Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanda satira teatrı ənənəsi niyə zəif inkişaf edir?

Image


Arif Quliyev: “Yaratdığım Satira Teatrı maliyyə problemi üzündən bağlanıb”
Lalə Qulubəyli: “Azərbaycanda satira teatrı ənənəsinin zəif inkişaf etməsi səbəblərindən biri teatr ictimaiyyətinin bu sahəyə marağının zəif olmasıdır”

 

Dünyada satira teatrı teatrın mühüm sahəsi kimi inkişaf etsə də, Azərbaycanda hələ bu sahə normal şəkildə özünü təqdim edə bilmir. Bu gün Azərbaycanda satira teatrı ənənəsi formalaşmayıb desək yanılmarıq. Halbuki, ölkəmizdə bu sahənin inkişafı üçün münbit şərait var, sadəcə, teatr sənəti ilə məşğul olanlar satira teatrı yaratmaqda, formalaşdırmaqda maraqlı deyillər. Doğrudur, bəzi qruplar fəaliyyət göstərirlər ki, onlar özlərini satira teatrının davamçıları kimi qələmə verirlər. Ancaq onlar ciddi imic və dəst-xətt yarada bilmədikləri üçün, teatrşünaslar onları satira teatrının davamçıları hesab etmirlər.

Bəzən deyirlər ki, “Parni iz Baku” KVN teatrı, “Bu şəhərdə” və s. satira teatrının ənənələrini davam etdirirlər. Lakin onlar özləri bu qrupların satira teatrının daşıyıcıları olduğunu demirlər. Azərbaycanda satira teatrı ənənəsi haqda araşdırma apararkən qarşımıza çox cüzi faktlar çıxdı. Bu da onu deməyə əsas verir ki, sözügedən sahə teatr ictimaiyyətinin diqqətindən kənarda qalıb. Azərbaycanla müqayisədə Rusiyada, Türkiyədə və digər ölkələrdə bir yox, bir neçə satira teatrı, teatr studiyası fəaliyyət göstərir.

Vaxtilə “Arif” Satira Teatrı yaradan və çox maraqlı səhnələr təqdim edən xalq artisti Arif Quliyev isə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda satira teatrı ənənəsinin inkişaf etməməsinin səbəbləri haqqında heç bir fikir bildirmək istəmir: “Mən bunun səbəblərini bilmirəm. Yaxşı olar ki, siz bu sualı nazirliyə verin. Vaxtilə mənim “Arif” Satira Teatrım olub. Yaratdığım Satira Teatrı maliyyə problemi üzündən bağlanıb. Hazırda o teatr fəaliyyət göstərmir. Satira teatrı ənənəsi haqqında ancaq onu deyə bilərəm ki, bugünkü gənclər o yolu davam etdirirlər. “Parni iz Baku” KVN teatrı, eləcə də “Bu şəhərdə”nin aktyorları satira teatrının maraqlı nümunələri ilə çıxış edirlər. Mən onları çox bəyənirəm və həmişə izləyirəm”.

Teatrşünas Lalə Qulubəyli bizimlə söhbətində bildirdi ki, Azərbaycanda satira teatrı ənənəsi olub. Onun sözlərinə görə, 1920-ci il oktyabrın 23-də "Azərbaycan yoxsulluğu" qəzetində Xalq Maarif Şurası və "Azərnəşr"in qərarı ilə Dövlət Müstəqil Satira-Təbliğ Teatının fəaliyyətə başlaması haqqında məlumat dərc edilib və dekabrın 20-də isə teatrın təntənəli açılışı keçirilib. “Teatr Tiflisdə fəaliyyət göstərən, sonradan isə dağılmış N.F. Baliyevin "Yarasa" teatr truppasının və inqilab komitəsinin qərarı ilə ləğv edilmiş "Momus" teatrının kollektivinin bir hissəsi əsasında formalaşdırılmışdı. Bədii rəhbər və baş rejissoru V.Şveyser, inzibatçısı P.Oreşkov, ədəbi hissə müdiri N.Qorodetskaya, rəssamı B.Voronov idi. Sonralar teatra V.Q.Saxnovskiy də rəhbərlik edib. Həmin teatr 1923-cü ilədək mövcud olub.

Bakı Şəhər İcraiyyə Komitəsinin 1923-cü il 29 aprel tarixli qərarına əsasən, Dövlət Müstəqil Satira-Təbliğ Teatrının adı dəyişdirilərək Bakı İşçi Teatrı adlandırılır. Yarım ildən sonra, oktyabrın 25-də teatrda S.Mininin "Qorod v koltse" pyesinin premyerası baş tutur. Yeni truppanın tərkibinə Moskva, Odessa, İrkutskdan gəlmiş aktyorlar daxil idilər. Teatrın repertuarı əsasən sosialist inqilabı ruhunda yazılmış pyeslərdən və əcnəbi dramaturgiyadan ibarət idi”.

Ekspert qeyd etdi ki, Sovet dövründə ayrıca satira teatrı olmasa da, Musiqili Komediya Teatrında bu janrda əsərlər səhnəyə qoyulub. Satira teatrı ənənəsinin o illərdə davam etdirildiyini deyən teatrşünas qeyd etdi ki, müstəqillik illərində bir neçə aktyor özlərinin şəxsi satira teatrını yaratmağa nail olsalar da, sonradan o teatrlar fəaliyyətini dayandırıb: “Azərbaycanda satira teatrı ənənəsinin zəif inkişaf etməsi səbəblərindən biri teatr ictimaiyyətinin bu sahəyə marağının zəif olmasıdır. Dövlət teatr sahəsinə kifayət qədər vəsait ayırır, teatrların inkişafına xüsusi fikir verir, onlara qayğı göstərir. Əslində, teatr rejissorları, aktyorlar, prodüsserlər meydana çıxıb satira teatrı yaratmalıdırlar. Bu gün Azərbaycanda bir teatr prodüsseri yoxdur ki, bu sahədə işlər görsün. Moskvada Satira Teatrı var, yüksək şəkildə inkişaf edib. O teatr dünyanı dolaşır. Bütün dünya onu tanıyır. Ancaq bizdə isə satira teatrı formalaşmayıb. Keçən əsrin 80-ci illərinin sonunda Xalq artisti Arif Quliyev “Arif” Satira Teatrı təsis etmişdi. Bu kiçik teatr tərəfindən çox maraqlı səhnəciklər hazırlanırdı. Lakin sonradan teatr öz fəaliyyətini dayandırdı. Yadımdadır ki, Xalq artisti İlham Namiq Kamal “İlham” Miniatür Teatrı açmışdı, Xalq artisti Afaq Bəşirqızı “Bəşir” teatrı yaratmışdı. Adını çəkdiyim hər üç teatr satira teatrı ənənəsini davam etdirirdi. Ancaq bu gün o satira teatrları meydanda yoxdur. Halbuki, bizim tamaşaçıların hazırda sağlam gülüşə daha çox ehtiyacı var. Vaxtilə o teatrlar tamaşaçılara sağlam gülüş bəxş edirdilər. Bu gün Azərbaycanda satira teatrı adına iddialı olan qruplar var. Ancaq onlar şit, bayağı səhnələrlə, qadın paltarları geyməklə səhnəyə gəlirlər. Tamaşaçı tənqidin ünvanını bilməlidir. Ancaq bilinmir ki, onlar adamları tənqid edir, yoxsa onların rəftarını, neqativ hərəkətini təbliğ edirlər? Ancaq normal satira teatrında təqdim edilən hər bir mövzu insanları düşündürməli, onlara həm də problemin həlli yollarını göstərməlidir. Azərbaycanda satira teatrı ənənəsi tam formalaşmayıb. Bəlkə bundan sonra bu sahədə inkişaf nəzərə çarpar, lakin bu gün mən bir irəliləyiş görmürəm”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ