Cümə günü, 09 oktyabr 2026
     

Yaşadılan el sənəti: xalçaçılıq - FOTO

Image


Prezident İlham Əliyev fevralın 15-də Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, tikiləcək xalça istehsalı emalatxanasında Naxçıvan xalçaçıları üçün əlverişli şərait yaradılacaq, keçmişdən günümüzə gələn bu ənənəyə uzunömürlülük bəxş ediləcək. Belə bir emalatxananın istifadəyə verilməsi qadınların məşğulluğunun təmin olunması ilə yanaşı, həm də yeni xalçaçılar nəslinin formalaşmasına rəvac verəcək. Ən əsası, evlərimizi keyfiyyətli, nəfis Naxçıvan xalçaları bəzəyəcək.

Ta qədim zamanlardan Naxçıvanda gəlinin cehizliyini ana-nənələrimizin toxuduğu qalın, milli ornamentli xalçalar bəzəyib. Bu gün də Naxçıvan kəndlərində evlərdə kifayət qədər belə xalçalara rast gəlmək olar. Rəngini itirməyən bu xalçalar elə yaşını da gözəl rəng çalarlarında gizləyib. Nənələrimizin barmaqlarının sığalı, gözlərinin nuru, ürəklərinin hərarəti ilə toxunan bu xalçalar həm də adət-ənənələrimizin keçikçisi rolunu oynayıb. Evdən-evə daşınıb, əzizlənib, qorunub.  Azərbaycan qadınının həm də zəhmətkeşliyinin bir nümunəsinə çevrilən xalçalar adətən təsərrüfat işlərindən sonra, gecələr lampa işığında toxunardı. Elə olardı ki, bəzən səhərə qədər yatmazdılar. Əsasən də uzun qış gecələrində hasilə gələn belə xalçalara azyaşlı qız uşaqları da böyük maraq göstərərdi. Naxçıvanda qızlar çox erkən yaşlarından xalça toxumağa alışdırılırdı. Məhz bu səbəbdəndir ki, bu gün də muxtar respublikanın istənilən bölgəsində xalça toxumağı bilən qadınlar, qızlar az deyil.

"İtə ataram, yada satmaram". Orta məktəbdən yadımda qalan bu fikir yazıçı Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərində yoxsul, çörək puluna ehtiyacı olan Sona xanımın dili ilə deyilir.  Bu fikir xalqımızın xalçaçılığa olan sevgisinin möhürü kimi səslənir sanki.  90-cı illərin ağır zamanlarında sənətkarlığın digər sahələrində olduğu kimi, xalçaçılıq sahəsində də durğunluq yaşandı. Evlərdəki cəhrələr, daraqlar, hanalar, kirkid və digər toxuculuq alətləri zirzəmilərə daşındı. Belə bir zamanda xalçaçılıq sənətini, xalçaçılıq məmulatlarımızı, ümumilikdə Naxçıvanın nəfis xalçalarını qorumaq, yaşatmaq, gələcək nəsillərə ötürmək məqsədilə müstəqilliyin ilk illərində yaradılan muzeylərdən biri Naxçıvan Dövlət Xalça Muzeyi oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin diqqət və qayğısı sayəsində 1998-ci ildə yaradılan və ildən-ilə eksponatlarının sayı artan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni binaya köçürüldü. Muzeyin üç dildə internet saytı istifadəyə verildi. Bu da dünyanın hər yerində muzeyi virtual ziyarət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar almağa, həmçinin tarixi keçmişimizi öyrənməyə imkan yaradıb. Bu gün muzeyi ziyarət edən hər kəs Naxçıvan xalçaçılıq məktəbinə aid nəfis xalçalarla tanış olur. Xalçanın ibtidai forması olan həsirdən başlamış keçə, kilim, palaz, cecim, vərni, şəddə, zili və digər xovlu və xovsuz xalça nümunələri, keçmişdə məişətdə geniş şəkildə istifadə olunmuş xurcun, məfrəş, çuval, heybə kimi xalçaçılıq, kirkid, həvə, cəhrə, daraq, qayçı, hana kimi toxuculuq alətləri Naxçıvanda xalçaçılığın zəngin tarixindən xəbər verir. Muzeydə mövcud 3429 eksponatın 246 ədədini  Naxçıvan qrupuna aid xalçalar, 180-ədədini isə  xalçaçılıq  məmulatları təşkil edir. 

Xalçaçılığın  tarixinə nəzər...

“Kültəpə” adlı qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar nəticəsində neolit və eneolit dövrlərinə aid iy və cəhrənin, tunc dövrünə aid sadə toxuculuq dəzgahının tapılması Naxçıvan diyarında yaşayan əhalinin toxuculuqla  hələ ibtidai icma quruluşunun son dövrlərindən məşğul olmasını sübut edir. Erkən orta əsrlər dövründən müstəqil fəaliyyət sahəsi olan xalçaçılıq sonrakı dövrlərdə Azərbaycan qadınlarının əsas məşğuliyyət sahələrindən birinə çevrilmişdir. X-XIII əsrlərə aid mənbələr, Azərbaycanın bir çox bölgələri ilə yanaşı, Naxçıvanı da əsas xalçaçılıq mərkəzi kimi xarakterizə edir.

Naxçıvanda xalça istehsalı XVIII əsrdən başlayaraq daha yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Xarici bazarlarda xalça məmulatına tələbatın kəskin şəkildə artması bu sənət sahəsinin xüsusilə XIX əsrdə daha geniş vüsət almasına gətirib çıxarmışdı. XIX əsrin ortalarına aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Naxçıvan diyarında xeyli miqdarda xovlu və xovsuz xalça məmulatları istehsal edilmişdi. Belə ki, 1845-ci ilə aid statistik məlumatda göstərilir ki, həmin il burada 1050 ədəd xalça, 3000 ədəd at çulu, 2500 ədəd keçə, 5000 ədəd çuval, 460 ədəd məfrəş toxunmuşdur. Naxçıvan diyarında XVIII-XIX əsrin əvvəllərində toxunmuş xeyli sayda xalça məmulatları nümunəsi dövrümüzə qədər gəlib çatmışdır. Həmin  nümunələrin bəziləri bu gün Naxçıvan Dövlət Xalça muzeyi ilə yanaşı, Naxçıvan Dövlət Tarix muzeyinin və bölgələrdəki tarix-diyarşünaslıq muzeylərinin ekspozisiyalarını bəzəyir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradovun rəhbərliyi ilə aparılan çöl tədqiqatları zamanı Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Sədərək, Ordubad, Şahbuz və Şərur rayonlarında toxunmuş şəxsi kolleksiyalarda  saxlanan yun xovlu xalçalar, “Namazlıqlar”, yun xovsuz zililər, duz torbaları, xurcunlar, məfrəş üzü, şəddə və kilim aşkar edilərək elmi ictimaiyyətə təqdim edilmişdir. Tədqiqat zamanı aydın olmuşdur ki, şəxsi kolleksiyalarda saxlanılan Naxçıvan qrupuna aid olan ən qədim xovlu xalça 1800-cü ildə Şərur rayonunun Maxta kəndində toxunmuşdur. Belə faktları kifayət qədər sadalamaq olar ki, bütün bunlar da Naxçıvanda xalçaçılığın tarixən uzun bir inkişaf yolu keçdiyini göstərir.

Müstəqillik illərində muxtar respublikada xalçaçılıq sənətinin qorunması, yaşadılması naminə görülən işlər Xalça muzeyinin istifadəyə verilməsi ilə məhdudlaşmamış, Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi istiqamətində bir sıra təşkilati işlər görülmüşdür. Belə ki, peşə məktəblərində “Xalçaçılıq” kursları, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi açılmış, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunması təşkil olunmuşdur. Xalq yaradıcılığı emalatxanasında, dərnəklərdə toxunan xalçalar neçə illərdir ki, keçirilən festivalları, milli bayramlarımızla əlaqədar təşkil olunan şənlikləri bəzəyir. Həm də bu illər ərzində öz sənətini sevən xalçaçılar yetişib. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrə də Naxçıvan xalçaçılıq məktəbinin ənənələri öyrədilir. Muxtar respublikanın şəhər və rayonlarında “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” devizi altında evlərdə xalçaların toxunması işi həyata keçirilir. Bu, qadınların məşğulluğunu təmin etməklə yanaşı, həm də xalçaçılıq sənətinin yaşadılması istiqamətində atılan ən mühüm addımlardan biri olub.

Ötən dövr ərzində Naxçıvan xalçaçılıq məktəbinin tədqiq olunması, sənədli filmlərin və yeni nəşrlərin hazırlanması da diqqətdə saxlanıb. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları - Naxçıvan qrupu” jurnalının çap olunması, “Naxçıvan xalçaları” sənədli filminin hazırlanması Naxçıvan xalçalarının hazırlanması texnikalarının öyrənilməsində, Naxçıvan xalçaçılıq məktəbinin gələcək nəsillərə çatdırılmasında dəyərli nəşrlər və informasiya mənbələridir. 2018-ci ilin yanvarın 26-da Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradovun birgə müəllifliyi ilə nəşr olunmuş “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının təqdimat mərasimi keçirilib. “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabı Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsində ən dəyərli nəşrlərdən biridir. Kitabdakı məlumatların Azərbaycan dili ilə yanaşı ingilis, rus və ərəb dillərində verilməsi Naxçıvan xalçaçılıq məktəbinin daha geniş oxucu kütləsinə çatdırılması məqsədinə xidmət edir. Kitabda Naxçıvanın ilkin sivilizasiyadan müasir intibaha qədər keçdiyi yol, siyasi və sosial-iqtisadi inkişaf tarixi, bu qədim diyarda xalçaçılıq məktəbi, xalçaçılıq və boyaqçılığın inkişafı elmi əsaslarla araşdırılıb. “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabı, nəinki muxtar respublika, ümumilikdə Azərbaycan tarixi və mədəniyyətinə dəyərli töhfədir. Kitabda diqqəti çəkən 254 xalçaçının fotosu və  onlar haqqında məlumatların verilməsidir. Naxçıvan xalçaçılığına dair bu dəyərli mənbədən oxuyuruq: “Naxçıvan diyarının müxtəlif bölgələrində istehsal edilmiş xalça məmulatları öz sənətlərinin kamil ustası olan azərbaycanlı qadınlar tərəfindən toxunurdu. Onlardan XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Naxçıvan qəzasının Cəhri kəndində yaşamış İsmayılova Fərəc Darçın qızının, Piriyeva Qumru Cəfər qızının, Kükü kəndində yaşamış Məmmədova Qönçə Heydər qızının. Kolanı kəndində yaşamış Əsmər Hüseynəli qızının, Ordubadın Nüsnüs kəndində yaşamış Ramazanova Xanpəri Musa qızının adları dövrümüzədək gəlib çatmışdır.” Kitabda adları qeyd olunan 254 xalçaçı qadın öz zəhmətkeşlikləri ilə, milli dəyərlərimizə bağlılıqları ilə bu qədim el sənətini  sevərək günümüzə qədər çatdıra biliblər. Muxtar respublikada xalçaçılığın inkişafı ilə bağlı bu günədək görülən işlər, xüsusilə də ölkə başçısının 15 fevral 2018-ci il tarixli  “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamı xalçaçılığın bu qədim Nuh yurdunda yeni inkişaf mərhələsinə qədəm qoyacağına zəmanət verir.

Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ