Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri ilə rayon sakini Şöhrət Quliyev saxlanıb. Onun yaşadığı ünvana baxış keçirilən zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 41 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Ş.Quliyev həmin kolları şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.