11/07/2020 23:37
728 x 90

Bilgəhdə 1131 ədəd çətənə kolu və 42 kiloqram marixuana aşkarlandı, Bayram Sadıxov saxlandı - FOTO

img

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini Bayram Sadıxov saxlanılıb.

Daxili İşlər Nazirliyindən baki-xeber.com-a verilən məlumata görə, ona məxsus Bilgəh qəsəbəsində yerləşən evin həyərindəki istixanaya baxış keçirilən zaman 1131 ədəd xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu aşkar olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq istixanadan əlavə quru və yaş halda ümumi çəkisi 42 kiloqram marixuana da aşkar olunub. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri həm satmaq və həm də ki, şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Bayram Sadıxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər