Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti terrorizmə dəstəyə görə, beynəlxalq sanksiyaların tətbiq olunduğu hüquqi və fiziki şəxslərin siyahısına Suriyanın "Ceyş-əl-Muhacirin vəl-Ənsər” ("The Army of Emigrants and Supporters") təşkilatını əlavə edib. Trend xəbər verir ki, bu barədə Xidmətin saytında yayılan məlumatda deyilir.
Məlumatda bildirilir ki, 2013-cü ildə yaranan təşkilatın "Cəbhat ən-Nüsrə” və "İslam Dövləti” terror təşkilatları ilə əlaqəsi var.