Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıb.
Belə ki, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Anar Nərimanov saxlanıb.
Daxil olmuş müraciət əsasında Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşlarının “isti izlər”lə keçirdiyi tədbirlər nəticəsində sentyabrın 19-da Maştağa qəsəbəsindəki evlərin birindən 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Seymur Musayev saxlanıb.
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində 5 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Anar Cəfərli və qohumu Eşqin Hüseynov saxlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı