinlərinə qoyur:“İnsanlar fövqəladə vəziyyətdə hökumətin onu qoruya bilmədiyini və tədricən bu məsuliyyəti üzərindən atdığını görür. Təkəbbürü bir kənara qoyub, bu vəziyyətdən necə çıxacağımızı bilən xarici mütəxəssisləri cəlb etməliyik".

Ermənistanın “Milli Gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan da vəziyyətin qəliz olduğunu bildirir:“Ermənistanda virusla bağlı vəziyyət dəhşətli istiqamətdə inkişaf edir. Ötən həftənin sonunda Ermənistan baş naziri Nikol Paşinyan vəziyyətin nəzarətdən çıxdığını və İtaliya ssenarisinin özünəməxsus üslubda yaxınlaşdığını qəbul edib. Ermənistanda koronavirusdan ölüm dünyada ən yüksəklərdəndir, bu, pandemiya əleyhinə mübarizənin də uğursuz olduğunu göstərir”. Yaranmış vəziyyətdə baş nazirin vəziyyəti daha pis məcraya yönəltdiyi üçün istefasını tələb edənlərin sayı artır. Amma koronavirus təkcə Ermənistanın daxili həyatına zərbə vurmayıb. Erməni mediası xarici siyasət sahəsində də acınacaqlı durum yarandığını bildirir. Xüsusən də Rusiya ilə bağlı Paşinyanın koronavirus gedişləri artıq mənfi effekt doğurur. Rusiyanın “Moskovskiy komsomolets” qəzeti yazır ki, Paşinyan koronavirusa yoluxduğunu bildirsə də, burada şübhəli məqamlar var:“Ermənistanın 45 yaşlı baş naziri Nikol Paşinyan öz doğum günündə bildirib ki, onda və ailə üzvlərində koronavirus aşkar edilib. Paşinyan və ailə üzvlərinin hər hansı simptomları yoxdur. Lakin özlərini təcrid etməyə qərar veriblər. Elə görünürdü ki, Paşinyanın xəstəliyinə görə təəssüflənməli idilər. Ancaq Ermənistanda çoxları düşünür ki, hökumət rəhbəri hiyləgərlik edir”. Qəzetin yazdığına görə, Paşinyan epidemiya əleyhinə təhlükəsizliyin bütün qaydalarına riayət etdiyini iddia edir, lakin bildirir ki, bunlar onu yoluxmaqdan xilas etməyib:“Bununla belə, Paşinyan dövləti idarə etməkdən imtina etməyə hazırlaşmır. Növbəti iki həftə ərzində o, ölkəni Sevandakı hökumət evindən idarə edəcək. Həyat yoldaşı Anna Hakobyan da tanışları və yaxınları ilə ünsiyyətlərini dayandırıb, Ermənistanda uşaqlar gününə həsr olunmuş konsertdə iştirak etməkdən imtina edib”. Qəzet bildirir ki, bununla Paşinyan miskin görkəm yaratmaq istəsə də əhali ona inanmır. Eyni zamanda daha bir məqam da Rusiaya ilə bağlıdır. “Erməni Qartalları - Birləşmiş Ermənistan” partiyasının sədri Xaçik Asryan məhz bu fonda Paşinyanın koronavirusa yoluxduğuna şübhə edir. Partiya rəhbəri baş naziri saxtakarlıqda və yalan danışmaqda ittiham edib:“Nikol Paşinyan, doğrudan da koronavirusa yoluxmusunuz, ya bir daha erməni xalqını aldadırsınız ki, xəstələnmək iddiası ilə amerikalı şeflərinin əmri ilə iyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş rəsmi tədbirdə və paradda iştirak etməyəsiniz?” O, dolayı yolla Ermənistan baş nazirini Rusiya prezidenti Vladimir Putinlə üz-üzə gəlməkdən boyun qaçırmaqda ittiham edib. Partiyanın yaydığı məlumatda bildirilib ki, Nikol Paşinyan son iki ildə Ermənistanın idarəetmə sisteminə, sosial-iqtisadi və hərbi-siyasi fəaliyyətinə, xarici siyasətinə xələl gətirib, eyni zamanda dövlət səviyyəsində koronavirusa qarşı mübarizəsi tamamilə uğursuzdur:“Bundan əlavə, Ermənistanda fövqəladə vəziyyət rejimini uzadan Nikol Paşinyan özünün çökmüş və antimilli hökumətinin ömrünü uzatmağa çalışır. Hakimiyyətə qarşı mitinqləri qəsdən qadağan edərək, Ermənistan Milli Məclisində antimilli qanunların qəbul edilməsinə, habelə, Avropa Şurası tərəfindən tətbiq olunan pozğun konvensiyaların ratifikasiyasına şərait yaradır. Nikol Paşinyanın anti-dövlət, konstitusiyaya zidd qərarlarını həyata keçirən parlamentinin deputatları, şübhəsiz ki, erməni xalqı tərəfindən pislənəcək və qanunun ən sərt diqtəsi ilə cəzalandırılacaqlar”. Xaçik Asryan qeyd edir ki, Paşinyanın hərəkətlərinə Rusiyanın reaksiyası çox sərt olacaq.

Nahid SALAYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ