M.Musayev Azərbaycan əhalisinin tələbatını daxili istehsal hesabına ödəməklə yanaşı, ixrac yönümlü məhsul istehsalının əsas hədəflərdən olduğunu bildirib.
"Azərbaycanda bu gün 40-dan çox quşçuluq müəssisəsi fəaliyyət göstərir. Müəssisələrin əksəriyyətində Avropa standartlarına uyğun quş əti istehsal olunur. Azərbaycan bazarı yerli istehsalımızla tam təmin olunur" - deyə M.Musayev əlavə edib.
Konfederasiya prezidenti əlavə edib ki, yerli müəssisələrin bəziləri quş əti, xüsusilə yumurta ixracı ilə bağlı müəyyən tədbirlər görür. "Rusiya bazarına ixrac bizim strateji hədəfimizdir”, -deyə M.Musayev vurğulayıb.