2015-ci il fevral ayının 24-dən etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 9%-dən 12%-ə qaldırılıb.
Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, 2015-ci il fevral ayının 24-dən etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 9%-dən 12%-ə qaldırılıb. Bu barədə Trend-ə Fonddan bildirilib.
Fondun Himayəçilik Şurası 23 fevral 2015-ci il tarixində keçirilən növbədənkənar iclasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9 faizdən 12 faizə qaldırılması barədə qərar qəbul edib.
Bu dəyişiklik 24 fevral 2014-cü il tarixindən qüvvəyə minir və bu tarixdən sonra üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunmayan əmanət hesab ediləcək.