Bu durğunluq avtomobil təmiri sektoruna da təsirsiz ötüşməyib. Apardığımız müşahidələr göstərir ki, artıq avtomobil təmiri ilə məşğul olan servislər və fərdi ustalar da müştəri qıtlığından əziyyət çəkirlər.
Məntiqlə belə bir durğunluq ehtiyat hissələri bazarına da sirayət etməli idi. Ancaq nədənsə ehtiyat hissələrinin qiymətləri nəinki aşağı düşməyib, hətta bəzi hallarda yüksəlib.
İqtisadçı ekspert Vüqar Bayramov belə bir vəziyyəti normal hesab edir. O, Milli.Az-a açıqlamasında bildirib ki, ikinci əl ehtiyat hissələri bazarında qiymət azalması müşahidə olunur. Ancaq təzə ehtiyat hissələrinin qiymətinin aşağı düşməməsi dünya bazarı ilə əlaqədardır.