çərşənbə günü, 28 oktyabr 2026
     

Banklarımız əmanətlərin sığorta qaydasını dəyişmək barədə DB-nin tövsiyəsini hələ icra etməyib

Image


Qorunmayan əmanətlərin miqdarı artır

Aparılan hesablamalar göstərir ki, cari ilin əvvəlindən əhalinin banklarda əmanətləri 13,2% artıb və 7,5 milyard manat təşkil edir. Burada qorunan əmanətlərin həcmi ümumi əmanətlərin içərisində 60%-ə bərabərdir və bu da təxminən 4,5 milyard manat edir. Yerdə qalan 3 milyard manat isə qorunmur və hansısa fövqəladə hal zamanı həmin əmanətlərin batma ehtimalı da artır.
Xatırladaq ki, əmanətin qorunan olması üçün onun 12 və daha aşağı faizlə yerləşdirilməsi kifayətdir. Amma onun sığortalı hissəsi yalnız 30 min manata qədər olan həcmidir. Misal üçün, banka hansısa vətəndaş 100 min manat əmanət qoyub. Onun 50 mini 12%-dən yüksək qoyulubsa, bu qorunmayan əmanətdir. Qalan 50 min isə 12%-dən aşağı qoyulub və bu qorunan əmanətdir. Amma sığorta hadisəsi baş verəndə vətəndaşa 30 min manat kompensasiya veriləcək. Yəni əmanət əvvəlcə qorunan olmalıdır ki, onun da 30 mininə kompensasiya verilir. Yuxarıda səslənən rəqəmlərdən isə bəlli olur ki, banklarda qorunmayan əmanətlərin həcmi kifayət qədərdir. Elə bu səbəbdən əmanətlərin qorunması ilə bağlı mexanizmlərin dəyişdirilməsi zəruri sayılır. Qeyd edək ki, Dünya Bankı da bu istiqamətdə dəyişikliklərin edilməsini tövsiyə edir.
Ümumiyyətlə, Dünya Bankı (DB) Azərbaycanın Əmanətlərin Sığortalanması Fonduna (ADIF) dünya təcrübəsinə uyğun olaraq sığorta ödənişlərinin həyata keçirilmə müddətinin 21 iş gününədək azaldılmasını təklif edir. Bankın Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina bildirib ki, Əmanətlərin Sığortalanması Fondu Avropa İttifaqının 1996-cı ildən zəmanətli əmanətlər sistemi ilə iş üzrə göstərişinə müvafiq şəkildə yaradılıb: "Bu göstəriş 2009-cu ildə yenilənib. 2014-cü ildə onun əvəzinə yeni göstəriş gəlib. Bununla əlaqədar Azərbaycan da zəmanətli əmanətlər sahəsində qanunları yeni beynəlxalq qaydalara uyğunlaşdırmalıdır".
Ekspert qeyd edib ki, Avropa İttifaqının yeni göstərişi çərçivəsində zəmanətli əmanətlər üzrə sığortaların ödənilmə müddəti 21 iş gününədək azaldılıb: "Əlbəttə, yalnız hüquqi prosedur müddətinin qısaldılması əhəmiyyətli deyil, eyni zamanda fondun ödəmələri daha tez və operativ şəkildə həyata keçirməsi üçün proseslərin avtomatlaşdırılması lazımdır".
A.Priqojina hesab edir ki, Əmanətlərin Sığortalanması Fondu idarəedilmə sistemini, investisiya siyasətini də təkmilləşdirməlidir. Bundan başqa, o qeyd edib ki, Azərbaycanda əmanətlərin müxtəlif valyutalarla sığorta prinsipində dəyişiklik etmək lazımdır":Azərbaycanda xarici valyuta ilə olan əmanətlərə nisbətən manatla olan əmanətlər daha çox təmin edilir. Avropa İttifaqında valyutadan asılı olaraq əmanətlərin qeyri-diskriminasiya prinsipi mövcuddur. Əmanətlərin hansı faiz nisbətində və hansı məbləğdə ödənilməsi məsələsini də dünya təcrübəsindən yararlanaraq müzakirə etmək lazımdır".
Yerli ekspertlər də hesab edir ki, ilk növbədə qorunan əmanətlərin məbləğini artırmaq, onu ilk mərhələdə 50 min manat, daha sonra isə 100 min manata kimi artırmaq lazımdır. İndiki durumda sığorta olunmayan əmanətlərin yerləşdirildiyi banklar müflis olarsa və ya öz öhdəliklərini yerinə yetirə bilməzsə, o zaman həmin pulları sahiblərinə qaytarmaq ya çox çətin olacaq, ya da ümumiyyətlə mümkün olmayacaq. Bu mənada hesab edilir ki, sözügedən məsələdə birinci növbədə Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə və yeni mexanizmlərin tətbiqinə ehtiyac var. Eləcə də, qeyd olunduğu kimi, Əmanətlərin Sığortalanması Fondunun müəyyənləşdirdiyi maksimum məbləğ də dəyişdirilməlidir. Çünki sığortalanan 30 min manat məbləğ indiki halda əmanətlərin sığortalanması üçün yetərli deyil. Bu gün əhalinin gəlirlərinin artmasına müvafiq olaraq da sığortalanan əmanətlərin həcmi artırılmalıdır. Şərqi Avropa ölkələrinin əksəriyyətində sığortalanan əmanətin məbləği 100 min avroya yaxındır. Avropanın əksər ölkələrində də sığortalanan məbləğlə bağlı maksimum hədd yoxdur. Azərbaycanda isə cəmi 30 min manat sığortalanır. Ona görə də, həmin məbləğə yenidən baxılaraq onun artırılmasına ehtiyac var.
Digər tərəfdən, əmanətlərin sığortalanmasının əmanətlər üzrə tətbiq edilməsi təklif olunur. Kommersiya bankında bir əmanətçinin bir neçə əmanəti varsa, bu cəmlənir və həmin cəmin 30 min manatadək olan hissəsi sığortalanmış hesab olunur. Bu halda, eyni banka bir neçə əmanət formasında əmanət yerləşdirməyin heç bir əhəmiyyəti yoxdur. Bu məsələnin həlli zəruri sayılır. Eləcə də, Əmanətlərin Sığortalanması Fondu vətəndaşların məlumatlandırılması istiqamətində ciddi addımlar atmalıdır: bu gün fondun fəaliyyətilə bağlı əhalinin əhəmiyyətli hissəsində məlumatsızlıq hökm sürür. Bu da bir sıra hallarda vətəndaşların əmanətlərinin sığortalanmamasına gətirib çıxarır. Daha çox əmanətlərin sığortalanmasına nail olmaq eyni zamanda vətəndaşların da üzərinə düşən məsuliyyətdir. Təəssüf ki, əmanətçilər bəzi hallarda daha çox gəlir əldə etmək məqsədilə pullarını yüksək faiz təklif edən banklarda yerləşdirir. Bununla da onlar öz pullarını potensial risqə atırlar.
Nahid SALAYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ