05/07/2020 08:20
728 x 90

Prezident saxta erməni tarixşünaslığı üzərində qəti qələbə möhürünü Tərtərdə vurdu - Sisyan yox, Qarakilsə... AMEA-nın Tarix İnstitutunun işindən böyük iş...

img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfər edib. Ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyan Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verib.

Bildirilib ki, inşasına 2019-cu ilin aprel ayında başlanmış və noyabr ayında başa çatdırılmış muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir. Muzeyin sərgi zalında, ümumilikdə, 8 bölmə yaradılıb. Burada Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri sərgilənir.

Prezident İlham Əliyev: Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın.

Müstəqim Məmmədov: Baş üstə.

Prezident İlham Əliyev: İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər.

Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu da yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyev yolun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

Daha sonra Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib, kompleksdə yaradılan şəraitlə tanış olub, bir qrup idmançı ilə görüşüb.

110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası da yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına yarımstansiyanın fəaliyyəti barədə məlumat verdikdən sonra Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Eyni gündə Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında da iştirak edib. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Prezident İlham Əliyev həmin gün Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport veriblər. Dövlət başçısı hərbi hissədəki şəraitlə tanış olub.

Prezident İlham Əliyev Ağcabədi rayonunda da səfərdə olub. Ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyan Prezident İlham Əliyev daha sonra rayonun Hindarx qəsəbəsində fermer Nizami Hüseynovun əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib.

Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı zavodu istifadəyə verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib. Kənd Təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına müəssisə barədə məlumat verib.

Prezident İlham Əliyev Ağcabədidə “ASAN xidmət” mərkəzinin açılışında da iştirak edib. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat veriblər.

Dövlət başçısı mərkəzin açılışını edib. Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşüb.

Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri də istismara verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Son xəbərlər