Bakıda qaydalara əməl etməyən 25 yaşlı koronavirus xəstəsi saxlandı - VIDEO

img

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinə nəzarət-profilaktik tədbirlər gücləndirilib.

DİN Mətbuat Xidmətindən baki-xeber.com-a verilən məlumata görə, Nərimanov RPİ əməkdaşları tərəfindən rayon ərazisində sosial təcrid, özünü təcrid tədbirlərinə əməl etməyən, 25 yaşlı aktiv koronavirus xəstəsi Elvin İbrahimov müəyyən olunaraq saxlanılıb. Tibbi qaydalar gözlənilməklə E.İbrahimov ictimai yerdə müəyyən edilərək yaşadığı evə qaytarılmaqla, müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Onun barəsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib. E.İbrahimov Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Son xəbərlər