Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


Sosial-iqtisadi sahədə keçid dövrünü 2009-cu ildə başa vuran Azərbaycan Respublikası artıq bu gün postsovet məkanında iqtisadi islahat və inkişaf baxımından lider ölkəyə çevrilib. Regionların inkişafına yönələn I (2004-2008-ci illər), II (2009-2013-cü illər) dövlət proqramlarının yekunları və nəhayət, III (2014-2018-ci illər) Dövlət Proqramının bugünkü nəticələrinin təhlili göstərir ki, son 12 il ərzində ölkəmizin makroiqtisadiyyatında regionların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb.
Sözsüz ki, bu sosial-iqtisadi yüksəlişdə mühüm rol oynayan inzibati ərazi vahidlərindən biri də Nizami rayonudur.
Paytaxtımızın Nizami rayonunun yaradılması ruhu və cismi ilə doğma Azərbaycana, fəqət, ədəbi irsi ilə bütün dünyaya məxsus olan dahi Nizami Kəncəvinin adını əbədiləşdirmək üçün mərhum Prezident Heydər Əliyevin hələ SSRİ dövründə-1980-ci ildə milli maraqlarımıza xidmət edən qərarlarından biri idi. Həmin vaxtda N.Kəncəvinin adına çoxsaylı küçə, məktəb, kitabxana, kolxoz və s. qurumlar olsa da, fəqət, bu qərar həm də mütəfəkkiri özününküləşdirmək istəyən bəzi xarici dairələrə tutarlı cavab idi.
Nizami rayonu
sosial-iqtisadi
inkişaf yolunda
Ərazisi 19,6 kv.km, əhalisi 200 min nəfərdən çox olan Nizami rayonu hazırda Bakı şəhərinin inkişaf etmiş sosial-iqtisadi, biznes, təhsil, inzibati mərkəzlərə və müxtəlif təyinatlı infrastruktura malik ərazi vahidlərindən biridir.
Nizami rayonu paytaxtın ən kiçik rayonu olmasına baxmayaraq, burada əhalinin sıxlığı kifayət qədər yüksəkdir. Məncə, bunun səbəblərindən biri də burada vətəndaşların işlə təmin olunması istiqamətində RİH-nin apardığı məqsədyönlü siyasətdir desək, yanılmarıq. Rayonun iqtisadiyyatının formalaşmasında istehsal sahələri və xidmət sektoru mühüm rol oynayır. Hazırda burada "Bakı Yağ Qida" fabriki, dəmir-beton məmulatları istehsal edən "Azərtunelmetrotikinti" SC-nin DBK zavodu, "Körpü Tunel" ATSC, neft məhsulları istehsal edən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, müxtəlif növ şokolad məmulatları istehsal edən "Ulduz" şokolad fabriki və s. istehsal müəssisələri fəaliyyət göstərir.
Vurğulayaq ki, istehsal gücü saatda 3,2 tondan çox olan "Ulduz" şokolad fabriki ildə 28 min ton şokolad və karamel istehsal etmək potensialına malikdir. Müqayisə üçün qeyd edək ki, bu rəqəm Azərbaycanın 1977-ci ildə istehsal etdiyi bütün qənnadı növünün 45 faizi (!) deməkdir.
Bakı şəhəri və rayonların hərtərəfli inkişaf etdirilməsi üzrə dövlət proqramlarını uğurla həyata keçirən Nizami Rayon İcra Hakimiyyətinin fəaliyyəti əsasən sosialyönlüdür. Və bu tamamilə təbiidir. Çünki müstəqil Azərbaycan dövlətinin əsas prioriteti xalqa xidmət etmək - ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini yüksəltmək, yeni iş yerləri açmaq, vətəndaşların sağlamlığının keşiyində dayanmaq, elm, maarif və təhsilin keyfiyyətini yüksəltmək, quruculuq-abadlıq işləri aparmaq və yaşıllıqlar salmaq, minimum əməkhaqqı məbləğini artırmaq və s. tədbirləri davamlı həyata keçirməkdir.
Fəaliyyətini bu istiqamətdə quran Nizami RİH, keçən illərdə olduğu kimi, bu ilin 9 ayı ərzində də yeni uğurlara imza atıb. Belə ki, bu müddət ərzində M.Əliyev küçəsinin M.Abbasov küçəsi ilə Babək prospekti arasında yerləşən yolun bir hissəsinin təmiri yekunlaşıb. Burada yolun hərəkət hissəsinin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir. Küçənin 36500 kvadratmetr sahəsinə ikiqat olmaqla asfalt-beton döşənib, küçə boyu müasir işıqlandırma sistemi quraşdırılıb. Küçə boyu yağış sularının kənarlaşdırılması üçün yağış - kanalizasiya sistemi qurulub. Piyadaların təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinə 2700 p/m xüsusi daşlar düzülüb. Hazırda burada təmir-abadlıq illəri davam etdirilir. Qeyd edək ki, rayonun B.Çobanzadə küçəsinin M.Abbasov və R.Rüstəmov küçələri arasında uzunluğu 924 metr, eni isə 15 metr olan hissəsində də təmir-tikinti işləri aparılır. Nəqliyyat vasitələrinin rahat və manesiz hərəkəti üçün B.Çobanzadə küçəsinin 5 metrə yaxın genişləndirilməsi istiqamətində işlər görülür. Bu küçədə sərnişin avtobusları üçün 2 ədəd xüsusi "Cib"li dayanacaqlar inşa ediləcək. Təmir-tikinti işləri rayonun M.Əliyev küçəsinin Babək prospektinə doğru istiqamətində də aparılır. I Avropa Oyunları ərəfəsində Bakı Olimpiya Stadionunun istifadəyə verilməsi isə Nizami rayonu sakinləri üçün yaddaqalan hadisə kimi artıq tarixə düşüb.
2015-ci ilin 9 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət ocaqlarında əsaslı təmir, yenidənqurma işləri, eləcə də həmin obyektlərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Rayonda fəaliyyət göstərən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi uşaq və gənclərin dünyagörüşünün formalaşdırılması, asudə vaxtın səmərəli və maraqlı təşkili, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması istiqamətində mühüm işlər görür. Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və müxtəlif hökumət və qeyri-hökumət təşkilatları ilə sıx əlaqə qurub.
Rayonda fəaliyyət göstərən Məşğulluq Mərkəzi və Əmək Yarmarkası sakinlərin işlə təmin olunmasında müəyyən uğurlar qazanıb. Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sosial-məişət xidməti sektorunda tənha və kimsəsiz qocalara, əlillərə evlərində mütəmadi sosial və məişət xidməti göstərilir. Təqdirəlayiq haldır ki, bu xeyirxah işdə yerli bələdiyyələr də fəal iştirak edir.
Hər il 1 oktyabr tarixində isə bilavasitə rayon İH-nin təşkilatçılığı ilə Heydər bağı park-bulvarda Beynəlxalq Ahıllar Günü münasibətilə ahıllar arasında stolüstü oyunlar keçirilir, iştirakçıların hamısı mükafatlandırılır.
Bu il rayonun tədris müəssisələrində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, müəllim-şagird heyətinə optimal şəraitin yaradılması, təhsilin keyfiyyətinin artırılmasında da uğurlar qazanılıb. 220 saylı məktəb-lisey Avropa Şurasının ölkələrarası əməkdaşlıq layihəsində iştirak edir.
Rayon ərazisində yerləşən tibb müəssisələri davamlı olaraq əhaliyə tibbi xidmət göstərir ki, bu da bir sıra infeksion xəstəliklərin sayını kəskin surətdə azaldıb. 2013-cü ilin noyabr ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə Fond tərəfindən E.Süleymanov küçəsi 120 a ünvanında inşa edilən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılması isə rayonun ictimai həyatında mühüm hadisələrdən biri kimi yadda qalıb.
Rayonda su, qaz, kanalizasiya, işıq və istilik təsərrüfatlarının işi yaxşılaşdırılıb.
Ordu sıralarına çağırışın vəziyyəti və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı görülən işlər, hər il olduğu kimi, bu il də rayon İH-nin daim nəzarəti və diqqət mərkəzindədir. Belə ki, hesabat dövründə çağırışla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayonu idarəsinə verilən plan-tapşırıq müvəffəqiyyətlə yerinə yetirilib.
Vətəndaşların İcra Hakimiyyətinə operativ müraciət etməsi üçün "qaynar xətt" - 422-10-01 nömrəli telefondan istifadə olunur. RİH-nin elektron saytı bu əlaqələrin daha da genişləndirilməsinə şərait yaradıb. İH sakinlərin qəbuluna da xüsusi diqqət ayırır. Mövcud problemlərin, sakinlərin sosial əhəmiyyətli sifarişlərinin, tələb və təkliflərinin öyrənilməsi məqsədilə ayda iki dəfədən az olmayaraq yerlərdə RİH başçısının sakinlərlə səyyar görüşləri keçirilir. Buna misal olaraq 03 oktyabr 2015-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun R.Rüstəmov, E.Süleymanov küçələri və digər ünvanlarda rayon sakinləri ilə görüşünü qeyd etmək lazımdır.
Nizami RİH ölkə KİV-i ilə sıx əməkdaşlıq edən azsaylı yerli icra orqanlarından biridir. Bunu İH-nin "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda keçirilən konfransları və son illərdə KİV DF ilə birgə jurnalistlər üçün keçirdiyi mütəmadi müsabiqələri də sübut edir.
Həlli gözlənilən
işlər...
Göründüyü kimi, sadalanan və sadalanmayan xeyirxah işlər Nizami Rİ-nin son 4-6 ildəki uğurlarıdır. Ərazidəki park, istirahət yerləri, yaşıllıq zolaqları, abadlıq-quruculuq işləri, sakinlərlə yanaşı, biz jurnalistləri də sevindirir. Təqdir olunası haldır ki, rayon rahbərliyi görülən işlərlə kifayətlənməyib, hər hesabatında problem və nöqsanların həll edilməsi yollarını gəstərir. Biz artıq hər hesabatdan sonra bu nöqsanların həll olunduğunu görürük. Ərazini gəzərkən bu nöqsan və problemlərin bəziləri ilə biz də əyani tanış olduq. Belə ki, Keşlə dəmir yolu istiqamətində yerləşən bəzi sənədsiz yaşayış binalarının taleyi hələ də açıq qalmaqdadır. Nizami rayonunda bəzi küçələrin, məsələn, müxtəlif saylı 10-a yaxın Köndələn və Uzununa adlı küçələrin adlarının dəyişdirilməsinə də ehtiyac var. Qeyd edək ki, bu küçələrin adlarının dəyişdirilməsi elə bir vəsait də tələb etmir. Rayonun kanalizasiya sisteminin yaxşılaşdırılmasına da ehtiyac var.
Lakin bu nöqsanlar RİH-nin məqsədyönlü, davamlı fəaliyyətinə, görülən abadlıq-quruculuq işlərinə heç vəchlə kölgə sala bilməz. Şübhəsiz ki, bu nöqsanları hamıdan daha çox rayon rəhbərliyi görür, bilir və ümidvarıq ki, İH yaxın vaxtlarda bu problemləri də uğurla həll edəcək. Bu inam RİH-nin yaxın perspektivdə hədəflədiyi işlərə start verməsindən doğur.
Perspektivlər...
RİH bu ilin sonuna qədər qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işləri yekunlaşdırmaq üzrədir. Qeyd edək ki, bu işlərin bəziləri ümumşəhər infrastrukturu ilə əlaqəlidir.
Məsələn, yaxın gələcəkdə ölkə neftayırma sənayesinin flaqmanı - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun paytaxtdan kənarda salınması kimi işlər. Qeyd edək ki, bu müəssisənin paytaxtdan köçürülməsi həm Bakı şəhərinin, həm də Nizami rayonunun ekologiyasına müsbət təsir göstərəcək.
Rayonun Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əhaliyə müxtəlif növ sosial xidmətlərin təqdim edilməsi istiqamətində gördüyü tədbirlər də tamamlanmaq üzrədir.
Beləliklə, Nizami rayonundakı sosial-iqtisadi inkişafla əyani tanışlığımız, rastlaşdığımız problemlərin İH-nin diqqət mərkəzində olması və perspektivə hədəflənən səylər göstərir ki, bu rayon müstəqil Azərbaycanın inkişafı naminə layiqli töhfələr verəcək. Və jurnalist olaraq biz də əminik ki, Nizami Rİh, keçən illərdə olduğu kimi, bu il də qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək. Bu məsul işlərlə yanaşı, Rayon İcra Hakimiyyəti hazırda Prezident İlham Əliyevin tapşırığı ilə "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən görüləcək işlərlə məşğuldur. Bu məsul və şərəfli vəzifənin yerinə yetirilməsində Rayon İcra Hakimiyyətinə uğurlar arzulayırıq.
Namiq QULİYEV
Yazı Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ