Cümə günü, 10 iyul 2026
     

Azərbaycan bazarında Çin məhsulları arta bilər

Image


Çin dünyada "Valyuta müharibəsi"ni yenidən qızışdıracaq addım atdı

Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri kimi dəyərləndirilən Çinin son addımları qlobal miqyasda "valyuta müharibəsi"nin yenidən qızışmasına rəvac verə bilər. Qeyd edək ki, Çin hökuməti milli valyutanı 1,9% devalvasiya edib Yuanın devalvasiyasına əsas səbəb kimi Çinin ixracatının 8,3% azalması göstərilib. Qeyd edək ki, keçən ay Çinin xarici siyasət defisiti 43 milyard dollar olub.
İqtisadçılar bu addımın ixracatçılara yardım məqsədilə atıldığını deyir. Çininin ixracı, xüsusilə ən böyük ticarət tərəfdaşları olan Avropa, ABŞ və Yaponiyada tələbatın aşağı düşməsi ilə geriləyib. Dünyanın ən böyük ikinci iqtisadiyyatı bu il artım baxımından da axsayır. Bəzi iqtisadçılar Çinin 2015-ci il üzrə hədəfi olan 7%-lik iqtisadi artıma nail olmayacağını bildirir. Bu səbəbdən məqsədinə nail olmaq üçün Çin yuanın məzənnəsini aşağı salmaq qərarı verib. Ucuz yuan Çinin ixracatına böyük üstünlüklər verir. Eyni zamanda yuanın devalvasiyası Çin vətəndaşlarının alıcılıq qabiliyyətini artırır və daxili tələbata müsbət təsir göstərir.
Çin bu tərübədən 2005-ci ildən etibarən istifadə edir. Hökumət həm də milli valyutanın mübadilə kursunun dolların kursundan asılılığını aradan qaldırıb və idarə olunan üzən kurs tətbiq etməklə valyuta səbətinə bağlamasını elan edib. Lakin belə vəziyyət Qərbdə narazılıqla qarşılanır. Qərb iqtisadçılarının fikrincə, Çin yuanı süni şəkildə ucuzlaşdıraraq Avropa və ABŞ mallarının Çinə ixracının bahalaşmasına, Çin mallarının isə Qərbə ixracının çoxalmasına nail olur. Elə bu səbəbdən yuanın yeni ucuzlaşması da Qərbdə narazılıqla qarşılanır. Proses ölkəmiz üçün də maraqlıdır. Çünki Çin xarici ticarətdə əsas tərəfdaşlardan biridir. Hesab olunur ki, ucuz yuan Çindən Azərbaycana daha çox məhsul gətirilməsinə səbəb olacaq. Digər tərəfdən, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyanın təmin edilməsi istiqamətində növbəti mərhələ olaraq Çin yuanında investisiyalara başlayıb. Fond bu məqsədlə hələ 2014-cü ildə Çinin Mərkəzi Bankından 3 milyard Çin yuanı həcmində investisiya üçün müvafiq lisenziya alıb və adıçəkilən qurumla dövlət və agentliklərin istiqrazlarının alqı-satqısı və saxlanmasına dair müqavilə imzalayıb. Bu ilin 1 iyul tarixindən isə Çin yuanında ilk investisiyalara başlanıb. Hazırda növbəti mərhələ olaraq Çinin səhm bazarlarına investisiya yatırımlarının həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Çin Xalq Respublikasının Qiymətli Kağızlar üzrə Tənzimləmə Komitəsi tərəfindən verilən "Səlahiyyətli Xarici İnstitusional İnvestorlar" adlı lisenziyanın alınması planlaşdırılıb. Lakin yuanın ucuzlaşması fonunda ona yatırılan pullar Neft Fondunu artıq müəyyən qədər zərərə salır. Yuanın isə ucuzlaşma prosesinin davam etməsi istisnalıq təşkil etmir. Buna səbəb digər ölkələrin də pullarını ucuzlaşdıracağının gözlənilməsidir. Proses MDB məkanından da yan keçmir. Xüsusən də Rusiya pulunun ucuzlaşması fonunda bəzi MDB ölkələri valyutalarını adekvat şəkildə məzənnə itkisinə məruz qoyur. Avropa Mərkəzi Bankının kəmiyyət yumşaldılması proqramını işə salması isə dünya valyuta bazarlarında avroya öldürücü təsir göstərməkdə davam edir. Ekspertlərə görə, bu gedişlə avro ilin sonuna qədər dollarla bərabərləşə bilər. Xatırladaq ki, Avropada müvafiq proqram çərçivəsində hər ay dövriyyəyə 60 milyard avro buraxılır və həmin pula dövlət və özəl qiymətli kağızların alınması həyata keçirilir. Məqsəd avrozonada illik inflyasiya səviyyəsini 2%-ə yaxın həddə qaldırmaqdır. Proqram 2016-cı ilin sentyabr ayına qədər davam edəcək və vəziyyətdən asılı olaraq uzadıla bilər. Bu müddətdə Avropa iqtisadiyyatına yönəldilən vəsaitin həcmi 1,1 trilyon avro olacaq. Dünya bazarlarında avronun ucuzlaşması həm də Avropanın ixrac imkanlarının genişlənməsinə hesablanıb. Bununla ABŞ Mərkəzi Bankı və Yaponiya Mərkəzi Bankından sonra Avropa Mərkəzi Bankının iqtisadi durğunluğun qarşısını almaq üçün monetar genişlənmə paketini açıqlaması avronun məzənnəsini sürətlə sıradan çıxarır.
Çin də ixrac qabiliyyətini saxlamaq üçün, yuxarıda qeyd olunduğu kimi, pulunu ucuzlaşdırıb.
Belə vəziyyətdə ABŞ yenidən dolların ucuzlaşması siyasətinə baş vura bilər. Çünki ABŞ iqtisadiyyatı hələ də özünə gəlməyib, büdcə kəsiri böyüyür. Dövlətin borcu isə günbəgün rekord vurur. İşsizlik problemi həllini tapa bilməyib. Həmçinin, ABŞ-ın əsas ticarət tərəfdaşı olan Çinin milli valyutasını süni surətdə ucuzlaşdırması iqtisadi artımı ləngidir. Bu baxımdan dolların ucuzlaşması Amerika üçün də ixracın genişləndirilməsi yönündə, bir növ, çıxış yoludur. Bu siyasəti ABŞ zaman-zaman həyata keçirib. Bununla "valyuta müharibəsi"nin yenidən qızışması gözlənir. Beləliklə, hazırda əksər ölkələr böhrandan yaranmış iqtisadi problemlərini həll etmək üçün milli valyutalarını süni şəkildə ucuzlaşdırır və bu məzənnədən bir alət kimi istifadə edirlər. Hadisələrin inkişafı "valyuta müharibəsi"nin bu gedişlə dünya iqtisadiyyatı üçün ciddi təhdidə çevrilə biləcəyini də istisna etmir.
Tahir TAĞIYEV
 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

09.07.2026 / 22:51
“Azərbaycançılıq” ideologiyasına qarşı təxribat

09.07.2026 / 22:18
“Qərbi Azərbaycanın sakral coğrafiyası” silsiləsindən - Göyçə gölündən Araz çayınadək uzanan vadi: Türk-Müsəlman Ruhani və İrfan yurdları…

09.07.2026 / 21:52
İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

09.07.2026 / 21:30
Ankara zirvəsində 2 əsas yekun - ABŞ-Avropa konsensusu, hamı Rusiyaya qarşı...

09.07.2026 / 21:06
Zirvədən sonra “daha güclü NATO” yarandımı? - Mübahisə var...

09.07.2026 / 20:40
Daxili İşlər Nazirliyi ilk 6 aya yekun vurdu... Cinayətlərin açılma faizi xeyli yüksəlib...

09.07.2026 / 20:27
Azərbaycanın "JF-17 Thunder" qırıcıları Ermənistanı qorxuya saldı...

09.07.2026 / 20:12
Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

09.07.2026 / 19:55
Tramp İranı birbaşa NATO zirvəsindən vurdu - mesajlar nədir?...

09.07.2026 / 19:38
Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

09.07.2026 / 19:21
Çexlər separatçı cani Vardanyana görə əfsanəvi Vatslav Haveli hörmətdən saldılar...

09.07.2026 / 19:08
Vüsal Tahirov haqqında deyilənlərdən...

09.07.2026 / 19:05
Azərbaycana diri heyvan idxal edən iri şirkətlər əsas məlumatları "gizli" saxlayır...

09.07.2026 / 18:51
Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

09.07.2026 / 18:37
TRIPP-ə İran təhdidi böyüyür, Qafqaz savaşa cəlb edilə bilər...

09.07.2026 / 18:22
Azərbaycanlı miqrantların Rusiyada işi çətinləşir, pul köçürmələri kəskin azalır...

09.07.2026 / 18:10
İran İordaniyadakı ABŞ bazasını vurdu...

09.07.2026 / 17:56
Britaniya “Zəngəzur” tankerini sanksiya siyahısından çıxardı

09.07.2026 / 17:53
“İki sahil” qəzeti 35 yaşını qeyd edir

09.07.2026 / 17:51
Vatikanla humanitar və mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub

09.07.2026 / 17:39
Nəsimidə ər arvadını güllələdi

09.07.2026 / 17:28
ABŞ İranın Çin və Rusiya ilə əsas ticarət yolunu bombaladı...

09.07.2026 / 17:17
"Sözün hekayəsi": növbəti Vaqif Poeziya Günləri keçiriləcək

09.07.2026 / 17:04
Süni intellekt üçün internet Bakcelldən

09.07.2026 / 16:52
NATO zirvəsində Türkiyədən Rusiyanın xoşuna gəlməyəcək bəyanat...

09.07.2026 / 16:42
İranın Buşehr əyalətində partlayış səsləri eşidildi...

09.07.2026 / 16:34
"Süni intellekt sahəsindəki Fəaliyyət Planı "suveren süni intellekt" konsepsiyası üzərində qurulub" - Ramid Namazov

09.07.2026 / 16:23
Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

09.07.2026 / 16:15
Prezident Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə sazişi təsdiqlədi

09.07.2026 / 16:12
Tankçı Valehin igidlik və şəhidlik hekayəsi - Atası Saleh kişi arzusunu yerinə yetirdi...

09.07.2026 / 15:56
"2028-ci ilin sonunadək Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq" - Komissiya sədri

09.07.2026 / 15:41
Ölümə meydan oxuyan igid - Şəhriyar Mirişli

09.07.2026 / 15:22
Satışda olan bu meyvə şirələrində rəngləyici aşkarlandı...

09.07.2026 / 14:39
NATO Ankarada Trampa “buynuz göstərdi”...

09.07.2026 / 14:26
Zəlimxan Yaqubun ata yurdunda ev-muzeyi yaradılır

09.07.2026 / 14:17
Əməkdar jurnalist Faiq Qismətoğlunun yubiliyi Aşıqlar Birliyində qeyd olunub

09.07.2026 / 14:10
Rusiya Ukrayna dronlarına qarşı əməliyyat zamanı öz helikopterini vurdu...

09.07.2026 / 13:53
Paşinyan Rusiya ilə anlaşdı – “təfərrüatları paylaşmayacağam”...

09.07.2026 / 13:44
Elm, Dövlətçilik, Humanizm və Sadəliyin Vəhdəti - Cavanşir Feyziyev

09.07.2026 / 13:32
Rusiya ərzaq böhranı ərəfəsində - dizel böhranı kənd təsərrüfatı sektorunu da vurdu...

09.07.2026 / 13:04
Paşinyan yeni konstitusiya layihəsinin ilin sonunadək dərc olunacağını vəd etdi

09.07.2026 / 12:51
Rusiyanın Omsk neft zavodu Qazaxıstan ərazisindən vurulub? – Astanadan açıqlama...

09.07.2026 / 12:24
Polis Sabunçuda əməliyyatlar keçirdi - 4 nəfər saxlandı...

09.07.2026 / 12:10
Pezeşkian və Əraqçı İraqda hücuma məruz qaldı - VİDEO

09.07.2026 / 11:47
Ukrayna Tver və Stavropolda neft anbarlarını, Azovda iki tankeri vurdu...

09.07.2026 / 11:31
İran ABŞ-ın hücumları nəticəsində 14 nəfərin öldüyünü açıqladı...

09.07.2026 / 11:19
Tramp İrandan yeni mesaj aldıqlarını iddia etdi - razılaşma istəyirlər...

09.07.2026 / 11:07
İran Qətərdə ilk xəbərdarlıq mərkəzini, Bəhreyndə yanacaq anbarını vurdu

09.07.2026 / 10:53
DÇ-2026: Bu gecə 1/4 final mərhələsinə start verilir...

09.07.2026 / 10:41
Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlandı

09.07.2026 / 10:27
"Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan çıxarıldıqdan sonra sülh sazişi imzalana bilər" - Nazir

09.07.2026 / 10:21
Ceyhun Bayramov: "Delimitasiya prosesi çərçivəsində eksklav kəndlər məsələsi də həllini tapacaq"

09.07.2026 / 10:08
Natiz TRIPP-lə bağlı yaxın vaxtlarda yeni xəbərlərin olacağını açıqladı...

09.07.2026 / 09:46
Lənkəran və Yevlaxda əməliyyat - 76 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

09.07.2026 / 09:18
ABŞ İranda 90 hədəfi vurduğunu açıqladı...

09.07.2026 / 08:47
İran ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarını vurdu

08.07.2026 / 22:51
Azərbaycan Ukraynaya təhlükəsizlik sektorunda da dəstək verir - Zelenskidən ilginc açıqlama...

08.07.2026 / 22:24
Özbəkistan Türk dünyasına birləşmək üçün əlifbasına "əl gəzdirir"

08.07.2026 / 22:18
QDF “Qarabağın Rəngləri” (2026) layihəsində iştirak edən gənc rəssamları mükafatlandırdı

08.07.2026 / 22:07
Kapadokiyada atçılıq irsi “II Kapadokiya At və Atçılıq Mədəniyyəti Festivalı” ilə qeyd olundu

08.07.2026 / 21:50
Tramp Kiyevə Patriot istehsalı üçün lisenziya vəd etdi

08.07.2026 / 21:45
ABŞ-la imzalanmış sənəd rəqəmsal inkişafımızda xüsusi təsirli rol oynayacaq...

08.07.2026 / 21:21
Ərdoğan raketlərdən imtina etməsə, Tramp F-35-i verməyəcək...

08.07.2026 / 21:04
20 dünya nəhənginin Zirvəsinə dəvət edilmiş bir neçə ölkədən biri olduq...

08.07.2026 / 20:45
Beyləqanda 17 ana qoyun zəhərlənərək tələf olub - Dövlət qurumlarının operativ reaksiyası necə olmalıdır?

08.07.2026 / 20:31
Tramp Ankarada elə bir bəyanat verdi ki, 907- ni ləğv etməsə...

08.07.2026 / 20:16
NATO-nun Ankara Zirvəsinin yekun Bəyannaməsi açıqlandı - Rusiya "uzunmüddətli təhdid" elan edildi...

08.07.2026 / 20:03
Tramp Zelenskiyə "Patriot" verəcəyini və Putinlə danışacağını açıqladı

08.07.2026 / 19:41
Müdrik və uzaqgörən siyasət, milli maraqların müdafiəsi – ŞƏRH

08.07.2026 / 19:03
Natenyahu Türkiyə məsələsində də Trampı yoldan çıxarmağa çalışır - F35 olmasa...

08.07.2026 / 18:44
Tramp İrana yeni hücum dalğasının anonsunu verdi - Xark adasını ələ keçirəcəyik...

08.07.2026 / 18:31
“Any Unboxing” dələduzluq piramidası ifşa edildi - 300-dən çox zərərçəkmiş... - VİDEO

08.07.2026 / 18:20
Zərbələrdən sonra Tramp İranı tənqid etdi: "Xəstə insanlardan nifrət edirəm"

08.07.2026 / 18:08
Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs xilas edildi - VİDEO

08.07.2026 / 17:51
Balakəndə bir nəfəri sel apardı...

08.07.2026 / 17:39
Moskva Paşinyanın qarşısında yeni şərtlər qoyur...

08.07.2026 / 16:45
"Nə Türkiyə əvvəlkidir, nə də NATO"

08.07.2026 / 16:35
Ermənistanda küçə döyüşləri başlayır - ölkədə siyasi gərginlik pik həddə...

08.07.2026 / 16:29
NATO böyük sınaq ərəfəsində - qurum ya dağılacaq, ya da...

08.07.2026 / 16:23
Rusiyada 45 yeni maddə - azərbaycanlılar da deportasiya olunacaq...

08.07.2026 / 16:08
Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA...

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ