Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyilə koronavirusla mübarizə dövründə həyata keçirilən tədbirlər sərhəd zonasında yaşayan vətəndaşların da rəğbətini qazanıb.
Xaçmaz şəhərindən Prezidentə məktub yazan Məmmədov Şakir Məmməd oğlu, Adilova Aytən Abdulla qızı, Eldarova Svetlana Məhəmmədnəbi qızı və Eldarov Həmid Akif oğlu müraciətlərində qeyd edirlər. “Xanoba” gömrük postunun tikintisi, həmin postla “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun genişləndirilməsi ilə bağlı sərəncamlarınız xaçmazlılara verdiyiniz ən yüksək qiymət və ölkəmizdə aparılan iqtisadi islahatların məntiqi davamıdır. Bu istiqamətdə ayırdığınız maliyyə vəsaiti sərhəd zonasında yaşayan əhalinin rahat şəkildə sərhəd-keçid məntəqəsindən istifadə etməsinə, yolda isə maneəsiz hərəkətinə dəstək olacaq” - deyə məktub müəllifləri vurğulayırlar.
Baki-xeber.com