10/07/2020 04:00
728 x 90

Masallıda narkotik satışı ilə məşğul olan dəstə yaxalandı

img

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbə əməkdaşlarının keçirdiyi ardıcıl uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran və Masallı sakinləri saxlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində Masallı rayonunun Xıl kənd sakini Fərid Abbasov saxlanıb. Onun üzərindən bir bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla F.Abbasovun narkotik vasitəni Lənkəran rayonunun Qumbaşı kənd sakini Ağadadaş Qafarovdan əldə etdiyi müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq sonuncunun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 ədəd bağlamada çəkisi 3 kiloqram 145 qram narkotik vasitə qurudulmuş marixuana, 1 bükümdə 8 qram heroin və 1 bükülüdə 5,5 qram psixatrop maddə metamfetemin aşkarlanaraq götürülüb.

 Əməliyyat tədbirlərinin davamı olaraq Ağadadaş Qafarovun narkotik vasitəni əldə etdiyi mənbə də aşkarlanıb və həmin şəxsin Masallı rayonunun Boradigah qəsəbə sakini Hacıəli Rəfiyev olduğu müəyyən edilib. Saxlanılan H.Rəfiyevin üzərindən və yaşadığı evdən ümumilikdə 383 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər