Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan kitabının xarici ölkələrdə təbliği sahəsində nə kimi işlər görülür?

Image


İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi: “İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan pavilyonunda...”

 

Bu gün Azərbaycanda kitab sənayesinin inkişafı ilə bağlı addımlar atılır. Dövlətin kitab çapına verdiyi dəstək, eləcə də Azərbaycan kitabının təbliği sahəsində görülən işlər milli kitabımızın tanıdılmasına xidmət edir. Ölkə daxilində kitabın təbliği üçün xeyli iş görülüb. Əsas hədəf isə Azərbaycan kitabını xarici ölkələrdə tanıtmaq, təbliğ etmək olmalıdır.

Azərbaycan kitabının xarici ölkələrdə təbliği sahəsində dövlət səviyyəsində nə kimi işlər görülür?

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Bakı-Xəbər”ə verilən məlumata görə, Azərbaycan kitabı mütəmadi olaraq nazirliyin xətti ilə xarici ölkələrdə keçirilən sərgi-yarmarkalarda iştirak edir.

2017-ci ildə nazirliyin xəttilə Azərbaycan kitabının bir sıra beynəlxalq sərgilərdə iştirak etdiyini deyən İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşları qeyd etdilər ki, 2017-ci il Mədəniyyət və Turizm Nazirliyi üçün Azərbaycan ədəbi irsinin qorunması, inkişaf etdirilməsi, gənc nəsillərə təbliği və dünyaya tanıdılması baxımından uğurlu il oldu, çoxsaylı iş görülüb: “İlk olaraq yerli yazarların son 2 ildə çap olunan əsərləri “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyasının üzvləri tərəfindən qiymətləndirildi. Nazirliyin təsis etdiyi sayca beşincisi keçirilən “Qızıl Kəlmə” Ədəbi Mükafatına 5 nominasiya üzrə 100-dən artıq əsər təqdim olundu. Mayın 1-də mükafatın qaliblərə təqdimolunma mərasimi zamanı, komissiya üzvlərinin qərarına əsasən, beş əsas mükafatla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülləri təqdim edildi. Nazirliyin təşkilatçılığı ilə 28-30 sentyabr tarixlərində Bakı İdman Sarayında V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. Sərgi-Yarmarkada 100-ə qədər yerli, 20-dən artıq ölkəni (Türkiyə, Rusiya, Böyük Britaniya, İran, Hindistan, Pakistan, Belarus, Misir və s.) təmsil edən 51 xarici çap, poliqrafiya müəssisələri, kitabxanalar və digər qurumlar müxtəlif nəşr məhsullarını nümayiş etdirdilər, çoxsaylı tədbir keçirildi. Sərgi-Yarmarkanın ilk günündən başlayaraq kitabın təbliği və yayılması, gənc nəslin kitaba maraq və sevgisinin daha da artırılması, Azərbaycan oxucusunun dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanışlığı, yerli və xarici nəşriyyat-poliqrafiya müəssisələri arasında yeni əməkdaşlıq imkanlarının yaradılması ilə bağlı qarşıya qoyulmuş məqsədə doğru uğurlu addımlar atıldı. Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ildən etibarən Azərbaycan ədəbi-mədəni irsinin digər ölkələrdə təbliği məqsədilə həyata keçirdiyi “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində ümumilikdə 9 Azərbaycan ədəbiyyatı nümunəsi şair-yazıçı Yurtseven Şen tərəfindən Türkiyə türkcəsinə çevirilib, “Zengin Yayıncılık” Nəşrlər Evi tərəfindən çap edilərək oxucuların ixtiyarına verildi: 1) Yusif Vəzir Çəmənzəminli. “Qan içində” (İki od arasında), 2) Cəlil Məmmədquluzadə. “Danabaş kəndinin əhvalatları”, 3) Yusif Səmədoğlu. “Qətl günü”, 4) Əbdürrəhim bəy Haqverdiyevin hekayələri, I cild (“Xortdanın cəhənnəm məktubları”), 5) Əbdürrəhim bəy Haqverdiyevin hekayələri, II cild (“Ovçu Qasım”), 6) Mir Cəlal Paşayev. “Bir gəncin manifesti”, 7) İlyas Əfəndiyev. “Körpü salanlar”, 8) Fərman Kərimzadə. “Qarlı aşırım”, 9) Mir Cəlal Paşayev. “Füzulinin poetik xüsusiyyətləri” (elmi əsər)”.

İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsindən onu da dedilər ki, Mir Cəlal Paşayevin “Füzulinin poetik xüsusiyyətləri” kitabının eyni zamanda Türkiyədə M.Füzuli yaradıcılığının tədris olunduğu bir sıra ali təhsil müəssisələrində dərs vəsaiti kimi istifadəsi düşünülür.

İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi əməkdaşlarının sözlərinə görə, ilkin mərhələdə özünü doğruldan AKDT layihəsinin yaxın gələcəkdə Türkiyə ilə yanaşı, digər ölkələrdə də davam etdirilməsi planlaşdırılır: “Azərbaycanın yaradıcı şəxslərinin həyat və yaradıcılığının ətraflı şəkildə öyrənilməsi, təbliği məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyi və şair-dramaturq Hüseyn Cavidin 110 illiyi təntənəli şəkildə qeyd edildi. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Molla Pənah Vaqif ili”nin açılışı münasibətilə mart ayının 2-də TÜRKSOY-un qərargahında və mart ayının 3-də Sakarya Bələdiyyəsində kitab sərgisi və konfrans keçirildi. Azərbaycan nümayəndə heyətinin iştirakı ilə 2017-ci il noyabr ayının 2-də Ankara şəhərində Türkiyə Milli Kitabxanasında Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans və Azərbaycan Milli Kitabxanasının fonduna məxsus olan Molla Pənah Vaqif əsərlərindən ibarət kitab sərgisi təşkil olundu. 4 noyabr 2017-ci il tarixində İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan pavilyonunda şair Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan tədbir keçirildi. Mərasim zamanı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş “Molla Pənah Vaqif”, Azərbaycan Milli Kitabxanasının hazırladığı “Molla Pənah Vaqif. Biblioqrafiya” və TÜRKSOY-un 12 dildə çap etdirdiyi “Dünya dillərində Molla Pənah Vaqif şeirləri” kitablarının təqdimatı oldu”.

İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, kitabxana fondlarının uşaq ədəbiyyatı ilə zənginləşdirilməsi sahəsində konkret işlərin görülməsi məqsədilə nazirliyin “Bərpanəşr” layihəsi çərçivəsində kitabxanalarda 1 nüsxə qalmış nadir uşaq ədəbiyyatı nümunələrinin nəşri cari ildə də davam etdirildi, 30 adda Azərbaycan klassik uşaq ədəbiyyatı nümunələri çap olunub azyaşlıların ixtiyarına verilib: “Bu il də nazirliyin və Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə 2011-ci ildən etibarən həyata keçirilən “Uşaq Kitab Karvanı” layihəsi üzrə rayonlara (şəhərlərə) səfərlər təşkil edildi. Layihənin təşkilində başlıca məqsəd bölgələrdəki kitabxanaların uşaq şöbələri və filiallarında oxucuların sorğularını təmin etməklə kitaba olan ehtiyacın mümkün dərəcədə ödənilməsidir. Bu günə qədər layihə üzrə respublikamızın 22 rayonuna (şəhərinə) kitab karvanı yola düşmüş və regionlarda fəaliyyət göstərən kitabxanaların müvafiq bölmələrinə ümumilikdə 19 670 nüsxə uşaq ədəbiyyatı hədiyyə edilib. Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin bədii yaradıcılığının təbliği və gənc, istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Söz” ədəbiyyat layihəsi çərçivəsində Xalq yazıçısı Anarla görüş, “Hüdudsuz”, “O2 - Oksigen”, “Zəhra”, “Güclü qadın” adlı tədbirlər və Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə keçirildi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının, Mədəniyyət və Turizm Nazirliyinin “Söz” ədəbi layihəsinin təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində vətənpərvərlik mövzusuna həsr olunmuş “Poeziya günü” keçirildi”

2018-ci ildən gözləntilərə gəlincə, nazirliyin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirildi ki, 2018-ci ildə də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan ədəbi irsinin qorunması, inkişaf etdirilməsi, gənc nəsillərə təbliği və dünyaya tanıdılması ilə bağlı işlərin yüksələn xətt üzrə davam etdirilməsi, yeni-yeni mütərəqqi layihələrin həyata keçirilməsi planlaşdırılır.

Sözügedən  şöbədən verilən məlumata görə, Belarusun Minsk şəhərində ənənəvi XXV Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin Belarusdakı Səfirliyinin dəstəyi ilə milli stend qurub.

Məlumata görə, Azərbaycanın stendi tərtibatı və kitabların çeşidinə görə sərginin mühüm stendlərindən biri kimi qiymətləndirilib: “Stenddə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın bugünkü həyatı, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, həmçinin, ölkəmizin tarixi ilə bağlı mühüm kitablar sərgilənir. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan milli stendimizi ziyarət edənlərə turizm imkanlarımız, mədəniyyətimiz, tariximiz, adət-ənənələrimiz, müasir ədəbiyyatımız haqqında geniş məlumat verilir, onlara jurnal, informasiya bukletləri paylanılır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ