Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan baki-xeber.com-a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Dəmirçilər kəndində kənd sakini İlqar İsmayılovun özünə məxsus fərdi yaşayış evində toy məclisi təşkil etdiyi müəyyən edilib.