Cümə günü, 09 oktyabr 2026
     

“Gül var, Xocalıdan sonra açılmır...” - FOTO

Image


Çox qəribədir. İnsan doğulduğu yurda, torpağa oxşayır. İlk dəfə onu televiziya ekranlarında görəndə görkəmindən bir ömrə sığmayan həsrətini, yanğısını hiss etmişdim. Bəlkə də lal olsaydı belə, onun halını anlamaq mənimçün elə də çətin olmayacaqdı. Bəzən insanın dərdi özündən əvvəl danışır adamla…

Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımovun ifasında “İndi məndən küs görüm” mahnısını dinləyəndən sonra şair Ələmdar Quluzadənin ürəyinə yazığım gəldi. Və öz-özümə pıçıldadım: bəxtəvər o sevginin başına ki, şair ürəyində özünə yer eləyir.

Düzü, ona bəxtəvərlik vermək keçdi içimdən, amma…

Sükut olub sakitcə yanından ötüşərəm.
Saçı saçından uzun söyüdlə öpüşərəm.
Nəğməmi dinləyəndə mən yadına düşərəm,
İndi məndən küs görüm,-

deyən şairin yaşadıqlarına bircə gün belə şərik olsaq, sağ qalacağımızı güman etmirəm.  Şair ömrü yaşamaq ona görə fərqlidir ki, heç nəyə biganə qala bilmirsən. Gözü kor olan bulağın, kökü baltalanan ağacın, yuvasından perik düşən quşun dərdi də yuxunu ərşə çəkir, onsuz da rahatlıq bilməyən ömrünün üstünə qanadlarını elə gərir ki, aldığın hər nəfəsə bu sonuncudur deyirsən.

“İndi məndən küs görüm”ü şair pıçıltı ilə deyir. Amma misraların alt qatında yaşananları xatırlamayan uzunsaçlıya bir üsyan var, bir hayqırtı var…

Bu mahnıya yüz dəfə, min dəfə qulaq assan, yenə də bezməyəcəksən. Çünki hər birimizin ürəyindən, qayğılarla yüklənəndə, adamların içində darıxanda bir ömür boyu qulağımızda səsi və sözü qalan “buludgözlüyə”, “İsmi pünhan”a:

Bil üz-üzə gələndə qəhərlənib çaşarsan,
Gözümün qabağında od tutub alışarsan.
Gördüyün yuxuları qızlara danışarsan,
İndi məndən küs görüm,- demək keçir…

Ələmdar Quluzadənin sözü, fikri sanki taleyinin boyuna biçilib. Həm də onda qəribə bir uzaqgörənlik var. Gələcəkdə olanları görürcəsinə şeirinin hər misrasında yaşaya-yaşaya yanır, yana-yana yaşayır. Sən demə, bu doğrudan beləymiş: yaza-yaza hər adam yaşaya bilmədiyi kimi, hər yaşayan da yaza bilmir…

Əslində mətləbi çox uzatmayacaqdım. Əlamdar Quluzadənin iç dünyasına, könül pıçıltısına şeirlərinin ucalığından sizlərlə birlikdə boylanmaq istədim…

Yenə də “bəxtəvər başına” Ələmdar Quluzadənin. Yaşadığı və yaşadığımız  ən böyük faciəyə həm də bir vətədaş kimi yanaşması onu bir daha gözümüzdə əsl söz adamı, əsl sözün adamı ucalığına ucaltdı. Bəli, söhbət şairin “Şəhid  şəhər” poemasından gedir. Məncə, elə ədəbiyyatımıza da “şəhid şəhər” ifadəsini Ələmdar Quluzadə gətirib.

“Şəhid şəhər”i xalq şairi Nəriman Həsənzadə ədəbi hadisə adlandırır. Yazır ki, od içində yanan şair ürəyinin qanıyla naxışlanan, vergülü-nöqtəsi o müqəddəs qanın damlaları olan bu əsər başdan-başa özünü, müasirlərini ittihamdır…

Və poemanın ön sözündə onun bütünlükdə mahiyyəti öz əksini tapır.

“Şair bütün bunları ürək ağrısı ilə açıb göstərir, dərslik yazır, oxuyun, öyrənin,- deyir…

Şair poemanı 1992-ci ilin fevralında erməni və rus hərbi birləşmələri tərəfindən yerlı-yeksan edilmiş Xocalıya, xocalılara, şəhid olmuş 88 yaşlı atasına deyil, həm də o illərdə başsız, yiyəsiz qalmış xalqımıza həsr edib. Elə poemanın ilk misralarından həsrət boylanır, vətənsizlik ağrısı baş qaldırır.

Bir lələk düşsə yerə durnanın sırasından,
Bir Qarabağ göyərər gözümün qarasından.
Çınqılı dolaşanda daşların arasından
Bir utancaq bənövşə boy göstərsin, boy deyim.

Şeirin ikinci misrası “Vətən” deyib ağlamaqdan gözünün qarası gedib ağı qalanların demək istədiklərinin məcmuudur. Ürəyində olanı korlara, karlara daha hirslə, daha qəzəblə hayqıran şair Vətənə üz tutanda yumşalıb muma dönür və xətrinə dəyməsin deyə, bu misraları da dərdinin, nisgilinin göynərtisi kimi qəbul etməyini təmənna edir.

Mən susanda vulkanam, od tutanda kömürəm,
Ə
llərimi üşüdən səsimi üşütməyib.
Bir kabab süfrəsində  sənə sağlıq demirəm,
Sənə dediklərimi kitab da eşitməyib.

Ələmdar Quluzadə “Şəhid şəhər”i heca vəznində qələmə alıb. Amma Xocalı elə bir dərddir ki, bu dərd əruz, sərbəst vəznlərində də yazılsa bədii gücü itməz, bütün ağrısı ilə ruhumuza hakim kəsilər. Bəlkə də şair ona görə hecaya üstünlük verib ki, o, dərdimizə olduğu kimi, onu yazıya alan qələmimizə daha simsar,  onunla həmahəngdir. Onsuz da qələmin yükü ağırdır. Burda deyiblər ey: “Hər kəsin dərdi özünə dəvə boydadır”.

Dünyanın baharı qışdan seçilmir,
Çillədə yağan qar nə bitirəcək?
Bu dərdi bir ölkə daşıya bilmir,
Bu qələm çiyninə nə götürəcək?

Amma poemanı oxuduqca görürük ki,

Vətənin çörəyi ucuz tutulsa,
Torpağın qiyməti bir cibə sığar.

misralarını da, bir ölkənin daşıya bilmədiyi dərdləri də qələm yazır, qələm daşıyır.

Ələmdar Quluzadə tarixi unutmur, onu yada salmaqla bir daha demək istəyir ki, unutqanlıqlar, “məndən ötdü”lər gələcək, miqyası daha geniş faciələrə yol açır.

Qarakənddən üzü bəri,
Neçə yolçu izdən dönüb.
Qara-qara qutuların
Qara üzü bizdən dönüb.

Və…

Bizi bizdən ayrı salan,
Çəpərlərmiş, barılarmış.
Xəncər kimi qalxmayanlar,
Pencər kimi qırılarmış…

Buyurun, 1991-ci il də daxil olmaqla, ondan sonrakı, taleyimizin ipdən asıldığı illərin siyasi mənzərəsi bu misralara köklənib. Qarakənd faciəsi, əsl həqiqətlərin gizlədilməsi, hələ də gün işığına çıxmayan qara qutuların səssizliyi. Bəs, görəsən, bu sükutu kim pozacaq, kimin buna cəsarəti çatacaq. Məncə, heç kimin…

20 Yanvar qətliamından sonra Xəzərin sahilində insan dənizinə dönən xalq imperiyaya meydan oxudu. 1992-ci ilin fevralında erməni millətçilərinin zülmündən canını qurtaran, Vətəndən-Vətənə pənah gətirən insanlar bu dənizə qovuşdu.

Hərdən insana elə gəlir ki, oxuduğumuz, bildiyimiz, nənələrdən, babalardan yadigar qalan bayatılar elə onlar kimi tarixə qovuşdu. Demə, zamanı gələndə  hər dövrün, hər zamanın öz bayatısı, ağısı yaranırmış. Şair xocası itkin, tüstülü bacası dağılmış evinə-eşiyinə dil deyib, ağlayır bu misralarda.

Dərə ağlar, döş mələr.
Daşda qaldı eşmələr.
Bu üzdə gözümdədir
O üzdəki çeşmələr.

Əhdi gümana döndər,
Yolu dumana döndər.
Üzüm yox üzə çıxam.
Üzünü yana döndər.

Bağışla bizi Xocalı, bizsənin harayına çatmadıq, səni tək qoyduq. Sən kömək istəyirdin, burda təkəm deyirdin, Bakıdan isə vəd verirdilər. Necə ki, poemada haqlı olaraq şair yazır:

Yenə o yanıqlı səs,
Sızlayır qırıq-qırıq.
Bu sonuncu nidadır,
Bu sonuncu hıçqırıq.
- Düşmənlər Xocalını
Yandırıb çatır daha!
Biz öldük Vətən üçün,
Siz batdınız günaha!
Ağdam! Bakı! Qərərgah!
Bu xəyanətdir, anla!
Şuşa, denən sən niyə,
Susdun cəbbəxananla?
Qoşun qeybə çəkildi,
Tanklar, toplar qəhətə.
Sərkərdə nə deyəcək
Sabah yazıq millətə?
Bu müsibət Vətəni,
Kölgə kimi izləyir.
Bu gecə bizə olan
Sabah sizi gözləyir!

Əzizini, doğmasını, oğlunu, qızını itirsə də şair ümidini itirmir, haqqın nahaqq qarşısında əyilməyəcəyinə, bir gün Xilaskarın gələcəyinə olan inamını belə ifadə edir:

Sinəmi yandıran oddu, buz deyil,
Yaram göynəyəndə yada qısılmır.
Bir igid öldüsə yurd sonsuz deyil,
Bir şəhər öləndə Vətən basılmır.

Və bu misralarda Xocalının da, xocalıların da əzəməti, vüqarı bir şair dilində  belə nəzmə çəkilir.

Harda istəsəniz qəbrimi qazın,
Onsuz da sədaqət, peyman pozulub.
Kənd kimi doğulan Xocalımızın,
Alnına şəhər tək ölmək yazılıb.

Torpağın girovu adamı daha çox yandırır, nəinki insan oğlunun. Çünki insan övladı çəkdiyi əzaba, əziyyətə, zillətə dözməyib nə vaxtsa haqqa qovuşur, yəni canı çəkdiklərindən biryolluq qurtarır. Bəs torpaq? Nə quş olub uça, nə də ki, baş götürüb qaça bilir. Yandıqca yanır içində. Can verə də bilmir, çünki gözləyəni, gözü yolda qalanı var…

Ələmdar Quluzadə də Xocalının bir parçasıdır. Qisas gününü gözləyir, özü də söz-söz, misra-misra…

Dolanda doluram buludlar kimi,
Qismət boğçasından alacağım kəm.
Axı Xocalıda itirdiyimi
Bakıda axtarıb tapa bilmirəm.

O müdhiş gecədən, fevralın 26-dan bugünə kimi

Qurumu tökülür əsəbin, hirsin,
Xəlbirdən umuruq neçə xəbəri.
Allaha, tanrıya ağır getməsin.

Qibləm Xocalıdır o vaxtdan bəri,-deyən soydaşımızın dərdinə şərik, elə qibləsi Xocalı olanlardan biri kimi biz də üzümüzü şair qardaşımıza  tutub bunları demək istəyirik: Bu torpağın, bu millətin qısas günü uzaqda deyil. 2016-cı ilin aprelində Xocalının başı üzərində dövrə vuran nigaran ruhları çoxları görməsə də o torpağın həsrəti ilə yaşayanlar, dönmək ümidini itirməyənlər gördülər. Azərbaycan oğlu, Vətən əsgəri qanına and içdiyi Xocalını, bütün işğal olunmuş torpaqlarımızı qanı ilə, canı ilə düşməndən azad edəcək və arzusunda olduğumuz Azərbaycanı üçrəngli bayrağın altında birləşdirəcək. O gün gələcək, vallah gələcək, Xocalı haqqı gələcək!

Hafiz TƏMİROV
polis mayoru
D
İN Mətbuat Xidmətinin əməkdaşı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ