Yunanıstan və Azərbaycan qaz kəmərləri sistemi operatoru "DESFA”nın səhmlər paketinin SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti) satılması məsələsini müzakirə edib. Trend xəbər verir ki, bu barədə Yunanıstan İstehsal İslahatları, Ətraf Mühitin Mühafizəsi və Energetika nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, məsələ Yunanıstanın Energetika naziri Panos Skurletis ilə "SOCAR Energy S.A. Greece” şirkətinin baş direktoru Anar Məmmədovun görüşü zamanı müzakirə edilib.
Görüş zamanı nazir hökumətin Azərbaycanla enerji əməkdaşlığı sahəsində nikbin əhval ruhiyyə nümayiş etdirdiyini qeyd edib.
Elə həmin gün P.Skurletis Transadriatik qaz kəməri (TAP) konsorsiumunun icraçı direktoru Yan Bredşou, Xarici Əlaqələr üzrə direktor Maykl Hoffman və Yunanıstan üzrə TAP-ın direktoru Rikard Skufiasla görüşüb.