Sənətşünaslıq üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Zülfiyyə Eldarqızının Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın kino yaradıcılığına həsr etdiyi “Qəm pəncərəsi”nin o üzündə” adlı elmi kitabı nəşr edilib. “Qanun” nəşriyyatında işıq üzü görən nəşr tədqiqatçı-alimin ilk kitabıdır. Z.Eldarqızının uzun illərin zəhməti hesabına başa gətirdiyi elmi-tədqiqat əsəri gənc kinorejissorlar, kinoşünaslar üçün elmi mənbədir.
Müəllifin “Qəm pəncərəsi”nin o üzündə” kitabı Xalq yazıçısı Anarın 80 illik yubileyinə bir töhfədir.
Qeyd edək ki, kitabın elmi redaktoru akademik Teymur Kərimli, rəyçiləri isə professor Qulu Məhərrəmli və professor İlham Rəhimlidir.
İRADƏ