Cümə günü, 30 oktyabr 2026
     

Bakı İrəvana son mesajlarını verir – münaqişənin hərbi yolla çözümü labüd görünür...

Image


Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda  Azərbaycanın mövqeyini gücləndirən əsas amillərdən biri də döyüş qabiliyyəti ilə regionda lider mövqedə olan ordumuzdur. Azərbaycan danışıqlar masasında da açıq şəkildə bildirir ki, konfliktin çözümündə istənilən nəticəni əldə etməsə, ordu amilini hərəkətə gətirəcək. Xüsusi vurğulanır ki, Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpasını bütün mümkün vasitələrlə təmin etmək hüququna malikdir.

Bu məqam düşmən tərəfdən də nəzərə alınır və aydındır ki, onun danışıqlarda mövqeyinə də birbaşa təsir edir. Digər tərəfdən Ermənistan onu da yaxşı başa düşür ki, danışıqlarda tədricən işğal siyasətinə son qoymağa razılıq verməsə, Azərbaycan güc variantından istifadə edəcək. Azərbaycan ordusunun genişmiqyaslı əməliyyat-taktiki təliminin keçirilməsi fonunda bu mövqeni bölüşən ermənilərin də sayı kifayət qədərdir. Erməni hərbi ekspert Levon Nazaryan da bildirir ki, böyük miqyasda hərbi təlim keçirən Azərbaycan hücum ssenarilərini məşq edir və bu da onun Qarabağ məsələsini hərbi müstəvidə çözmək niyyətindən geri çəkilmədiyini göstərir. “Baş verənlər artıq rəqibin müəyyən əməliyyatlara hazırlaşdığını güman etməyə imkan verir. Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində aktivliyi, eləcə də daim keçirilən hərbi təlimlər təsadüfi deyil. Bakı niyyətini açıq ifadə edir”. Elə rusiyalı ekspert Vitali Arkov da məsələyə bu prizmadan yanaşır. Ekspert vurğulayır ki, Azərbaycanın genişmiqyaslı hərbi təlimlərə başlaması Ermənistana mesajdır. Bakı İrəvanda isti başları soyutmağa, 2016-cı ilin aprelində baş verənləri xatırlatmağa çalışır. Onun sözlərinə görə, Ermənistan davranışları ilə müharibə vəziyyəti yaradır: “Ermənistanın indiki rəhbərliyinin hərəkətləri qeyri-adekvatdır və Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycanı güc yoluna əl atmağa sövq edir. Ehtimal ki, belə ssenari son variant kimi həqiqətən mövcuddur. Biz görürük ki, baş nazir Nikol Paşinyan onilliklər boyunca davam edən prosesi kənara qoyub danışıqları sıfırdan başlamağı təklif edir. Əvvəlki il deyirdi ki, ona “Madrid prinsipləri” ilə tanış olmaq lazımdır, ikinci il bu haqda danışmağa başlayır. Bu, hər kəsi şüurlu şəkildə təhqir etməyə bənzəyir. Həmçinin, Rusiya xarici işlər naziri Sergey Lavrovun yalan danışdığını iddia edərək, bura Moskvanı da cəlb etməyə çalışır. Mən danışıqlar prosesində konkret sənəd üzərində müzakirələrin aparılması məsələsində Lavrova daha çox etibar edərdim, nəinki Paşinyana. Belə sənədin mövcudluğu haqda dəfələrlə eşitmişik, amma Paşinyan deyir ki, belə sənəd yoxdur. Ermənistan faktiki olaraq müharibəyə təhrik edir və Azərbaycan da hərbi təlimlərlə İrəvana mesaj verir”. Arkov qeyd edib ki, 2016-cı ilin aprel müharibəsi Azərbaycan ordusunun döyüş hazırlığını və gücünü göstərdi: “Bütün reytinqlərdə, eləcə də ekspert fikirlərində bu öz əksini tapıb. Yəni erməni ordusu ilə müqayisədə Azərbaycan ordusu kifayət qədər güclüdür. Bu da müharibə zamanı qələbənin birmənalı şəkildə Azərbaycan tərəfində olacağı deməkdir. Bununla yanaşı, Ermənistanın Azərbaycanı təcavüzdə ittiham etmək üçün qəsdən təhrik etdiyini düşünürəm. Hesab edirəm ki, İrəvanın mövqeyi Azərbaycanı bezdirdi, amma Bakı daha səliqəli hərəkət edir, erməni oyununa təslim olmur və münaqişənin həlli üsullarını tapmağa çalışır”. Arkov Ermənistanın regionda qeyri-sabitlik yaratmaq üçün təzyiq aləti olduğunu vurğulayıb:“Nikol Paşinyan qətiyyən müstəqil siyasətçi deyil, o, ABŞ-ın oyuncağıdır. Paşinyanın ətrafındakılarının çoxu Soros Fondundan gələnlərdir, bəziləri hətta rəsmən Mərkəzi Kəşfiyyat İdarəsində təlim keçib. Hesab edirəm ki, Paşinyanın Qarabağla bağlı zidd bəyanatları öz fikri deyil, ona verilən göstərişlərdir. Bununla yanaşı, İrəvan münaqişədə status-kvonu saxlamağa çalışır. Ermənistan Dağlıq Qarabağa nəzarət edir, buna paralel olaraq, ətraf 7 rayonu zəbt edib, halbuki, bu ərazilər qeyd-şərtsiz qaytarılmalıdır. Bu ərazilərin işğal edildiyini İrəvan özü də qəbul edir”.

Ekspertin fikrincə, Paşinyanın ziddiyyətli bəyanatlarının daxili səbəbləri də var:“Onilliklər ərzində aparılan təbliğat nəticəsində Ermənistanda əhali Qarabağ ətrafında işğal edilmiş rayonları da öz əraziləri kimi qəbul etməyə başladı. Bu da istənilən ərazinin qaytarılmasının əhali tərəfindən neqativ qarşılanmasına səbəb ola bilər. Belə təbliğat dayandırılsa və əhali arasında münaqişənin nizama salınması nəticəsində sərhədlərin açılacağı, sosial-iqtisadi həyatın yaxşılaşacağı haqda fikirlər yayılsa, insanların mövqeyi də dəyişə bilər. Lakin biz görürük ki, Paşinyanın gəlişi ilə heç nə dəyişmədi. Rəsmi İrəvan əhalinin sülhə hazırlığı ilə bağlı təkliflərlə razılaşır, amma faktiki olaraq, bunun üçün heç nə etmir. Bir dəfə əsirlər dəyişdirildi, bir dəfə jurnalistlərin səfərləri təşkil olundu. Sonra heç nə etmədilər. Ermənistan hamını, hətta vasitəçiləri belə barmağına dolayır. Paşinyan sözdə başqa şey danışır, əməldə başqa şey edir. Onlar Azərbaycanı təcavüzkar tərəf kimi göstərmək istəyirlər, halbuki, məhz Ermənistan təcavüzkardır”. Rusiyalı ekspert hesab edir ki, Ermənistanda xalq blokadadan çıxmaq, iqtisadi inkişafa nail olmaq istəyir:“Qızğın təbliğat aparılarsa, ermənilər Azərbaycanla dialoqa da hazır olar. Lakin yenə də Paşinyan üçün çətin olacağını hiss edirəm. Onlar anlayır ki, ilk növbədə Qarabağ ətrafındakı 7 rayonu Azərbaycana qaytarmalıdırlar. Bunu etmirlər, amma İrəvanın siyasətindən Ermənistan əhalisi əzab çəkir. Gec-tez bu rayonları qaytaracaqlar. Ermənistan daxilində Paşinyanın mövqeləri, çətin ki, uzun müddət sabit qalsın. Onun altındakı stul çoxdan laxlayır və sonu yaxınlaşır. Ermənistanda xalq çətin vəziyyətdədir. Bu ölkədə insanlar yoxsul idilər, amma məlum olur ki, zaman keçdikcə, onlar daha da kasıblaşır. Paşinyan xalqa iqtisadi inqilab sözünü verdi, amma edə bilmədi. Fikrimcə, Paşinyanın hakimiyyətdə uzun müddət qalması çətin görünür, Ermənistanın başqa rəhbərliyi isə Azərbaycanla dialoqa daha yaxın olacaq və Minsk Qrupunu aldatmayacaq”. Əks təqdirdə Arkov Azərbaycanın güc amilindən istifadə edəcəyini bildirib. Onun sözlərinə görə, bu zaman Ermənistanın məğlubiyyəti  qaçılmazdır.    

Sabiq briqada komandiri, general-leytenant Yaşar Aydəmirov da qeyd edir ki, İrəvan baş verənləri nəzərə almalıdır. Onun fikrincə, ermənilər bilməlidir ki, ordumuzun keçirdiyi təlimlər həm də müharibənin ən böyük məşq hissəsidir:“Bundan o yana təlimlər olmur. İrimiqyaslı təlimlər Ali Baş Komandanın təsdiq etdiyi plana əsasən illik planlı təlimlərdir. Bu təlimin əsas məqsədi, sabah Ali Baş Komandan tərəfindən əmr verilərsə, Qarabağın işğaldan azad olunması üçündür. Baxmayaraq ki, pandemiya baş verib, amma ordumuz təlimlərdə iştirak edir. Bütün hərbi ekspertlər bu təlimləri izləyir. Ordumuzun hansı səviyyədə olduğunu öyrənirlər”. Ehtiyatda olan polkovnik Şair Ramaldanov da məsələyə eyni prizmadan yanaşır. Naxçıvanda keçirilən təlimlər fonunda ekspert qeyd edir ki, Azərbaycan Naxçıvanda yerləşən ordu birləşmələrinin güclənməsi, modernləşməsi və ən yeni silahlar ilə təkmilləşməsinə xüsusi diqqət yetirir: “Naxçıvan Muxtar Respublikasının bu gün Azərbaycanla quru sərhədi yoxdur. Lakin Naxçıvan Əlahiddə Birləşmələri də Azərbaycan Silahlı Qüvvələrinin bir parçasıdır. Ali Baş Komandan İlham Əliyevin son illərdə Naxçıvandakı ordu hissələrimizə xüsusi diqqət yetirməsi, təbii ki, ilk növbədə Ermənistanı narahat edir. Bunun başlıca səbəbi isə Naxçıvanın artıq mümkün bir müharibədə rahat hədəf deyil, Ermənistanın birbaşa özü üçün ciddi təhlükə olaraq görülməsidir. Faktiki olaraq Naxçıvan Əlahiddə Ümumqoşun hissələri Ermənistan üçün ciddi təhlükədir. Bu gün bir çox mütəxəssis etiraf edir ki, Azərbaycan mümkün müharibədə Ermənistan ordusunun hərəkətini yayındırmaq və Qarabağdakı hərbi birləşmələrlə əlaqəsini kəsmək üçün paytaxt İrəvanı belə hədəfə ala bilər. Yəni bu heç kəsə sirr deyil. Məhz bu səbəbdən Naxçıvandakı ordumuz xüsusi uzaqmənzilli reaktiv yaylım atəşi sistemləri ilə gücləndirilib. Məsələn, “Pələng”  Türkiyə istehsalı olan 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin ən son versiyasıdır. Bu qurğuların maksimal uçuş məsafəsi 120 kilometrdir, 90 kilometr məsafədəki hədəfi dəqiqliklə vura bilir. Ermənistan ordusu dəfələrlə rəsmi və qeyri-rəsmi olaraq bildirib ki, müharibə başlanan zaman ilk hədəf Bakı ərazisində yerləşən neft buruqlarıdır. Lakin GPS sistemi ilə dəstəklənən “Pələng” sistemi faktiki olaraq Ermənistanın bu planını alt-üst edir. Çünki bu raket sistemləri ilə hazırda Naxçıvanda ordumuz Ermənistanın, paytaxt İrəvan da daxil olmaqla, istənilən nöqtəsini vurmaq imkanına malikdir. Raketin hədəfdən yayınma ehtimalı çox azdır”. Polkovnik deyib ki, Naxçıvan Ermənistanın Qarabağda hərbi əməliyyatlar aparmaq imkanları üçün də böyük səddir:“Naxçıvandakı ordumuzun Günnüt istiqamətində hərbi əməliyyatlar aparması və müvəffəqiyyət əldə etməsi bu gün Ermənistan üçün başqa bir problem də yaradıb. Faktiki olaraq, Naxçıvandan Laçın koridoru və Qarabağın strateji nöqtələrinə nəzarət edilir. Bu isə Ermənistanın mümkün müharibədə əl-qolunu bağlayan faktdır”.

Bütün bunlar döyüş səhnəsində də Ermənistanın kifayət qədər zəif durumda olduğunu göstərir. Indi danışıqlar prosesində Ermənistan işğal altındakı ərazilərin geri qayıtmasına razılıq verməsə, güc faktoru işə salınacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ