Cümə axşamı günü, 29 oktyabr 2026
     

Ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçid üçün texniki hazırlıq işlərinə başlandı

Image


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılmaqla, bu yardımların təyinatı prosesinin tam avtomatlaşdırılması üçün yaxın beş ay ərzində texniki infrastrukturun hazırlanması təmin ediləcək. Trend xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Fərmanın icrası məsələləri ilə əlaqədar keçirilən mətbuat konfransında məlumat verib.

Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, "Elektron Hökumət" portalının operatoru - Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov və "Azərpoçt" MMC nin baş direktorunun müavini Sübhan Kazımov iştirak ediblər.

Dövlət başçısının son bir ildə əmək və əhalinin sosial müdafiəsi sahəsi ilə əlaqədar 10-dan artıq fərman və sərəncam imzaladığını vurğulayan nazir bu sənədlərin sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının əhəmiyyəti şəkildə artırılmasını təmin etməklə bərabər, bu sahədə mütərəqqi islahatlara şərait yaratdığını da diqqətə çatdırıb: "Cənab Prezidentin 23 fevral 2015-ci il tarixli Fərmanı da milli sosial təminat sisteminin innovativ texnologiyaların tətbiqi əsasında müasir dünya təcrübəsinə uyğun şəkildə təkmilləşdirilməsinə, vətəndaşların sosial təminat növləri, o cümlədən ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin olunmasına xidmət edir”.

Ünvanlı dövlət sosial yardımı proqramının aztəminatlı ailələrin sosial müdafiəsinə yönəldiyini qeyd edən S.Müslümov bildirib ki, hələ 2013-cü ilin sonlarına doğru ünvanlı sosial yardımların təyinatında şəffaflığın və bu sahəyə ictimai nəzarətin təmin olunması üçün ünvanlı yardım alan ailələrin siyahısı ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az), habelə əhalinin sosial müdafiəsi mərkəzlərində cəmiyyətə açıqlanıb: "Ölkəmizdə sosial rifahın yüksəlməsi və sosial yardımların təyinatında ünvanlılıq və şəffaflıq prinsiplərinə əməl olunmasına nəzarətin gücləndirilməsi ünvanlı dövlət sosial yardımı təyin olunanların sayının mütəmadi olaraq azalmasına səbəb olub. Məsələn, ötən ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında respublikada ünvanlı yardım alan ailələrin sayı 38675 ailə (168673 nəfər ailə üzvü), yəni 26,4 faiz azalaraq, 107761 ailə (470237 nəfər ailə üzvü) təşkil edib. Bu azalma digər tərəfdən ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləğinin 10,3 faiz artaraq 138,89 manata, adambaşına düşən orta aylıq məbləğinin isə 10,3 faiz artaraq 31,83 manata yüksəlməsi ilə müşaiyət olunub”.

Nazir bildirib ki, ünvanlı sosial yardımların təyinatı prosesində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi üçün bu sahənin tam avtomatlaşdırılması ƏƏSMN-nin islahat tədbirlərinin mühüm bir istiqamətini təşkil edib. Bununla əlaqədar mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutan sistem formalaşdırılacaq: "Cənab Prezidentin Fərmanına əsasən ƏƏSMN-nin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılacaq. Bu sistemin işə salınması üçün ƏƏSMN beş ay müddətində vətəndaşlara fərdi kommunikasiya vasitələrindən, yəni kompüterlərdən, mobil telefonlardan və s., habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə ünvanlı dövlət sosial yardımı ilə bağlı elektron formada müraciət etmək imkanı yaradacaq. Zəruri texniki imkanlara, xüsusi proqram təminatına malik həmin infoköşklər bütün rayon və şəhərlərin poçt şöbələrində quraşdırılacaq və onlar "Elektron hökumət” portalına qoşulacaq. Vətəndaşlar yerli poçt şöbələri tərəfindən pulsuz olaraq onlara verilən və yalnız bu elektron xidmət növü üçün istifadə oluna bilən elektron imzalar vasitəsilə infoköşklərdən ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edə biləcəklər”.

S.Müslümov bildirib ki, vətəndaşların infoköşklərdən etdikləri elektron müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək: "Bu müraciətlər əsasında vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün onlara dair lazımi arayış və məlumatlar artıq onlardan istənilməyəcək, müvafiq dövlət qurumlarından elektron formada əldə olunacaq. Çünki Fərmana uyğun olaraq həmin dövlət orqanları ünvanlı dövlət sosial yardımı üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resurslarını artıq özlərinin "Elektron hökumət” portalına qoşulan informasiya sistemlərində və ehtiyatlarında yerləşdirəcəklər. ƏƏSMN-nin isə "Elektron hökumət” portalı vasitəsilə müraciət edən şəxslər və onların ailə üzvləri barədə məlumatları əldə etmək üçün həmin informasiya resurslarına çıxışı təmin olunacaq”.

Nazir əlavə edib ki, vətəndaşların ünvanlı dövlət sosial yardımı üçün elektron qaydada müraciətləri qəbul olunduqdan sonra rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri (ƏSMM) onlara verilən tapşırıq əsasında həmin insanların ailələrinin maddi-məişət şəraitinin müayinəsini aparacaqlar: "ƏSMM-lər qısa müddətdə ünvanlı dövlət sosial yardımın təyinatı məqsədləri üçün ailələrin maddi-məişət şəraitinin müayinəsinin müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə aparacaqlar və nəticələrin real vaxt rejimində VEMTAS-a ötürülməsini təmin edəcəklər. Bütün əldə olunan məlumatlar ümumiləşdirildikdən sonra müraciət edən ailəyə yardım təyin olunub-olunmaması barədə qərar qəbul olunacaq. Vətəndaşa ailəsinə ünvanlı dövlət sosial yardım təyin olunub-olunmaması barədə məlumat yenə də elektron qaydada veriləcək. Yəni bu məlumat fərdi kommunikasiya vasitələri (kompüter, mobil telefon və s.) olduğu halda onun elektron ünvanına ismarıc formasında çatdırılacaq. Əks halda isə vətəndaş yenə də infoköşklərdə bu məlumatla tanış ola biləcək”.

S.Müslümov qeyd edib ki, yeni sistemə keçidlə əlaqədar ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydalarının beş ay müddətində yenidən hazırlanıb təsdiq olunması üçün ƏƏSMN tərəfindən hökumətə təkliflər veriləcək: "Cənab Prezidentin 23 fevral 2015-ci il tarixli Fərmanının yüksək səviyyədə icrası və bununla da ünvanlı dövlət sosial yardımı sisteminin icrasında neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının aradan qaldırılması, bu sistemin tam şəffaflaşdırılması üçün ƏƏSMN tərəfindən bütün lazımi səylər göstəriləcəkdir.”

E.Vəlizadə ünvanlı sosial yardımların təyinatı prosesinin avtomatlaşdırılmasının ölkəmizdə "Elektron hökumət"in qurulması, innovativ texnologiyaların genişlənməsi istiqamətində mühüm addımlardan biri olduğunu bildirib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanında müəyyən olunan tapşırıqların uğurla icra olunması üçün Rabitə və Yüksək Texnologiyaları Nazirliyi tərəfindən müvafiq işlərin aparılacağını qeyd edib, mövcud İKT potensialının ölkəmiz üçün dəyərli olan bu yeni sistemin tətbiqinə lazımi səviyyədə imkan yaratdığını nəzərə çatdırıb.

N.Mərdanov dövlət orqanlarının "Elektron hökumət” portalına qoşulan informasiya sistemlərində və ehtiyatlarında ünvanlı sosial yardım üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resurslarının yerləşdirilməsi üçün müvafiq işlərin görüləcəyini diqqətə çatdırıb. O, bildirib ki, eyni zamanda ƏƏSMN-nin "Elektron hökumət” portalı vasitəsilə həmin informasiya resurslarına çıxışı üçün nazirliyə lazımi texniki imkanlar yaradılacaq.

S.Kazımov yerli poçt şöbələrində vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edə bilmələri üçün infoköşklərin quraşdırılması, onların pulsuz e-imzalarla təmin olunması və digər istiqamətlərdə görüləcək işlər barədə məlumat verib.

Tədbir KİV nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ