Bununla belə o, konkret nəticə olmadığından "Rabitəbank”ın almaq istədiyi bankın adını açıqlamayıb: "Bu məsələlər hələ tam rəsmiləşməyib, dəqiqləşməyib. Buna görə də bankın adının məxfi saxlanılması məqsədəuyğundur. Bu 1-2 günə həll edilən məsələ deyil. Bunun üçün müəyyən müddət lazımdır. Yəqin ki, bir aya bu məsələlər dəqiqləşəndən sonra ictimaiyyətə əlavə məlumat verilə bilər”.
N.Abbasov əlavə edib ki, "Rabitəbank”ın digər bankı almaq niyyəti fəaliyyətinin genişləndirilməsi strategiyasına uyğundur.