çərşənbə günü, 28 oktyabr 2026
     

Qeyri-neft sektoru: uydurma rəqəmlər və 11 il əvvəlki çağırış…

Image


Tarixçinin iqtisadiyyatdan dərs keçmək cəhdi, cəmiyyətə iqtisadi sahənin "özəllikləri”, ölkənin maliyyə sisteminin "dərinlikləri” barədə "maarifləndirici” məlumatlar ötürməsi, bəlkə də təəccüblə qarşılanmamalıdır.

O mənada ki, əli hər yerdən üzülən və bu aqibətini etiraf etmək istəməyən hikkəli adamların günlərin birində kosmonavtikadan da "mühazirə” deməyə həvəslənməsi gözləniləndir. AXCP-nin nəzdində yaradılmış və adına milli şura deyilən dərnəyin başında dayanan adamlar da elə bu gözləntilərin konkret subyektləridir...

***

Həmin bu milli şuranın baş bilənləri payızda keçiriləcək Parlament seçkiləri ilə bağlı toplantıda həmişəki kimi əsası olmayan və uydurma rəqəmlərlə "bəzədilmiş” fikirlər dilə gitirib, müxtəlif çağırışlar səsləndiriblər. Onları dinləyən və cəmiyyətdə baş verən prosesləri az-çox izləyən istənilən şəxs bu adamların xəstə təxəyyülə malik olduğunu birmənalı şəkildə təsdiq edər... Görün bunlar hara gəlib çatıblar - tarixçi xalqa iqtisadiyyatdan dərs keçir. Azərbaycan hakimiyyətinin atdığı istənilən addım onların gözünə qara rəngdə görünür. Sual olunur: Əgər bu adamlar ölkə iqtisadiyyatının və onun qeyri-neft sektorunun inkişafına dair rəsmi səviyyədə açıqlanan faktlar və məlumatlara şübhə ilə yanaşırlarsa, onda nədən "öz şübhələrini” aradan qaldırmaq üçün Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi dünyanın ən nüfuzlu beynəlxalq maliyyə qurumlarının Azərbaycan iqtisadiyyatının mövcud durumu barədə məlumatları ilə tanış olmaq istəmirlər? Cavab sadədir: Bu bəylərə həqiqət lazım deyil, onları ancaq qara rəng maraqlandırır. Nə olursa olsun, yalnız bir prinsipləri var: hakimiyyətin dediyinin əksini demək. Beləcə paslanmış düşüncə tərzilə uduza-uduza, itirə-itirə gedirlər... "Ölkədə sosial iqtisadi vəziyyət pisdir, bu il iyunun 13-də səsləndirilmiş rəqəmlər real deyil”, "Azərbaycanın iqtisadiyyatı 80% neftdən asılıdır” deyən savadsızlara dəfələrlə konkret faktlar göstərmişik, real rəqəmləri ortaya qoymuşuq. Lakin bu qaragüruh dəstəsinin üzvləri iqtisadiyyatdan elementar biliklərə belə malik olmadan özlərini bu sahənin uzmanları kimi göstərməyə çalışır, cəmiyyətə yalan informasiyalar və uydurma rəqəmlər ötürməkdə davam edirlər. Odur ki, bəzi şeyləri xatırlatmaq zorundayıq.

***

Azərbaycan Prezidenti hələ 11 il öncə (!) Nazirlər Kabinetinin geniş tərkibli iclasında "Neft faktoru ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq, ancaq biz iqtisadi siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur - daha doğrusu, Azərbaycan neft ölkəsi deyil” deyəndə, "Bu gün Azərbaycanın iqtisadiyyatı 80% neftdən asılıdır” deyən dilletantlar qeyri-neft sektorunun ümumiyyətlə nə demək olduğunu dərk edə bilmirdilər. Əgər bu adamlar hesab edirlərsə ki, neft pulları Azərbaycana gələn kimi 1-2 il ərzində ölkə iqtisadiyyatının neftdən asılılığını tam aradan qaldırmaq olardı, onda bu adamların məntiqdən və reallıqdan uzaq olan düşüncə tərzinin daşıyıcıları olduğunu isbat etmək üçün əlavə dəlilə ehtiyac qalmır. Əgər eyni qaydada ölkə iqtisadiyyatının neftdən asılılığını heç bir xərc çəkmədən minimuma endirməyin mümkün olduğunu düşünürlərsə, onda bu artıq ağılsızlığın son həddidir ki, var. Azərbaycan hökuməti neft pulları gəldikcə infrastruktur layihələrini reallaşdırmağa başladı. Bu, sonradan ölkənin bütün ərazilərində qeyri-neft sektorunun inkişafını təmin edə biləcək ən vacib şərtlərin birincisi idi. İnfrastruktur layihələri hesabına yaradılan münbit şərait olmasaydı qeyri-neft sektorunun regionlar üzrə inkişafından söhbət belə gedə bilməzdi. Regionların inkişafına dair iki dövlət proqramının uğurla yerinə yetirilməsi və artıq eyni uğurla üçüncü proqramın icra olunması məhz bu əsasda mümkün ola bildi. Prezident sərancamı ilə ötən 2014-cü ilin sənaye ili, cari 2015-ci ilin isə kənd təsərrüfatı ili elan olunması məsələyə dövlət səviyyəsində hansı önəmin verilməsindən xəbər verir. Son 11 il ərzində ölkənin qeyri neft sektoru 2,5 dəfə artmış və bu gün Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun payı artıq 70 faizə yaxınlaşmaqdadır. "Azərbaycan 2020: Gələcəyə baxış” proqramında 2020-ci ildə bu rəqəmin 80 faizə çatdırılması nəzərdə tutulub və heç şübhə yoxdur ki, bu nəticə də əldə olunacaq.

***

Ölkənin ümumi ixracında qeyri-neft sektorundan ixrac edilən məhsulların az xüsusi çəkiyə malik olması Azərbaycanda qeyri-neft sektorunun zəif olması anlamına gələ bilməz. Bu gün Azərbaycanın qeyri-neft sektorundan ixracın fiziki həcmi çöx böyük sürətlə artır. Daha doğrusu, bu gün qeyri neft-sektorundan ixracın artım tempi bu sektorun özünün inkişaf sürətinə tam adekvatdır. Belə ki, son 5 ildə qeyri-neft sektorundan ixracın həcmi 65% artmışdır. Bu, ildə 13% artım deməkdir. Bu templə qeyri-neft sektorundan ixracın həcminin artmasına heç bir ölkədə, xüsusilə də neft ölkələrində rast gəlmək mümkün deyil. Carı ilin 5 ayı ərzində qeyri-neft sektorundan ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqaisədə 24,4% artmışdır. 2014-cü ilin yekunlarına görə, Azərbaycanın qeyri-neft sektorundan ixracın həcmi 1,8 milyard ABŞ dollarına yaxın olmuşdur. Bəli, bu rəqəm bizim ümumi ixracımızın 8,0%-nə bərabərdir və elə bu səbəbdən də ilk baxışda az görünür. Lakin vaxtı ilə bizimlə bir məkanda olan ölkələrlə müqayisədə Azərbaycan bu sahədə də onlarn bir çoxunu üstələyir. Sadəcə, Azərbaycan neft ölkəsi olduğundan onun ixracında neftin xüsusi çəkisi böyükdür. Azərbaycanın neft ölkəsi olaraq ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq istiqamətində qısa zaman kəsiyində atdığı addımlar heç bir neft ölkəsində heç vaxt atılmayıb. Əsl həqiqət bundan ibarətdir ki, Azərbaycan az bir müddət ərzində qeyri-neft sektorunun inkişafının Azərbaycan modelini ortaya qoya bildi. (Yeri gəlmişkən, təşkilatımız yaxın aylarda "Qeyri neft sektorunun inkişafının Azərbaycan modeli” mövzusunda beynəlxalq konfrans təşkil etməyi planlaşdırır – F.Y) Bu gün Azərbaycanın bütün regionlarında sənaye məhəllələrinin salınması, aqrar parkların yaradılması və biznesə dövlət dəstəyinin genişlənməsi, heç şübhəsiz ki, yaxın gələcəkdə ölkəmizin hər bir bölgəsindən ixrac olunan rəqabət qabiliyyətli məhsulların həcminin daha da armasına səbəb olacaq.

***

Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun bu günkü durumunu qara rəngdə görən tarixçı "iqtisadiyyat müəllimlərinə” onu da xatırladaq ki, 2014-cü ildə Azərbaycanın qeyri-neft sektorunda məhsul və xidmət buraxlışının ümumi həcmi 58,4 milyard manat təşkil etmişdir ki, bu da Ermənistanın Ümumi Daxili Məhsulundan 6,2 dəfə, Gürcüstanın Ümumi Daxili Məhsulundan 4,8 dəfə çoxdur...

Fikrət Yusifov

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,

İqtisad elmləri doktoru, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ