Cümə günü, 09 oktyabr 2026
     

Əcnəbi turist axınını gücləndirməkdə teatrlarımızın da rolu ola bilər, ancaq…

Image


Cavid Zeynallı: “Turistlərin daha çox səfərə gəldiyi yaz və yay aylarında yerli turizm şirkətləri öz proqramına mütəmadi olaraq teatrları da əlavə etməklə, ölkənin mədəniyyəti, intellektual mühiti haqqında daha müsbət imic yarada bilərlər”
Xəyalə Rais: “Teatrların yerli turizm şirkətləri ilə əməkdaşlıq etməsi ənənəyə çevrilməlidir”

 

Dünyada turistlərin ən çox maraq göstərdiyi məkanlardan biri teatrlar və muzeylərdir. Ölkəyə gələn turistlərin xeyli hissəsinin teatrlarla maraqlandığı məlumdur. Turistləri əsasən opera, eləcə də musiqili teatrların cəlb etdiyi bildirilir. Azərbaycanın həm paytaxtında, həm də bölgələrində müxtəlif profilli teatrlar fəaliyyət göstərir. Lakin teatrlara turist cəlb etmə sahəsində yerli teatrlar elə də böyük nailiyyətlərə imza ata bilməyiblər. Sözsüz ki, bu da teatrların yerli turizm şirkətləri ilə sıx əməkdaşlıq etməməsi ilə bağlıdır. Əslində, xarici turistlərin teatrlara cəlb edilməsi işi ilə teatrlar özləri məşğul olmalıdırlar. 

Araşdırma zamanı məlum oldu ki, respublika teatrları arasında yalnız Azərbaycan Dövlət Musiqili Teatrı turizm şirkətləri ilə əməkdaşlıq edir. Teatrın saytında verilən məlumata görə, teatr rəhbərliyi yerli turizm şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Belə ki, ötən həftə yerli turizm şirkətləri olan "Baku Travel-Tourism”, "ALDE Tour”, "Aristokrat Travel”, "E&C Travel", “Zdtravel”, “Zenit tour”, “İntravel” və digərlərinin nümayəndələri ilə teatrda görüş təşkil edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev deyib ki, işgüzar münasibətlər mədəni turizmin inkişafına daha böyük töhfələr verəcək: “Təklif edərdim ki, gələcəkdə təşkil edəcəyiniz ekskursiya turlarına Musiqili Teatrın möhtəşəm binasını da əlavə edəsiniz. Əminəm ki, Musiqili Teatr öz maraqlı tamaşaları və tarixi baxımdan qədimliyi ilə yanaşı, müasir üslubda yenidən qurulan binası ilə də turistlərin diqqətini cəlb edəcək. Mədəniyyətimizin təbliği baxımından bu istiqamətdə əməkdaşlığımızı genişləndirsək, daha uğurlu layihələrə imza ata bilərik”.

Musiqili teatrın yerli turizm şirkətləri ilə sıx əməkdaşlığı nəticəsində bu teatra gələn turistlərin sayında artım olacağına ümidlər az deyil. Qeyd edək ki, ölkənin digər teatrlarının da yerli turizm şirkətləri ilə əlaqələrinə ehtiyac var.

Daha hansı teatrlar yerli turizm şirkətləri ilə əməkdaşlıq edirlər?

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından bildirdilər ki, teata xarici turistlər gəlir, lakin teatr hələ yerli turizm şirkətləri ilə yaxından əməkdaşlıq etmir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından da aldığımız məlumata görə, teatra xarici tamaşaçılar, turistlər böyük maraq göstərir. Bunların əsasən şəhərimizin qonaqları olduğu vurğulanır.

A.Şaiq adına Dövlət Kukla Teatrına gələn balaca tamaşaçılar arasında əcnəbi uşaqlar olur, lakin onları bura turizm şirkətləri gətirmirlər.

Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı “Bakı-Xəbər”ə bildirdi ki, Bakıda fəaliyyət göstərən turizm şirkətləri turistlərin Azərbaycana səfərini təşkil edəndə proqrama həmişə olmasa da, bəzən teatr tamaşalarına baxışı da əlavə edirlər: “Bununla bağlı Akademik Milli Dram Teatrına müraciət olanda, onlara bilet satışı həyata keçirilir, dil maneələri ilə bağlı problemlər aradan qaldırılır. Türkiyə, Rusiya, İran vətəndaşları bizim repertuarda olan tamaşalarımıza baxıblar. Akademik Milli Dram Teatrında tamaşaların subtitrlə nümayişi ənənəsi var. Ötən il IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi repertuar planı hazırlanmışdı. May ayında oynanılan tamaşalar beynəlxalq tədbirin iştirakçılarına rus və ingilis dilində subtitrlərlə təqdim olundu.

Son vaxtlar Azərbaycana gələn turistlərin sayında ciddi artım qeydə alınır, turizm sahəsində həyata keçirilən islahatlar artıq öz müsbət təsirini göstərir. Buna görə də düşünürük ki, turistlərin daha çox səfərə gəldiyi yaz və yay aylarında yerli turizm şirkətləri öz proqramına mütəmadi olaraq teatrları da əlavə etməklə, ölkənin mədəniyyəti, intellektual mühiti haqqında daha müsbət imic yarada bilərlər. Biz Akademik Milli Dram Teatrı olaraq, əməkdaşlığa, qarşılıqlı mübadiləyə hər zaman hazırıq. Bununla bağlı hər hansı layihə olarsa, məmnuniyyətlə öz töhfəmizi verərik”.

Teatrşünas Xəyalə Raisin sözlərinə görə, teatrlara turist tamaşaçıların cəlb edilməsi ölkəmizdə mədəni turizmin inkişafına xidmət etməklə yanaşı, həm də teatrlarımızın qarşısına yeni tələblər qoyacaq. O hesab edir ki, xarici tamaşaçıların qarşısına teatrlar müasir tələblərə cavab verən tamaşalarla çıxacaqlar: “Teatrların yerli turizim şirkətləri ilə əməkdaşlıq etməsi ənənəyə çevrilməlidir. Bu istiqamətdə təşəbbüslər var, ancaq hələlik azdır. Hesab edirəm ki, bütün teatrlar turist tamaşaçıları dəvət etməkdə maraqlı olmalıdırlar. Bilirsiniz, bütün dünyada teatrlar tamaşaçıları cəlb etmək üçün müxtəlif proqramlar, layihələr işləyib hazırlayırlar. Özünü doğruldan layihələrdən biri də yerli və xarici turizim şirkətləri ilə əməkdaşlıqdır. Turizm şirkətləri turistlərə təklif etdikləri servis paketində teatrların da adlarını, onlar barədə məlumatı, onların repertuarını qeyd edirlər. Təbii ki, turistlər üçün Azərbaycan teatrlarını görmək çox maraqlıdır. Bu gün teatrlarımızda turistlərə, əcnəbi tamaşaçılara da rast gəlirik. Ancaq onların sayı daha çox olmalıdır. Mədəni turizmin inkişafına xüsusi diqqət yetirilməlidir ki, əcnəbi turistlər bizim mədəniyyətimizlə də yaxından tanış ola bilsinlər”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ