Cümə günü, 09 oktyabr 2026
     

Teleradio efirlərimizdə qadağan olunmalı mahnılar var

Image


Bəzi Azərbaycan telekanallarında isə...
Sərdar Fərəcov: “Məncə, Türkiyə təcrübəsi bizim bəzi kanallarda da tətbiq edilsə yaxşı olar”
Gülüm Qiyasova: “Tamaşaçı televiziyadan tələb etməlidir ki, vulqar sözlərlə zəngin olan mahnılar efirə verilməsin, meyxanaçıların, reperlərin söyüş dolu ifalarına qadağa qoyulsun”

 

Azərbaycan televiziya və radio kanallarında təqdim edilən mahnılar arasında kifayət qədər şit, bayağı, uşaq və yeniyetmələrin əxlaqına zidd mahnılara rast gəlinir. Onu da vurğulayaq ki, televiziya və radiolarda səslənən mahnılara senzura tətbiq edilmədiyi üçün, bəzən küçə həyatını, içkini, siqareti, narkotiki təbliğ edən mahnılara rast gəlinir.

Bəzi reper və meyxanaçıların, eləcə də ara oxuyanlarının təqdim etdiyi bu tip mahnılar gənclərin, uşaq və yeniyetmələrin musiqi zövqünü korlayır, onlara mənfi təsir göstərir. Bizim teleradio kanalları hələ bu sahədə tədbirlər görməsə də, artıq Türkiyə televiziyaları bu tip mahnıların yayımını qadağan edib. Məlumatlara görə,

Türkiyə telekanallarında, o cümlədən TRT-də ümumilikdə 18 mahnının ifasına qadağa qoyulub.

Qeyd edək ki, qadağaya başlıca səbəb həmin mahnıların sözlərində və kliplərində tütün məhsulları, spirtli içkilər, uşaqların normal inkişafına mane olan ifadələr və obrazların istifadə edilməsidir.

Mətbuatın yazdığına görə, 2016-cı ildə Türkiyə ərazisində ümumilikdə 208 mahnı qadağan edilib.

Türkiyə televiziyalarında tətbiq edilən bu qadağanın Azərbaycan televiziyalarında da baş verməli olduğunu deyən ekspertlər bildirirlər ki, bəzən uşaqların əxlaqına, xarakter və yaşına zidd olan mahnılar efirlərə yol açır. Bu mahnıların toy mahnılarından daha mənfi təsirə malik olduğunu deyən ekspertlər qeyd edirlər ki, Azərbaycan telekanalları da bəzi şou müğənnilərinin, reper və meyxanaçıların vulqar sözlərlə zəngin olan mahnılarına, ifalarına qadağa qoymalıdırlar.

Əməkdar incəsənət xadimi, musiqişünas-bəstəkar Sərdar Fərəcov bizimlə söhbətində bildirdi ki, Türkiyə telekanallarında bəzi mahnıların yayımına qadağa qoyulmasını müsbət qarşılayır: “Mən özüm Türkiyədə yaşamışam. Orada elə telekanallar var ki, ancaq mahnılar səsləndirilir. Türkiyənin çox gözəl, səviyyəli mahnıları var, onlarla yanaşı, səviyyəcə aşağı, bayağı, vulqar sözlərlə dolu olan mahnıları da yox deyil. Bəzən elə mahnıları eşidirdik ki, adam onun necə efirə verildiyini düşünürdü. Bu gün elə mahnıların qadağan edilməsi müsbət haldır. Görünür, Türkiyə cəmiyyəti o mahnıların uşaqlara, gənclərə mənfi təsir göstərdiyini anlayıb, efirlər qarşısında tələb qaldırıb. Azərbaycan televiziya və radiolarına gəlincə, bizdə də bəzi hallarda xoşagəlməz mahnılar səsləndirilir. Bu mahnıların efirə verilməsinin özü normal hal deyil. Bu gün Azərbaycan telekanallarında elə verilişlər var ki, onların özləri xalqa fayda vermir, o proqramlar da, tərbiyədən kənar mahnılar da yığışdırılmalıdır. Elə olur ki, 1 saat yarım, 2 saat müddətində efirə çıxıb səviyyəsiz danışırlar, səviyyəsiz oxuyurlar. Məncə, Türkiyə təcrübəsi bizim bəzi kanallarda da tətbiq edilsə yaxşı olar. Bu olduqca vacibdir. Elə mahnılar var ki, onlar ümumiyyətlə efirə çıxmamalıdır. İnsan əxlaqına zidd olan mahnılar yığışdırsa yaxşı olar”.

S.Fərəcov qeyd etdi ki, Azərbaycan xalqının Qarabağ boyda dərdi var, biz düşmənlə yalnız silah dili ilə deyil, həm də intellekt, savad, səviyyəli mahnılar dilində danışmalıyıq: “Fikrimcə, düşmənimizlə mübarizə apardığımız üçün efirlərə daha səviyyəli musiqi əsərləri çıxarmalıyıq. Bayağı, xoşagəlməz, əxlaqdan kənar ifadələrlə dolu mahnılar isə efirlərdən yığışdırılmalıdır”.

Musiqiçi Gülüm Qiyasovanın sözlərinə görə də bəzi şou müğənniləri gecə klublarında oxuduqları, əxlaqsız sözlərlə dolu olan mahnıların orasını-burasını düzəldib onu efirdə səsləndirirlər. O qeyd etdi ki, müğənni, meyxanaçı və reperlər imkan düşən kimi o mahnıları səsləndirirlər: “Azərbaycan televiziyalarında yayımlanan mahnılar, kliplər, demək olar ki, bədii şuradan keçmir. Bəzi hallarda efirə verilən mahnılar sırasında bayağı, səviyyəsiz, küçə həyatını təbliğ edən mahnılara da rast gəlinir. Bəzi meyxanaçı və reperlər narkotiki, siqareti, alkoqolu təbliğ edən mahnı mətnləri təqdim edirlər. Əlbəttə, bu yolverilməzdir. Mən hələ indiyə qədər görməmişəm ki, hansısa mahnının efirdə səslənməsinə qadağa qoyulsun. Bizdə, ümumiyyətlə, belə bir ənənə yoxdur. Düşünürəm ki, mənfi tendensiyalara qarşı mübarizə aparmalıyıq. Türkiyə cəmiyyəti çox aktivdir və televiziyalar qarşısında tələblərini qoya bilirlər. Televiziyalar səviyyəsiz, bayağı mahnıları təqdim edirlər, tamaşaçı da səsini çıxarmadan onu qəbul edir. Bu belə olmalı deyil. Tamaşaçı televiziyadan tələb etməlidir ki, vulqar sözlərlə zəngin olan mahnılar efirə verilməsin, meyxanaçıların, reperlərin söyüş dolu ifalarına qadağa qoyulsun. Bəzi televizyaların məqsədi pul qazanmaq olduğu üçün, onlar efirə hansı mahnının getməsinin fərqində olmurlar. Hesab edirəm ki, Türkiyə televiziyalarında tətbiq edilən qadağa bizim telekanallarda da tətbiq edilməlidir. Mənə belə gəlir ki, mahnılar, ifalar efirə verilməmişdən əvvəl ona bədii şura baxmalıdır və orada əxlaqa zidd xırda bir nüans olsa belə, o mahnı yığışdırılmalıdır”.

Müsahibimiz qeyd etdi ki, Sovet dövründə televiziyada hər mahnı səslənə bilməzdi. Çünki mahnılara qarşı ciddi senzura hökm sürürdü. O dövrdə televiziyada dəfələrlə mahnılara, müğənnilərə yasaq qoyulduğunu qeyd edən ekspert hesab edir ki, bu gün də belə olmalıdır. “Televiziyalar özlərinin yox, xalqın marağından çıxış etməlidirlər. Bilməlidirlər ki, avaralıq təbliğ edən mahnı uşaqları gələcəkdə tüfeyli həyata sürükləyəcək. Onu da vurğulayım ki, bəzən Türkiyədə qadağan edilən mahnıları biz toylarımızda, efirlərdə də eşidirik. Bunlara qarşı da mübarizə aparılmalıdır” - deyə müsahibimiz vurğuladı.

İradə SARIYEVA   



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ