Kartların satışa avqustun 8-i çıxarılacağı gözlənilir.
Yeni kartların üstünlüyü ondan ibarətdir ki, onlardan yeraltı nəqliyyatda olduğu kimi, sərnişin avtobuslarında da gediş haqqı üçün istifadə etmək olacaq.
Artıq stansiyalarda "Bakı Kart”ın hesabına vəsait yatırmaq üçün terminallar quraşdırılıb.
Yeni kartların qiyməti 2 manat olacaq.
Hazırda istifadə olunan köhnə kartlar bir şərtlə geri qaytarıla bilər ki, onların qiyməti (2 manat) yeni gediş kartının balansına daxil edilsin.