Cümə günü, 09 oktyabr 2026
     

Avstriyada soydaşımızın rəhbərliyi ilə Dünya Şairlər və Yazıçılar İttifaqı təsis olunub

Image


Qaraxan Əkbəroğlu: “Bu təşkilatı təsis etməkdə məqsədimiz dünya xalqları ədəbiyyatı arasında əlaqə, körpü yaratmaqdır”

 

Respublikamızdan kənarda yaşayan, yaradıcılıqla məşğul olan soydaşlarımızın ədəbiyyatımızın, mədəniyyətimizin təbliği ilə bağlı gördüyü işlər diqqət çəkir. Yaşadığı ölkənin sosial-siyasi, mədəni həyatında aktiv olan soydaşlarımız çalışırlar ki, Azərbaycanla bağlı müxtəlif işlər görsünlər, sülh və barışın tərəfdarı, tolerantlığın ünvanı olan ölkəmizi dünyada tanıtsınlar.

Avstriyanın Vyana şəhərində yaşayan və fəaliyyət göstərən, sözügedən ölkənin ictimai həyatında aktiv olan şair-yazıçı Qaraxan Əkbəroğlu mütəmadi olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində işlər görür. Vyanada Dünya Şairlər və Yazıçılar İttifaqı təsis edilib. Keçən ay yaradılan ədəbi qurumun sədri vəzifəsinə soydaşımız Qaraxan Əkbəroğlu seçilib.

Q.Əkbəroğlu “Facebook” üzərindən “Bakı-Xəbər”ə verdiyi açıqlamada bildirdi ki, rəhbərlik etdiyi qurum beynəlxalq səviyyəli təşkilatdır: “Avstriyada Dünya Şairlər və Yazıçılar İttifaqı təsis olundu və mən həmin quruma sədr seçildim. Bu təşkilatı yaratmaqda məqsədimiz dünya xalqları ədəbiyyatı arasında əlaqə, körpü yaratmaqdır. Müasir dünyada, bütün sahələr kimi, ədəbiyyat da inkişaf edir, yeni ədəbi dünyagörüşlər, izimlər yaranır. Ədəbiyyatları bir-birinə yaxınlaşdırmaq lazımdır. Bilirsiniz ki, Azərbaycan ədəbiyyatı çox zəngindir. Bizim ədəbiyyatımızın da bütün dünyada tanıdılmasına ciddi ehtiyac var. Düşünürəm ki, biz buna nail ola biləcəyik. Qeyd edim ki, bizim quruma ermənilər istisna olmaqla istənilən xalqın, dövlətin şair, yazıçı və jurnalistləri üzv ola bilərlər. Biz ancaq ermənilərin və cinayətkarların bu quruma üzv olmasına qarşıyıq və heç bir vaxt erməni toplumunun hər hansı bir nümayəndəsi bu quruma üzv ola bilməz. Bu mənim təşkilatın idarə heyəti qarşısında qoyduğum tələbdir. Onlar da bununla razılaşıblar. Erməni harada varsa, orada terror, məkr, yalan, hiylə var. Bunu bütün dünya xalqları, dövlətləri bilməlidirlər. Biz bu istiqamətdə də təbliğatımızı davam etdiririk”.

Bu qurumun siyasətüstü yaradıcı təşkilat olduğunu vurğulayan Q.Əkbəroğlu, bununla belə, Zori Balayanların davamçılarının bu təşkilatda təmsil olunmasının yolverilməzliyini önə çəkir. Hazırda quruma üzv olmaq üçün müxtəlif ölkələrdən müraciətlər gəldiyini deyən Q.Əkbəroğlunun sözlərinə görə, üzvlüyə sənəd verənlərin müraciəti qurumun idarə heyətində incələndikdən sonra onlar ədəbi ittifaqa üzv ola bilərlər: “Hazırda bizə 60 dövlətin şair və yazıçıları müraciət ediblər. Azərbaycandan da şair və yazıçıların bu təşkilata üzv olmasını istəyirik. Quruma Azərbaycandan 4 nəfər qəbul olunub. Bizə həm Qərb, həm də Şərq ölkələrindən müraciət edən yazarlar var. Qurumun təsis qurultayında 200 nəfər iştirak edirdi. Hazırda isə qurumun 1500 nəfərdən çox üzvü var. Bu gün fəaliyyət göstərdiyimiz ofis o qədər də böyük deyil. 20 mərtəbəli yeni ofis inşa etmək fikrindəyik. Mən bu təşkilata 4 il müddətində sədrlik edəcəyəm. Fəaliyyətim dövründə həm ədəbiyyatımızın dünya çapında tanıdılması, ədəbi əlaqələrin inkişafı sahəsində işlər görəcəyəm, həm də Xocalı soyqırımının, Qarabağ probleminin tanıdılması istiqamətində işlərimi davam etdirəcəyəm. Mən həmişə Xocalı faciəsi haqda danışıram, Zori Balayan kimilərinin uşaqlarımızın, qocalarımızın, insanlarımızın başına gətirdiyi müsibətləri qeyd edirəm. Məncə, ittifaqımızın xətti ilə bu sahədə daha çox işlər görə biləcəyik. Azərbaycan xalqı tolerant, sülhpərvər xalqdır. Mən bu amal ətrafında dünyanın işıqlı adamlarını, ziyalı və söz sahiblərini birləşdirmək niyyətindəyəm. Dünyada ədalətin ən böyük carçısı ədəbiyyatdır, sözdür. Dünya silahlanmadan, davadan, qarşıdurmadan sülhə, əminamanlığa keçid etməlidir. Ədəbiyyat həmişə bu amal uğrunda vuruşub.

Dünya Şairlər və Yazıçılar İttifaqında müxtəlif xalqların nümayəndələrinin təmsil olunduğunu vurğulayan Q.Əkbəroğlu qeyd etdi ki, ədəbi əlaqələrin qurulması istiqamətində görüləcək işlərin sırasında tərcümə mərkəzinin yaradılması, müasir tipli nəşriyyat-poliqrafiya mərkəzinin qurulması durur. O bildirdi ki, onun quruma sədr seçilməsinin əsas səbəbi ədəbiyyatda, xüsusən də poeziya sahəsində yaratdığı janrlardır. “Mənim ədəbiyyatda, poeziyada 49 janrda yaradıcılığım var. 2017-ci ildə 6 kitab yazmışam. Əsərlərim “Nobel” mükafatına təqdim edilib. Həm də elmlər doktoruyam. Bu quruma sədr seçilərkən Avstriyanın aidiyyəti qurumlarının hamısı məni dəstəklədilər. Dövlət qurumları təşkilatın fəaliyyəti üçün maliyyə yardımı ayıracaqlarını və təşkilatı vergidən azad edəcəklərini vəd ediblər. Onu da vurğulayım ki, bizə ən çox Amerika, Braziliya, Almaniya, Cexiya, Fransa və Hollandiyadan müraciətlər daxil olub. Düşünürəm ki, üzvlərimizin sayı gələcəkdə daha çox olacaq” - deyə Q.Əkbəroğlu bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ