10/12/2019 20:54
728 x 90

Gəncədə polis narkotik satan dəstəni ifşa etdi

img

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan verilən məlumata görə, aprelin 11-də Gəncə ŞBPİ-nin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakinləri, 29 yaşlı  Elvin Nağıyev, 26 yaşlı Rəşad Əliyev və əvvəllər məhkum olunmuş 27 yaşlı Nəriman Mirbağırov saxlanaraq Nizami Rayon İdarəsinə gətirilib. Onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman Nəriman Mirbağırovun üzərindən 1.8 qram narkotik vasitə olan qrudulmuş “marixuana” yaşadığı evin müxtəlif yerlərindən isə ümumi çəkisi 1 kq 343 qram narkotik vasitə olan qrudulmuş “marixuana”,  Elvin Nağıyevin üzərindən 1.9 qram narkotik vasitə olan qrudulmuş “marixuana”,  Rəşad Əliyevin yaşadığı evdən isə 82.2 qram narkotik vasitə olan qrudulmuş “marixuana” aşkar olunaraq götürülüb.

Bundan başqa, ŞBPİ-nin  Kəpəz Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş 60 yaşlı Elman Rzayev qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda, üzərində gəzdirməkdə və satmaqda şübhəli olduğuna görə şəhər ərazisində saxlanaraq Kəpəz RPİ-nə gətirilib və üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əlində olan sellofan torbadan və pencəyinin sol yan cibindən dörd bükümdə ümumi çəkisi 235.08 qram  narkotik vasitə olan “tiryək” aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər