Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunub.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Rüstəm Rüstəmov küçəsi 13 ünvanında yerləşən yataqxananın damında kabab bişirən şəxslər barəsində qanunverciliyə uyğun tədbirlər görülüb.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub.
Paytaxtın Binəqədi rayonunda da xüsusi karantin rejim qaydlarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunub.
Məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşları rayonun Qabil Süleymanov küçəsində yerləşən “Xəzri” yataqxanasının damında domino oynayan şəxsləri aşkarlayıb. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Damino oynayanlar barsəində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub.