Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ruhun pıçıltıları...

Image


İnsan bir şəxsiyyət kimi formaşalanadək uzun bir yol gəlir. Bəzən isə bu yol elə də çox olmur. Çünki insanın özünüdərki və eyni zamanda özünütəsdiqi daha erkən mərhələdə də baş verə bilər. Əlbəttə bu bizi əhatə edən mühitdən, doğulduğumuz zaman və şəraitdən asılı olaraq tezləşə və yaxud gecikə bilər, yaxud bir qədər ləngiyə bilər. İnsan dünyaya gəlişindən sonunadək müəmmalı, tapmacalı bir ömür yoluna malikdir. Ən dahilərində də belədir, ən sadələrində də. Nədən ki, şəxsiyyətin özünüdərki və özünütəsdiqi müəyyən mərhələlər apara bilər.

Özünün ikinci gəncliyini yaşayan Nəzakət xanım yaradıcılığında formalaşmış bir insan - daha doğrusu bir Ana, bir Xanım, bir övlad görünür. Başlıca dəyərlərimiz olan Vətən- Ata- Ana, övladlarımız kimi dəyərlər fonunda onu bu amillərə söykənən, bu amillərdən bəhrələnən görürük. Eyni zamanda yaradıcılığında məhz bu böyük amillərə söykənən Nəzakət xanımı bir ziyalı kimi, bir şair kimi, öncəsi bir insan kimi açmağa çalışaq. Təbii, onun misilsiz yaradıcılığının fonunda.Yetkin bir yaradıcı - ziyalı haqqında söz demək, o ki, Həzakət kimi bir şair - insan haqqında, məsuliyyət tələb edir. Bu gözəl xanımın söz işığında onunla söhbət etməyi özümə məsləhət bildim. Sözün işığında - sözün nurunda, ruhun işığında bir söhbət. Təbii, özüməməxsus işığımla və öz nurumla. Bölünmüş, paralanmış Vətən və bizlər! Vətən və vətəndaşlıq borcumuzu bax belə günlərdə daha dərindən duyur və hiss edirsən,” Mən nə etməliyəm bu Vətən üçün” – qeyrətli insanlar bu sualı özlərinə bir kərə deyil, dəfələrlə verirlər.;

Biz nələr etmədik bu Vətən üçün,

Birimiz nitq söylədik, birimiz öldük...

Xocalını yer üzündən sildilər, onlar öldülər, bizlərsə, bir paraları hələ də nitq söyləyirik...

Onunla “Azərnəşr”in xaricdən olduqca gözəl, əzəmətli, daxilən baxıma möhtac olan binasında tanış oldum. Yazı aparmışdım. Gözəl, zərif əsmər çöhrəsi məni ürəkləndirdi. İnsana isti-ilıq münasibət, təmkin və təvazökar olan bu xanım demə əslində mənəviyyat dünyasında bir xəzinə imiş. İndi belə insanlar olduqca azdır.

Onun mənəvi aləmini, ruh pıçıltılarını vərəqlədikcə, insan sanki öz həyatını onunla bərabər yaşayır:

Unut dedin ötənləri,
Bir yuxutək bitənləri!

Unutmaq olmur, Nəzakət xanım, sadəcə ürəyinin hansı bir küncündəsə yavaş-yavaş kül altında qalan köz kimi közərir. Nə yaxşı ki, əli hələ qolumuzda olanlarımız var, nə yaxşı ki, anlıyanlarımız- qeyrət, təəssüb çəkənlərimiz var. Hələ yaşamağa dəyər.

Məhz belə bir zamandan başlayır Nəzakət xanımın yaradıcılıq yolu, yaradıcılıq maneraları. Qeyd etdiyim üç aspektdə- Vətən- bütöv Azərbaycan, sevgili Ata- Analarımız və dəruni eşqlə sevdiyimiz, sabahımız olacaq övladlarımız. Bunlar uğruna yaşamırıqmı?..

“Yalana dönübdü mənim gerçəyim”- deyən xanım şairəmiz sözünü məntiqə elə “şələ”ləyir ki, sadəcə və sadəcə başın köksünə əyilir;

Sənə “ söz vermək”dən sözüm qaralıb...
Xəcalət çəkməkdən üzüm qaralıb.
Qisas qiyamətə dirənib qalıb.
Ağırdı çiynimdə şələ, şəhidim.

Qələbə gününü - zəfər gününü gətir bizlərə. Nəzakət xanım yaradıcılığında torpaqlarımızın işğalı, mənfur düşmənə nifrət və qələbə arzusu - bax bu kimi ağrı-acılarla yaşayır bir çox vətən dərdi çəkənlərlə bərabər şairə xanımımız. Kaş dediklərin çin olaydı:

Nə qədər ağrın var, ağrınla varam,
Yaramdı köksünün altındakı yaran.
Sən göydən enəsən, mən burdan duram,
Gələ zəfər günü, gələ şəhidim.

Bu gözəl xanımın Vətən sevgili böyük ürəyi hərdən böyür- başımızdakı naqisləri, çirkinləri, xainləri də görür, onların öz xislətlərinə məxsus “dəyər”lərini də verir:

Mən belə görmüşəm dünyanı belə,
Gözü düzəldəndə, qaş düşür yerə,
Paxıllar, naqislər meydan sulayır
Dilin dinc durmasa, baş düşür yerə.

Nəzakət xanımın dili obrazlıdır, təbiətlə, aləmlə söhbət etməyi bacarır. Onun mənəvi dunyası ağıla, məntiqə və dünyanın gedişatını istədiyi kimi fırladan həyat fəlsəfəsinə söykənir. Qeyd etdiyim kimi, Qarabağ mövusu - Qarabağ dərdi onun yaradıcılığının ana xəttini- leytmotivini təşkil edir. Vətənimiz gözəl Azərbaycana zabit oğlunu təqdim edən bu Ana “Mən zabit Anasiyam” adlı şeiri ilə bugünkü gəncliyə örnək olası bir mesaj verir:

Səni Vətənə verdim,
Sən Vətənin Oğlusan!

“El bir olsa, zərbi kərən sındırar”- əgər bir olsa... Onun yaradıcılığı Ana Vətənə məhəbbət üzərində köklənib. Səbrin də bir sonu var. Səbrin sonu nəhayətində sonsuzluğa gedir, nəhayətində insanı sonsuzluğa aparır:

Dözməkdən bezmişəm, ruhum ağriyir...

“Dözüm, səbr, təmkin insani keyfiyyətlərdir. Lakin bunların da müəyyən ölçüsü, həddi olmalıdır. Bu həddin ötməsi artıq insanı qul edir- İ. Hüseynoğlu”. Onu da unutmayaq ki, müqəddəs kitabımızda belə “düşmənindən al intiqam” yazılır, bağışla yox! O da ki, ola əzəli, əbədi düşmənimiz erməni murdarları. Sülh gözəl bir anlayış olsa da, onun üçün tələsmirlər. Sülh torpaqlarımız azad edlib qalib gəldikdən sonra bağlanmalıdır. Düşməni diz çökdürdükdən sonra.

İstər Ata- Analarımız, istər övladlarımız, öncəsi isə Vətənimiz- bunlar hamısı Tanrı- Allah sevgisindən qaynaqlanan dəyərlərdir. Söykənəcək yerimizdir bunlar. Yaşama stimul verən də məhz bu dəyərlərdir. O, öncəsi bir vətəndaşdır. Bir xanım, bir Ana- Vətənin bir harayıdır, ana- bacılarımız qarşısında üzürxahlığımız, eyni zamanda Xocalı faciəsi önündəki əlacsızlığımız və erməni gədalarından alınmamış intiqamımız- bu intiqam, bu qisas alınacaqdır:

Al düşmənindən ulu yurdun qisasın,

Uca dağlar zəfər marşın çalsın!

Xocalı faciəsinin 25 illiyinə həsr edilmiş “Şəhid zirvəsi” poemasını həyəcansız oxumaq mümkün deyil. Böyük Azərbaycanın - türkün düşmənlərindən intiqamımız alınacaq, Nəzakət xanım. Çünki bu torpağın Mübariz İbrahimov kimi, Ramil Səfərov kimi yüzlərlə deyil, yüzminlərlə oğulları var! Geci- tezi var. Allah böyük Allahdır. Daşı tərəziyə düz salandır.

“Yarasalar çaxmaqdaşını daşa basdılar:- bu işıq yuvasını uçurmaq lazımdır dedilər. Daş- daşa dəydi, qığılcım çaxdı- G. Fəzli ”Nəzakət xanımın yaradıcılığı bir- birinə toxunan daşlar kimi qığılcım çıxarır. Daş-daşa dəyir, bu, Anamız qədər sevdiyimiz Vətəndir. Bu vətəndaş mövqeyidir. Zaman dərdləri azaltmır, Nəzakət xanım, sadəcə bu dərdlərin üzərinə tül deyil, ağır daşlar yükləsə belə, getdikcə İnsan oğlunu laqeydləşməyə aparır. Üstü qara-qara tüllərlə örtülən dərdlər qaysaq bağlasa da unudulmur, elə hey korun- korun közərir.

Lakin Qarabağ şəxsi dərdlər deyil, böyük bir elin-obanın dəridir. İnsanlığın dərdidir, insanlığın faciəsidir.Qarabağ dərdi bəşəri dərddir. Üstü nə örtüləcək, nə də ki, qaysaq bağlayacaq...Zaman onu nə unutdura biləcək, nə də ki, yaddaşlardan silə biləcək. Aç gözlərini, Vətən Oğul- Qızları- erməni əzəli, əbədi, əsri düşmənimizdir.:

Deyirlər hər dərdə məlhəm zamandı,
Bəs zaman dərdləri niyə azaltmır?
Niyə dərd üstünə dərdlər qalanır,
Zamanın gücümü dərdlərə çatmır?

Vətən sevgili, ocaq həsrətli- Qarabağda daxil olmaqla itkinlərimiz, torpaqlarımız bu xanımın yaradıcılığının əsas ana xəttidir.

Çıxası gözlər var Qarabağdadır,
Oymalı gözlər var, qıraqdan baxır...

Mən öz Ulu Göyçəm üçün “Ətir var ki, adına Vətən ətri deyilir” demişdim. Nəzakət xanım da bu deyim daha da sadələşir və adına “Qarabağ qoxusu “ deyilir:

Könlüm daşa basır ayrılıqları,
Ruhumdan Qarabağ qoxusu gəlir.
Adını çəkdikcə Mübarizlərin,
Vətən ağrısının yuxusu gəlir.

Bu günlər hər birimiz “Hər vətən övladı Qarabağlıdır” deyən Nəzakət xanım bu həqiqətən belədir. Milli hissiyat, milli qürur, daha doğrusu türkün min illiklərə enən ruhudur bizləri böyük Azərbaycan edəcək.

Ümid Allahamı qalıb?! Böyük Yaradan da bizlərdən “səndən hərəkət, məndən bərəkət” deyir.:

Bir əlçim ümid ver, böyük Allahım,

Silim göz yaşını xarı bülbülün...

Bu nədir, bu bəşəri dərdi mənim torpağıma, mənim Naxışlı Azərbaycanıma nədən yüklədin İlahi?! Yolunu azmışlara, qudurmuşlara, yoxsamı satqınlar- şərəfsizlərmi etdi bu ağır faciəni Azərbaycana...

Xarı bülbül qaldı xara, ağladım,
Vətən bizi bağışlama...

Bu sətirləri oxuduqca daha da dağlanmırıqmı, daha da acımırıqmı! Bu qədər əlacsız ola bilmərik. Nəzakət xanım Koroğlu qeyrətli oğulları səsləyir:

Qəzəbini öz içində hörən, gəl,
Qara başın Babək kimi verən, gəl,
Koroğlutək meydanlara girən, gəl,
Bəlkə Vətən bağışladı bizləri!

Bizlərdən kim Anası üçün darıxmır?!. Kim ömrünü erkən xəzələ çevirmiş Ana itkisini həyacansız, göz yaşlarsız anır? Şəxsən mənim üçün ən yaralı mövzudur, ən əziz addır bu ad. İstərdim Anam Süsənbər Xanımın adına, eyni zamanda bütün anaların adına ən əsrarəngiz, ən gözəl sözlər söyləyim. Hiss etdim ki, özümü itirdim, nə deyəcəyimi belə unutdum. Aləm baş- ayaq göründü gözlərimə. Ana deyirəm, gözümdən deyil, qəlbimdən, könlümdən belə qanlı yaşlar tökülür. Nəzakət xanım necə də gözəl ifadə edir:

Mənə  necə qıyırsan, xəzəl ömrü yaşayım!?
Məni qovuşdur yenə Analı anlarıma.
Körpəcə quzu kimi xınalı anlarıma.
Darıxıram ay Ana.

Nəzakət xanımın Analı dünyasına, obrazlarına, bənzətləmələrinə, əzizləmələrinə heyran qalmıya bilmirsən. Biixtiyar öz Analı- xınalı dünyamı xatırladım. Əlinə, dilinə sağlıq Xanım bacım:

Səsin gəldiyi yerdən gəldi baharım, yazım,

Səsinə qurban olum, hanı o xoş avazın?

“Heç nə yetmir dadıma, sən düşəndə yadıma”... Bu hisslər, bu duyğular mənə nə qədər də tanışdır. Onu da qeyd edim ki, Nəzakət xanımın yaradıcılığına yol gəlməyimin səbəbkarı ilkin tanış olduğum onun “Darıxıram, ay Ana” şeiri oldu. Daha doğrusu mən bir oxucu kimi bu gözəl xanımın bu duyğulu, Ana həsrətli, Ana nəfəsli poetik nümunəsini unudulmaz M. Arazın, R. Rzanın., B. Vahabzadının Ana mövzusu ilə yaxınlaşdırdım. Və Nəzakət xanımın bu böyük dahilərin varisi olduğunu gördüm.:

Gördüyüm hər zərrədə səni axtarıram mən...
Gəl gözümün işığı, sənsiz darıxıram mən...
Bu ayrılıq bənzəməz heç bir ayrılıqlara,
Gəl aydınlıq gətir sən, bütün qaranlıqlara,
Gəlmək sənə çətinsə, məni çağır yanına,
Darıxıram səninçin, darıxıram ay Ana...
Darıxıram ay Ana!

Poziya ruhun yaddaş olsa da, ruh insanına məxsusdur. Əhli- hal aləmin görünməz tellərlə minilliklərə bağlantısıdır. Qan yaddaşı “zərif çiçəyi”, ətrafındakı aləmi tam ayrı bir aspektdə görür və qavrayır. Bəlkə də bir çoxlarına müyyəsər olmayan zəriflikləri duyur, duyduqlarından nəticə çıxarır.

Nəzakət xanımın təbiəti anlıyan, duyan ruhu bənövşəni elə vəsf edir ki, yadıma Aşıq Qurbanının, Aşıq Ələsgərin, S.Vurğunun, dünyasını erkən dəyişmiş Faiqin yaradıcılığı düşür. “Mən ki, aparmadım şehli bənövşə, Çöllərdə bitmişdi, çöllərə qaldı - S.Vurğun” yaxud

Torpağın altında qala bilmədin,
Ah çəkdin, ahından torpaq söküldü,
İstəyin, diləyin özgəydi sənin...
Baxdın bu dünyaya belin büküldü”- Faiq

Təbiətin bu gözəl qızını vəsf edən Nəzakət xanımın yaradıcılında bənövşə adlı gözəl özünəməxsus şəkildə təzahür edir:

Əzəldən bahardır sevgilin sənin,
Altından baxırsan qarın bənövşə,
Yolunda boynunu büküb durmusan,
Yoxsa vəfasızdır yarın, bənövşə!?

Dünyanın vəfasızlığı, etibarsızlığını, bəzən ağla qaranın yanaşı dayanmasının nə demək olduğunu bizə anladır və digər ustadların “bənövşə”si ilə müqayisə aparmadan Nəzakət xanımın özünəməxsusluğunun şahidi oluruq bir daha:

Bahara ilk könül verən sən oldun,
Kolların dibində bitdin bənövşə.
Baharsa könlünü çox gülə verdi,
Gül- çiçək içində itdin bənövşə!

Məntiq, fəlsəfə və obrazlar Nəzakət xanım yaradıcılığının üstünlüyüdür. Ən böyük fəlsəfəsi isə Vətən sevgisidir.

Müqəddəs bildiyim qeyrətin yolu,
Qərənfil geyinmiş yanvardan keçir.

Nəzakət xanım ruhu minilliklərə enən, minilliklərə bağlı, köklü- köməcli bir şairə xanım, bir ziyalıdır. Vətən- trpaq, Ata- Analarımız və övlad sevgisindən qaynaqlanır onun mükəmməl şeriyyəti. Torpağının, yurdunun, gülzar Vətənin dərdini dərdi bilir. “Səbr elə, ey qora halva bişər səndən”- bu aforizmi kimlər eşitməyib ki...Lakin səbr daşı da bir gün çat verir.

Bir sabah var- ümid atın
Sabahlara çapacağam.
Mən ömrümü sabahlara bağlayıram.
İtirdiyim hər nə varsa,
Sabahımda tapacağam!

Bax heyran olduğum da bu inam, bu iman oldu Nəzakət xanım. Bu yerdə bizlərə “Amin” demək qalır. Ancaq güc birlikdədir. Əl- ələ verib Gözəl Azərbaycanımızı, itirdiyimiz Vətən torpaqlarını azad etməli və Azərbaycanın əbədi var olması üçün mübariz olmalıyiq. Keçmişinə söykənən sabahlarımız gözəl olacaq.

“Dözməkdən bezmişəm, ruhum ağrıyır...” Mən sadəcə bu təvazökar, səmimi xanımın yaradıcılığında bir qədər gəzişdim. Sənə deyiləsi nə qədər sözüm var ay yaralı Vətən. Xocalı kimi sinəsinə çarpazlar çəkilən Vətən. Nəzakət xanımın ruhunun pöçıltılarını vərəqlədikcə orada itirilmiş Vətən torpaqlarımızın- o taylı, bu taylı- Cənublu, Şimallı Azərbaycan, Göyçəsiz, Zəngəzursuz, Mehrisiz, Qarabağsız, Şuşasız, Ağdamsız  Azərbaycan, Laçınsız Azərbaycan- ağrıyan, acıyan ruhumuz görünür Və bu yurd yerlərimiz, yarımçıq qalan ömürlər, yarıda qırılmış talelər bizləri intiqama səsləyir. Xocalı bizləri intiqama çağırır.Bütöv Azərbaycan naminə! Ayağa qalx, Azərbaycan, türk oğlu türk! Azərbaycan Ordusu, başda baş komandanımız İlham Əliyev Cənabları olmaqla sil göz yaşlarını bu xalqın. Qeyrətli oğullarıımız Ana- bacılarını Qələbə ilə sevindir!

Və nəhayətində Nəzakət xanımın mükəmməl yaradıcılığı məni apardıqca aparır: “Qorqud soraqlıdır miraların sənin” xanım bacım! Söykənəcək yerimiz olan Vətən- Ata, Ana sevdalı, övlad məhəbbətli bu Vətəni- Azərbaycan adlı bu ilahi yurdu bizlərə çox görmə Uca Yaradan! Allah bu Vətəni bizdən alma!. Vətən sevgimiz bizlərə güc versin ki, düşməndən intiqamımızı alaq və torpaqlarımızı işğaldan azad edək!

Yazın ilk çarçısı bənövşə adına, Sizə yeni- yeni yaradıcılıq uğurları arzulayıram. Ən böyük uğurumuz isə qələbə soraqlı qalibiyyətimizi Vətən torpaqlarında qeyd edək. Amin!

Məlahət İSMAYILQIZI
Tədqiqatçı, publisist,
AJB-nin üzvü



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ