Vergilər Nazirliyində Nazirlər Kabinetinin iclasında qaldırılmış məsələlərlə bağlı tədbirlər davam etdirilir.
Nazirliyin Analitik-informasiya şöbəsindən baki-xeber.com-a verilən məlumata görə, Vergilər Nazirliyinin struktur bölmələrinin fəaliyyətinin və vergi nəzarətinin təkmilləşdirilməsi, mövcud kadr potensialının imkanlarından daha səmərəli istifadə olunması məqsədilə vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyinin aparatının, nazirlik yanında Bakı Vergilər Departamentinin, Vergilər Nazirliyinin Ərazi Vergilər departamentləri və idarələrinin strukturunda müəyyən dəyişikliklər edilib. 2 saylı Ərazi Vergilər Departamenti, 3, 4, 5 və 9 saylı Ərazi Vergilər idarələrinin rəhbərləri rotasiya qaydasında dəyişdirilib, Bakı Vergilər Departamentinin bəzi rəhbər vəzifəli şəxsləri və 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi tutduqları vəzifələrdən azad edilərək sərəncama göndərilib.